adalet.az header logo
  • Bakı 28°C
  • USD 1.7
10 Iyun 2022 16:21
1386
MÜSAHİBƏ

“Bizim üçün önəmli olan cəmiyyətdir...” - MÜSAHİBƏ

Dövrümüzün ən vacib mövzularından olan insan psixologiyası ilə bağlı müsahibələrimizi davam etdiririk. Çünki bizi uğura yalnız sağlam düşüncə və normal psixologiya apara bilər. Bununla bağlı yeniləşən dünyamızda yeni psixoloji metodlar və tədris növləri yaranmaqdadır. Bunlardan biri də son vaxtlar öz fəaliyyəti ilə diqqət mərkəzində olan İPA Psixologiya Akademiyasıdır. Mövzu ilə bağlı müsahibimiz Afərim Quliyevadır. Həmin müsahibəni sizə təqdim edirik:

- Bilirik ki, insan psixologiyası dövrümüzün aktual məsələlərindən biridir. Bununla bağlı İPA akademiyanın rəhbəri olaraq oxucularımıza ümumi məlumat verməyinizi istərdim!

Qeyd edim ki, İPA Akademiya 2019- cu ildən fəaliyyət göstərir. Əsas məqsədimiz bütün peşələr üzrə ən qabaqcıl və peşəkar mütəxəssisləri hazırlamaqdır. Akademiya hər peşənin özünəməxsus psixologiyasının olmasını əsas götürərək ilk olaraq yetişdirdiyi mütəxəssislərə gələcəkdə məşğul olacağı peşənin mahiyyətini dərk etdirir. Biz inanırıq ki, hər hansı mütəxəssis öz məşğul olduğu peşəni sevərsə o peşə də onu sevəcək. Bu səbəbdən də İPA Akademiya yetişdirdiyi bütün kadrlara ilk olaraq həmin peşənin psixologiyasını tədris edir.

Hər kəsə məlumdur ki, psixologiya son dövrlərin aktual peşəsinə çevrilib. Çünki, dünyada gedən inkişaf insan psixikasına təsir etmədən yan keçmir. Bu səbəbdən də bizim əsas məqsədimiz psixika ilə bağlı olan peşələrdə sağlam mütəxəsisslər yetişdirməkdir. Bununla bağlı bir çox uğurlara imza atmış, universitetlərdə təlim və seminarlar təşkil edirik.

Son uğurumuz isə İDDO proqramının müəlliflik hüququnu almamız oldu. Belə ki, hal hazırda yeganə təşkilatıq ki, İDDO proqramı üzrə bütün ixtisaslar üzrə mütəxəssislər yetişdiririk.

Akademiyaya ixtisasını artırmaq və daha peşəkar mütəxəssis olmaq istəyən hər kəs qatıla bilər. Hal-hazırda akademiyada müxtəlif təlimlər keçirilir. Misal üçün, Klinik psixologiya,Uşaq psixologiyası,Art terapiya,Loqopediya,İdman üzrə mütəxəssis,Əmək mütəxəssisi,Bədən dili,Sahibkarlıq və ya biznesdə İDDO sistemləşdirməsi bunlara aiddir.

Bundan başqa burada, İngilis dili, rus dili və digər dillər də tədris olunur. Tezliklə bir çox yeni ixtisaslar üzrə təlimlərin təşkil olunacağı gözlənilir.

- Söylədiyiniz kimi fəaliyyətinizə uşaq psixologiyası daxildir. Bu istiqamətdə akademiyanız, konkret olaraq nə kimi tədbirlər həyata keçirib?

- Uşaq psixologiyası hal-hazırda yüksək təlabatı olan bir sahədir və düzgün yönləndirilmə mütləqdir. Çünki, uşaqlar bizim gələcəyimizdir və bunun məsuliyyəti daha böyükdür. Bunu nəzərə alaraq, ən peşəkar mütəxəssisləri akademiyaya dəvət edib, əməkdaşlıq edirik. İDDO proqramına əsasən hər bir şəxsin sağlam psixikası olmalıdır ki, inkişafda olsun.

Belə ki, peşakar psixoloq olmaq üçün uşaq psixikasını dərindən bilməli və ən əsası dərk edilməlidir. Çünki hər kəsin psixikası uşaqlıqda formalaşır. Bütün bunları nəzərə alan akademiya bu səbəbdən psixianalitikaya daha çox üstünlük verir. Yəni, tədris psixonalizə əsaslanaraq tədris edilir. Biz düşünürük ki, psixologiya həm vacib, həm də dərin elmdir. Buna əsasəndə mütəxəssis olmaq istəyənlərin bu elmi dərk etməsi üçün lazım olan hər bir imkandan istifadə edirik.

