Bakıda 27 yaşlı oğlan ögey anasını qətlə yetirdi - YENİLƏNİB
Noyabrın 28-i saat 19 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən evlərdən birində 1978-ci il təvəllüdlü İlhamə Məmmədovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Sabunçu rayon prokurorluğundan Adalet.az-a bildirilib ki, araşdırmalarla 1997-ci il təvəllüdlü Qasım Məmmədovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək ögey anası İlhamə Məmmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Qasım Məmmədov şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
***
09:39
Bakıda qətl törədilib.
Adalet.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, dünən saat 20 radələrində 1997-ci il təvəllüdlü Qasım Abbas oğlu Məmmədovun yaşadığı Sabunçu rayonu Maştağa qəsəbəsindəki evdə anası 1978-ci il təvəllüdlü İlhaməni bıçaqlamasına əsaslı şübhələr müəyyən edilib.
Qadın hadisə yerində ölüb.
Q.Məmmədov polis əməkdaşları tərəfindən tutulub.
Bildirilib ki, gənc oğlan əvvəllər xuliqanlıq və narkotiklə bağlı cinayətlərə görə məhkum edilib.
Digər Xəbərlər
27 Fevral 2026 17:34
“TikTok”da tələbələrin fotolarını yayan şəxs barəsində cinayət işi başlanıldı - VİDEO
27 Fevral 2026 12:23
Azərbaycan-İran sərhədində silahlı insident - FOTOLAR
26 Fevral 2026 21:40
Kiberpolis tələbə qızları şantaj edən şəxsi SAXLADI
26 Fevral 2026 18:11


Bakı -°C

