05 Fevral 2015 23:06
2717
SAĞLAMLIQ

Baş pediatrdan valideynlərə xəbərdarlıq

Baş pediatr uşaqlarda immunitet zəifliyi ilə bağlı valideynlərə müraciət etdi.


Oqranizmdə mövsümi baş qaldıran xəsəliklərin əsas səbəbi kimi, immun sisteminin zəifləməsi göstərilir. Həkimlər xüsusilə payız-qış mövsümündə immun sisteminin zəifləməsinin çoxsaylı xəstəliklərə yol açdığını bildirirlər. Tibb mütəxəssislərinin sözlərinə görə, payız və qış mövsümündə immun sisteminin zəifləməsi xüsusilə uşaqlarda, hamilə qadınlarda, yaşlı insanlarda çoxsaylı xəstəliklərə səbəb ola bilər.

Ölkənin baş pediatrı Nəsib Quliyev açıqlamasında bildirib ki, uşaqlarda immuntet zəifləməsi ilk növbədə onların mövsümlə bağlı yayılan viruslara tez yoluxması, tənəffüs yolları xəstəliklərinin baş qaldırmasına səbəb olur. N. Quliyevin sözlərinə görə, uşaqların payız-qış mövsümündə virus xəstəliklərinə daha az yoluxmaları üçün orqanizmin möhkəmləndirilməsi tədbirləri ilin isti fəsillərində aparılmalıdır: "Günəşli hava və dəniz uşaqların yay mövsümündə orqanizminin möhkəmləndirilməsi üçün faydalıdır. Təbiətin bizə verdiyi nemətlərdən lazımınca istifadə etmək lazımdır. Həkimlər də, valideynlər də yay fəslində uşaqların sağlamlığı üçün tədbirlər görməlidirlər. Xüsusilə valideynlər uşaqlarda immun sistemini gücləndirən qidalara üstünlük verməlidirlər. Təcrübə göstərir ki, immunteti güclü olan uşaqlar qışda az xəstələnir, hətta müxtəlif qrip viruslarının yayıldığı məkanda belə orqanizmləri həmin virusu yaxın buraxmır. Ümumiyyətlə qrip virusları həm uşaqlarda, həm də böyüklərdə immun sistemi zəifləyən orqanizmə yaxın düşür. İmmuntetin zəifləməsi uşaqlarda təkcə hava ilə yayılan virusların yayılmasına yox, boydan geri qalma, iştah zəifliyi, qan azlığı və sair xəstəliklərin baş qaldırılmasına səbəb olur”. 

Həkimlər də, imuntet zəifliyinin təkcə uşaqlarda deyil, böyüklərdə də bəzi xəstəliklərin erkən baş qaldırmasına səbəb olduğunu deyirlər. Professor Adil Qeybullanın sözlərinə görə, yaşlı insanlar və hamilə qadınlar immuntetlərinin aşağı düşməsinə şərait yaratmamalıdırlar: "Həmin quruplarda toxumalar zəif olduğundan soyuqdəymə, virus daha tez orqanizmə yol tapır. Bəzən immun sisteminin zəifləməsinin səbəbini yalnız qida ilə bağlayırlar. Amma insanlar imuntetlərini gücləndirmək üçün təkcə qidaya deyil, istirahətə də vaxt ayırmalıdırlar. Yayda Günəş vannası qəbul etmək insan sağlamlığına yaxşı təsir göstərir. Orqanizmə D vitamini verir. Dərinin qəbul etdiyi kalsium maddəsi metabolizm və immunitet sistemi üçün faydalı olduğu üçün yay fəslində günəşlənmək faydalıdır. günəş vannası qəbul etdikdə orqanizmin derma adlanan dəri qatındakı hüceyrələrin kimyəvi tərkibinin dəyişməsi ilə bədən qaralır. Bu hüceyrələr günəşdən gələn ultrabənövşəyi şüaların təsiri altında qaldıqda melanin adlanan tünd rəngli maddələrin miqdarını artırır”.

Professor deyir ki, gərgin və stresli iş rejimi də insanın immun sisteminə, xəstəliklərin baş qaldırmasına səbəb olur: "Bəzən insanlar bütün günlərini, iş saatından artıq kompyuter arxasında keçirirlər. Günün müəyyən saatlarında açıq havada gəzişmək, sağlam qidalanmaq şərt olduğu halda bunlara əməl etmirlər. Bu cür iş rejimi təbii ki, orqanizmdə tədricən imuntetin aşağı düşməsinə öz təsirini göstərir”.(movqe.az)