İPA akademiya bugünkü iş bazarında birinci yerlərdədir. Belə ki, akademiyanın məzunları bir başa işlə təmin edilə bilirlər. Bir çox şirkətlər Akademiyanın tədris sistemindən məlumatlı olduğundan hər zaman bizim məzunlara ehtiyac duyurlar. Bizim mütəxəssislərin əksəriyyəti uşaq bağçalarında, mərkəzlərdə, kurslarda işlə təmin olunublar.

Ümumiyyətlə, bizim üçün önəmli olan cəmiyyətdir. Buna görə də uşaqların sağlam psixikaya sahib olmasına çalışırıq. Çünki, bütün böyüklər uşaqlıqdan qazandıqları uğurlar və travmalarla böyüyür və cəmiyyətə də elə təsir edirlər.

- Klinik psixoloqlar bir qayda olaraq Tibb müəssisələrində çalışdıqları üçün sizin bu sahə üzrə hazırladığınız mütəxəssislərin səhiyyəmizə faydalı olacağına nə dərəcədə əminsiniz?

Bu hal çox maraqlı bir məqamdır. Maraqlı olan bu hissədir ki, hansı ixtisasın qarşısında klinik yazılıbsa mütləq deyil ki, bu tibbə aid olsun. Ümumilikdə psixologiya tibbdən fərqlənir, yəni psixologiyanın hər bir sahəsi tibbdən uzaqdır. Klinik psixologiya isə öz ixtisasları arasında müalicə yönümlü olduğu üçün klinik psixologiya adlanır. Yəni, klinik psixoloq insan psixikasında yaranmış olan alqoritmlərlə işlədiyi zaman, tibb isə hormonlarla işləyir. Buna görə də əksər ölkələrdə peşəkar həkimlər peşəkar klinik psixoloqlarla işləyirlər. Buna səbəb odur ki, həkimlər hormonal tandemi, yəni vücudda yaranmış problemləri aradan qaldırdığı halda, kilinik psixoloq fərdin psixikasında yaradılmalı olan alqoritmləri tənzimləyir. Beləliklə də insan həm ruhən, həm də cism olaraq sağlamlaşmış olur.

Nəticə etibarilə, klinik psixoloqları yalnızca tibb sahəsinə ayırd etmək düzgün olmaz. Bütün sahələrdə klinik psixoloqların rolu əvəzedilməzdir. Çünki, düzgün psixika olmadıqda heç bir peşənin peşəkarlığından söz gedə bilməz. Hər birimizin cəmiyyətdə müəyyən problemlə qarşılaşdığımızı və bunların həyatımıza bir başa təsiri olduğunu nəzərə alsaq, klinik psixoloqun əsas iş prinsipi düzgün psixikanın qurulması və tənzimlənməsi olmalıdır. Sosial mühitimizdə olan problem və hadisələr qaçınılmazdır. Bu zaman isə klinik psixoloqların həyatımızda rolu inkar edilməzdir.

- Tələbələrinizdən əsas gözləntiləriniz nələrdir?

- Bizim hər zaman İPA Akademiya olaraq əsas öncəliyimiz, tədris etdiyimiz peşənin bütünlüyü və böyüklüyünü aşılamaq və cəmiyyətə anlatmaqdır. Bu günə qədər tələbələrimizin bu elmin dərinliyinə sahib olması üçün çalışmışıq. Bunun nəticəsidir ki, bizim məzunlar işsiz qalmırlar. Bizim tələbimiz yalnız birdir, tələbə öz üzərində çox işləməli, oxuduğu hər sözü dərk etməlidir. Öz duyğularını anlamalı, öz psixikasını tənzimləməyi öyrənməlidir. Elə buna görə də biz tələbələrimizə yalnız nəzəri biliklər vermirik. Eyni zamanda onların öz biliklərini cəmiyyətə çatdırmalarını da təmin edirik. Çünki, öz fikrini çatdıra bilməyən mütəxəssis demək ki, oxuduğunu dərk etməyib. Bu səbəbdən də İPA Akademiyada təhsil almaq asan, diplom almaq isə çətindir. Özünü doğruldan savadlı mütəxəssis isə mütləqdir ki, cəmiyyətimizə faydalı bir şəxsiyyət olacaqdır.

