Bakıda birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçirilib
Bakıda birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçirilib.
Adalet.az-ın xəbərinə görə, iqtisadiyyat naziri Mikayıl Cabbarov birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqunun yekunlarına həsr olunmuş brifinqdə deyib ki, Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində keçirilən ilk iqtisadi dialoq Azərbaycan və ABŞ arasında iqtisadi əməkdaşlığı genişləndirəcək.
Nazirin sözlərinə görə, ABŞ dövlət katibinin köməkçisi Kaleb Orrun rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşlər Strateji Tərəfdaşlıq Xartiyası əsasında əməkdaşlığın inkişafına həsr olunub.
“Münasibətlərimiz Prezident İlham Əliyevin və Prezident Donald Trampın baxışı və liderliyi üzərində qurulub. Hamınız 2025-ci ilin avqustunda Vaşinqtona tarixi səfəri yaxşı xatırlayırsınız. Həmin səfər zamanı Strateji Tərəfdaşlıq Xartiyasına yönəlmiş siyasi anlaşma və memorandum razılaşdırılmışdı”, – Mikayıl Cabbarov vurğulayıb.
Nazir qeyd edib ki, Xartiya çərçivəsində əməkdaşlıq regional bağlantılar, ticarət, investisiya və iqtisadiyyat, enerji, təhlükəsizlik, eləcə də süni intellekt və rəqəmsal infrastruktur sahələrini əhatə edir: “Dialoq çərçivəsində çox konstruktiv, məhsuldar və nəticəyönümlü müzakirələr apardıq. Bu proses həm də Bakıda keçirilən Enerji Həftəsi fonunda baş tuturdu”.
Mikayıl Cabbarov əlavə edib ki, Prezident İlham Əliyevin iştirakı ilə kritik minerallar sahəsində əməkdaşlığa dair çərçivə sazişi də imzalanıb: “Bu sənəd iqtisadi əməkdaşlığımızda yeni səhifə açır. Bu sahə müasir iqtisadiyyat və sənaye ehtiyacları baxımından olduqca vacibdir. ABŞ-ın bu istiqamətdə ixtisaslaşmış özəl şirkətləri ilə əməkdaşlığa böyük maraq göstəririk”.
Digər Xəbərlər
05 Iyun 2026 17:21
Küveyt Əmiri Prezidentə təbrik ünvanlayıb
05 Iyun 2026 16:10
Prezidentdən 1 milyonluq SƏRƏNCAM
05 Iyun 2026 16:06
Birinci vitse-prezident miniftutbol yığmamızı TƏBRİK ETDİ
05 Iyun 2026 15:43
“Qlobal enerji bazarında Azərbaycanın geosiyasi çəkisi artır”
05 Iyun 2026 15:32
İlham Əliyev bir qrup şəxsi təltif etdi - SİYAHI
05 Iyun 2026 15:18
Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib
05 Iyun 2026 12:27
Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəliyinə yeni status verilir
05 Iyun 2026 12:18


Bakı -°C

