Bitkoin hansı həddə qədər bahalaşacaq? - AÇIQLAMA
"Hazırda 100 000 dolları keçən bitkoinin 200 000 dollar qədər yüksəlməsi mümkündür. Çünki, idarə edilən bazar tələbi bu köpüyün durmadan şişməsini təmini edir".
Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, 200 000 (maksimum 250 000) minlik həddən sonra tələbin azalması baş verə bilər:
"Bu isə yenidən qiymətlərin enməsinə səbəb ola bilər. Lakin tələbin bu gün məharətlə idarə edildiyi kimi 200 000 minlik həddən sonra da yüksək saxlanılması üçün birja və ya kripto platforması bitkoinin müəyyən bir hissəsini təmsil edən kiçik paylar (tokenlər və ya derivativlər kimi) yarada bilər".
Qeyd edək ki, bitkoinin məzənnəsi rekordunu yeniləyərək tarixdə ilk dəfə 100 min dollar həddini keçib. Günün əvvəlində bitkoinin dəyəri yüksək sıçrayışla 103 min 387 dollara çatıb. Hazırda “Binance” platformasında kriptovalyutanın qiyməti 101 min dollar ətrafında sabitləşib. Analitiklərin fikrincə, bu, kriptovalyuta bazarının inkişafında yeni mərhələ açır.
Digər Xəbərlər
15 Sentyabr 2026 19:04
Azərbaycan və İsveçrə innovasiya və turizm sahələrində əməkdaşlığı müzakirə edib
15 Sentyabr 2026 09:37
“Azeri Light”ın qiyməti 127 dolları ötdü
14 Sentyabr 2026 16:42
Qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq
14 Sentyabr 2026 10:48


Bakı -°C