Bir təşkilat olaraq missiyamız cəmiyyətdə sağlamdüşüncəli insanların artırılmasıdır. Belə ki, biz düşünürük ki, sağlam mütəxəssis olarsa sağlam vətandaşlar daha çox olacaq. Bunun üçün də bizim tələbələrimizdən hər zaman bir tələbimiz olur. Sağlam psixikaya sahib sağlam mütəxəssis olsunlar. Bu cür tələbələr çox olarsa demək ki, cəmiyyətimiz daha tez inkişaf edəcək.

- Prinsipcə əsas işiniz kadr hazırlığıdır. Bu sahədə nə kimi problemlər və ya çətinliklərlə üzləşirsiniz?

- İstənilən peşə zəhmət, səbr, əzm tələb edir. Bu tələb ən çox da psixologiya sahəsində çox vacibdir. Amma nədənsə psixologiyada insanlar zəhmət çəkmək əvəzinə yalana meyilli olurlar. Təbii haldır ki, hər hansı bir sahənin inkişaf mərhələsində belə boşluqlar olur. Bu boşluqlardan istifadə edilir, ümid edirik ki, zamanla bu durumlar düzələcək.

- Belə ki, insanların əksəriyyəti akademiyada veriləcək təhsillə deyil, öncə sertifikatla maraqlanır. Düzü bu durum bizi çox incidir. Bir məqamı unutmamalıyıq ki, insanın diplomu və ya sertifikatlarından daha vacib olan onun savadı və təcrübəsidir. Bu o demək deyil ki, diplom lazım deyil, əlbəttə ki, lazımdır. Amma bu diploma layiq savad daha vacibdir. Ona görə, bizə müraciət edən tələbələrə də hər zaman bu sahənin məsuliyyətini dərk etdirməyə çalışırıq.

Digər məqam isə budur ki, bildiyiniz kimi İPA Akademiyada tədris standartları və müddəti digərlərinə nisbətdə fərqlidir. Bəzən tələbələr bu yolda irəliləməkdən çəkinə bilir və ya uzun bir müddət olması onları arzularından daşındıra bilir. Biz isə Akademiya olaraq hər zaman bunları problem deyildə, işinin bir parçası olaraq görən kadrları hazırlamağa çalışırıq.

Bizim tədris strategiyamız belədir ki, ilk olaraq analiz etmək, ortaya çıxan problemi aradan qaldırmaq üçün terapiya etmək. Bunun üçün tələbələrimiz İPA akademiyadan diplom almaq üçün mütləq şəkildə imtahan verir, məqalələr yazır və elmi tədqiqatlarda iştirak etməlidir. Yəni, İPA akademiyadan hər hansı tələbə diplom ala bilibsə demək mütləqdir ki, o diplomu təsdiq edən lazım olan elmə sahibdir. Çünki elmsiz heç bir kəs bizdən diplom ala bilməz.

- Sonda Akademiyanızın imkanlarından yararlanmaq istəyən gənclərə və ümumən valideynlərə hansı təklif və deyəcəkləriniz var?

- Ümumiyyətlə, psixoloq olmaq istəyən hər kəs bizə qoşula bilər. Hansı ixtisasa malik olmaları əsas deyil, çünki biz psixologiyanın dərinliklərini həm nəzəri, həm də praktik olaraq A-dan Z- yə qədər tədris edirik. Bunu şifahi olaraq yalnız sözdə deyil, praktik olaraq da tətbiq edirik. Yekun olaraq, onu deyə bilərəm ki, peşəsini daha dərindən və dərk edərək öyrənmək istəyən, seçdiyi bu peşə yolunda işinin məsuliyyətini anlayaraq irəliləmək istəyən hər bir kəsi kurslarımızdan faydalanmağa dəvət edirik.

Biz, mütəmadi olaraq seminarlar təşkil edir, laboratoriyamızda birgə tədqiqatlar aparır, onların məqalə yazmalarına şərait yaradırıq. Çünki, İPA Akademiya olaraq hər zaman tələbələrimizi anlayır, inkişafı və karyeraları üçün bütün iş imkanlarını təqdim edirik. Kollektivimizdə peşəkar mütəxəssis olmaq istəyən hər kəsi görməkdən zövq alarıq.

 

Söhbətləşdi: Bünyamin Bünyadzadə