Bakıda ilk inklüziv kafe - “Kaşalata” kafeyə mediatur təşkil edilib - FOTOLAR
19 fevral 2025-ci il tarixində Medianın İnkişafı Agentliyi və “Birgə və Sağlam” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Bakıda ilk inklüziv kafe - “Kaşalata” kafeyə mediatur təşkil edilib.
Adalet.az xəbər verir ki, tədbirin əsas məqsədi media subyektlərinin rəhbər və nümayəndələrini inklüziv məşğulluq modeli ilə tanış etmək və autizmli gənclərin cəmiyyətə inteqrasiyasına dəstək verən təşəbbüs barədə ictimaiyyəti məlumatlandırmaq olub.
Tədbir çərçivəsində media nümayəndələri kafenin fəaliyyəti ilə yaxından tanış olaraq, peşə bacarıqlarını inkişaf etdirən autizmli gənclərin gündəlik iş mühiti barədə məlumat əldə ediblər.
Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli çıxışında inklüziv məşğulluğun cəmiyyət üçün əhəmiyyətini vurğulayaraq, medianın bu mövzuya diqqət yetirməsinin autizmli gənclərin sosial inteqrasiyasına mühüm töhfə verəcəyini bildirib.
“Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova isə öz növbəsində “Kaşalata” kafenin autizmli gənclərin əmək bazarına qoşulması üçün mühüm platforma olduğunu qeyd edərək, bu təşəbbüsün davamlı və geniş miqyasda həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Tədbirin sonunda autizmli gənclərdən ibarət “Mavi Ürəklər” xor və ritm qrupunun konsert proqramı təqdim edilib və xatirə fotoları çəkilib.
Digər Xəbərlər
08 Sentyabr 2026 13:32
I Bakı Türkoloji Qurultayı və Milli Mətbuatın 50 illik yubileyi - Faktlar
04 Sentyabr 2026 09:46
“Azərsun Holdinq” jurnalistlər üçün təlim keçirdi
03 Sentyabr 2026 20:28
Azərbaycana qarşı dezinformasiya kampaniyası aparılır - MEDİA
31 Avqust 2026 20:12
“Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib” - MEDİA
29 Avqust 2026 20:58
Bütün media subyektləri qanunvericiliyin tələblərinə əməl etməlidir! - BƏYANAT
22 Avqust 2026 12:29
MEDİA Nuraninin vəfatı ilə bağlı başsağlığı verdi
21 Avqust 2026 15:30
Respondentlərin 88%-dən çoxu həmin qadağanı dəstəkləyir - Sorğu
18 Avqust 2026 11:55


Bakı -°C

