Əli Əsədov BTİ baş katibi ilə görüşüb
Baş nazir Əli Əsədov noyabrın 21-də Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Dorin Boqdan-Martin ilə görüşüb.
Bu barədə Adalet.az-a Nazirlər Kabinetindən xəbər verilib.
Görüşdə Beynəlxalq Telekommunikasiya İttifaqının Bakıda keçirilən Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının əhəmiyyəti vurğulanıb. Konfransın Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda ilk dəfə olaraq Azərbaycanda təşkil edilməsi əlamətdar hadisə kimi qiymətləndirilib, tədbirdə 2500 mütəxəssisin iştirak etdiyi qeyd olunub.
Konfrans çərçivəsində Bakı şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının Regional Akselerasiya Mərkəzinin açılışının əhəmiyyətinə toxunularaq Mərkəzin region üçün innovasiya və sahibkarlıq sahəsində aparıcı platformaya çevriləcəyinə əminlik ifadə olunub.
Azərbaycanda İKT sektorunun, informasiya və biliklər iqtisadiyyatının, süni intellektin inkişaf etdirilməsi, rəqəmsal infrastrukturun genişləndirilməsi, kibercinayətkarlıqla mübarizənin gücləndirilməsi sahələrində görülən ardıcıl tədbirlər barədə söhbət açılıb.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İKT sektorunun inkişafını ölkəmizdə prioritet istiqamət elan edib. Cari ildə Rəqəmsal İnkişaf Konsepsiyası və 2025-2028-ci illəri əhatə edən Süni İntellekt Strategiyası təsdiq edilib.
Azərbaycanın bu gün 100 faizlik genişzolaqlı internet əhatə dairəsi ilə regionda lider mövqe tutduğu diqqətə çatdırılıb.
Yüksək texnologiyaların inkişafının "ağıllı şəhər/ağıllı kənd” konsepsiyasının tətbiqinə zəmin yaratdığı diqqətə çatdırılıb, hazırda ölkəmizin işğaldan azad edilmiş ərazilərində bu konsepsiyaya əsaslanan unikal və innovativ şəhərsalma modelinin geniş tətbiqi barədə məlumat verilib.
Görüşdə Azərbaycan ilə Beynəlxalq Telekommunikasiya İttifaqı arasında rəqəmsal transformasiya, kibertəhlükəsizlik, elektron hökumət və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.
Beynəlxalq Telekommunikasiya İttifaqının beynəlxalq təcrübəsinin xüsusilə rəqəmsal idarəetmə, rəqəmsal bacarıqların artırılması sahəsində tətbiqinin ölkəmiz üçün faydalı olacağı qeyd edilib.
Eyni zamanda Azərbaycan nümayəndələrinin Beynəlxalq Telekommunikasiya İttifaqının rəhbər orqanlarında və işçi qruplarında təmsilçiliyinin artırılması, xüsusilə İttifaqın Şurasında ölkəmizin üzvlüyünün növbəti müddətə uzadılması və ikitərəfli əməkdaşlıq gündəliyində duran digər məsələlər ətrafında müzakirələr aparılıb.
Digər Xəbərlər
21 Noyabr 2025 18:07
Sumqayıtın inkişafı və təklif olunan əsas prioritetlər
21 Noyabr 2025 17:43
Aygün Attar: “1918-ci ilin ruhu bu gün də yaşayır”
21 Noyabr 2025 17:17
Azərbaycan və Türkiyə parlamentləri arasında müzakirələr aparılıb
21 Noyabr 2025 16:58
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlandı
21 Noyabr 2025 16:34
DTX ilə Vyetnamın İctimai Təhlükəsizlik Nazirliyi arasında saziş təsdiqləndi
21 Noyabr 2025 15:46
Rusiya Kiyevdə Azərbaycan səfirliyinin raket zərbəsinə məruz qalmasından təəssüflənib
21 Noyabr 2025 15:20
Gürcüstanın Baş naziri Azərbaycanın daxili işlər naziri ilə görüşüb - FOTO
21 Noyabr 2025 15:19


Bakı -°C

