BPA-nın nümayəndə heyəti Azərbaycandadır
Baş prokuror Kamran Əliyevin dəvəti ilə dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) yeni fəaliyyətə başlamış Baş müşaviri, Birləşmiş Krallığın Dövlət Prokurorluq Xidmətinin idarə rəisi xanım Tarika Jayaratnenin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlib.
Adalet.az xəbər verir ki, Baş prokuror Kamran Əliyev nümayəndə heyətini qəbul edib.
Bildirilib ki, ölkə Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq prokurorluq orqanları tərəfindən beynəlxalq tərəfdaşlarla əməkdaşlıq əlaqələrinin gücləndirilməsi xüsusi diqqətdə saxlanılır.
Bu kontekstdə Assosiasiya ilə ölkəmizin prokurorluq orqanları arasında uzunmüddətli, geniş və faydalı əməkdaşlıq əlaqələri formalaşıb, təsis edildiyi gündən Azərbaycan Respublikası Prokurorluğu qurumun fəaliyyətinə mühüm töhfələr verib. Azərbaycan 2002, 2018 və 2024-cü illərdə qurumun İcraiyyə Komitəsinin iclaslarına, 2024-cü ildə, həmçinin İllik İclas və Ümumi Yığıncağına ev sahibliyi edib.
Görüş zamanı qlobal miqyasda cinayətkarlıqla mübarizədə müxtəlif hüquq sistemlərinin prokurorlarının səylərinin birləşdirilməsində Assosiasiyanın mühüm rol oynaması qeyd edilərək, qonaqlara son dövrlərdə milli prokurorluq orqanlarında həyata keçirilmiş islahatlar, tətbiq edilən yeni hüquq institutları və yanaşmalar barədə məlumat verilib.
Səmimi qəbula görə minnətdarlıq ifadə edən qonaqlar Azərbaycan Prokurorluğunun qurumun fəaliyyətində aktiv roluna və verdiyi töhfələrinə görə təşəkkürünü bildirmiş, uzun illərdir davam edən sıx və uğurlu əməkdaşlıqdan məmnuniyyət ifadə edilib.
Qonaqlar, həmçinin, Baş Prokurorluğun Tarix muzeyi ilə tanış olub, onlara prokurorluğun fəaliyyəti ilə bağlı eksponatlar barədə ətraflı məlumat verilib.
Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.
Digər Xəbərlər
02 Iyun 2026 15:33
Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildi - YENİLƏNİB
02 Iyun 2026 15:17
Yol polisi güclü küləklə bağlı sürücülərə müraciət etdi
02 Iyun 2026 14:55
Narkoloji arayış "ASAN xidmət"də veriləcək
02 Iyun 2026 13:29


Bakı -°C

