Azərbaycan və Türkiyə parlamentləri arasında müzakirələr aparılıb
Noyabrın 21-də Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə Çəkməköy Bələdiyyəsinin sədri Orhan Çerkezin rəhbərlik etdiyi Türkiyə nümayəndə heyəti arasında görüş keçirilib.
Bu barədə Adalet.az-a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Milli Məclisin Səhiyyə komitəsinin sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov görüşdə çıxış edərək bildirib ki, dövlət başçıları arasında mövcud olan səmimi dostluq və qardaşlıq münasibətləri ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə yüksələn xətt üzrə inkişafına şərait yaradır. Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu parlamentin ən çox üzvə malik işçi qrupudur və parlament sədrlərinin qarşılıqlı səfərlərinin intensivliyi parlamentlərarası əməkdaşlığın daha da möhkəmlənməsinə və qanunvericilik sahəsində təcrübə mübadiləsinin genişlənməsinə zəmin yaradır.
Çəkməköy Bələdiyyəsinin sədri Orhan Çerkez iki ölkə arasında mövcud olan dostluğun dərin tarixi köklərə malik olduğunu vurğulayaraq, bu münasibətlərin əsrlər boyu formalaşmış qarşılıqlı hörmət, etimad və həmrəylik üzərində qurulduğunu diqqətə çatdırıb. O, tarixi bağlara söykənən bu sarsılmaz dostluğun bu gün də həm dövlətlərarası, həm də parlamentlərarası əməkdaşlığın daha da inkişaf etməsinə güclü əsas yaratdığını söyləyib.
Görüşdə çıxış edən parlamentin elm və təhsil komitəsinin sədri Anar İsgəndərov isə dövlətlərimiz arasındakı dostluq münasibətlərinin tarixi barədə fikirlərini bölüşüb.
Digər Xəbərlər
21 Noyabr 2025 18:07
Sumqayıtın inkişafı və təklif olunan əsas prioritetlər
21 Noyabr 2025 17:59
Əli Əsədov BTİ baş katibi ilə görüşüb
21 Noyabr 2025 17:43
Aygün Attar: “1918-ci ilin ruhu bu gün də yaşayır”
21 Noyabr 2025 16:58
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlandı
21 Noyabr 2025 16:34
DTX ilə Vyetnamın İctimai Təhlükəsizlik Nazirliyi arasında saziş təsdiqləndi
21 Noyabr 2025 15:46
Rusiya Kiyevdə Azərbaycan səfirliyinin raket zərbəsinə məruz qalmasından təəssüflənib
21 Noyabr 2025 15:20
Gürcüstanın Baş naziri Azərbaycanın daxili işlər naziri ilə görüşüb - FOTO
21 Noyabr 2025 15:19


Bakı -°C

