Şri-Lanka Prezidenti Azərbaycan liderini təbrik edib
Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Anura Kumara Dissanayake Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.
Adalet.az xəbər verir ki, təbrik məktubunda deyilir:
"Zati-aliləri.
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə, Hökumətinizə və xalqınıza öz adımdan, eləcə də Şri-Lanka Hökuməti və xalqı adından səmimi təbriklərimi, xoş arzularımı çatdırmaqdan dərin məmnunluğumu ifadə edirəm.
Şri-Lanka ilə Azərbaycan arasında mövcud dostluq münasibətlərinin və sıx əməkdaşlığın daha da genişlənməsi böyük məmnunluq doğurur. Əminəm ki, ölkələrimizin qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələri gələcək illərdə xalqlarımızın rifahı naminə daha da möhkəmlənəcək.
Fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, böyük uğurlar, Azərbaycan xalqına isə davamlı sülh, tərəqqi və rifah arzulayıram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Digər Xəbərlər
02 Iyun 2026 17:13
Əli Əsədov Ukrayna Baş nazirinin birinci müavini ilə görüşüb
02 Iyun 2026 16:34
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasının gündəliyi
02 Iyun 2026 14:27
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı
02 Iyun 2026 13:24
Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr yaradıldı
02 Iyun 2026 12:16
Cavanşir Feyziyev: ABŞ Azərbaycanı vacib regional aktor kimi görməyə davam edir
02 Iyun 2026 11:33
Azərbaycan lideri İtaliya Prezidentini təbrik edib
02 Iyun 2026 11:14
“Sülh prosesini pozmağa çalışan Rusiya aqressivləşir”
02 Iyun 2026 09:55


Bakı -°C

