"Qanunsuz olaraq malın, maşının saxlanılmasından uzaq durmalıdırlar" - Deputat
"Yüklər nə zaman xarab olur? Qanunsuz və əsassız saxlama ilə bağlı olanda. Yükü bir neçə gün saxlayanda bu olur. Bizə qonşu olan ölkələrdə bir çox hallarda rahatlıqla 1-2 saata həll olunan prosedur, bizim əraziyə keçəndən sonra bir çox hallarda 1-2 gün yubadılmaqla baş verir".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.
Deputat bildirib ki, belə olan halda malın xarab olmasına görə məsuliyyət ekspeditorun üzərində qalır: "Bu da müştəri ilə aralarında böyük mübahisələr yaradır. Gələcəkdə beynəlxalq yük daşımalarında bu problemlər daha çox ortaya çıxacaq. İndidən müvafiq qurumların məsuliyyət məsələsini qoymayılıq. Müvafiq orqan qanunsuz olaraq 3-5 gün hansısa malın, maşının saxlanılması məsələsindən uzaq durmalıdır. Ancaq məsuliyyət olanda uzaq duracaq. Məsuliyyət olmadıqda həmişə müştəri haqsız çıxacaq. Təklif edirəm ki, bu qanun layihəsində mütləq müavfiq icra hakimiyyəti orqanının məsuliyyətinin konkretləşməsi məsələsinə baxılsın. Bu ölkənin imicidir. Ölkəyə gələn malların, yüklərin daşınması məsələsində əlavə problemlər yaşanmasın, ölkənin iqtisadi nüfuzu aşağı düşməsin".
Digər Xəbərlər
25 Noyabr 2025 12:38
Azərbaycanda dövlət qulluqçuları 2 min manatadək orta aylıq əməkhaqqı alır
25 Noyabr 2025 11:30
“Trampın tarif siyasəti uğursuzluğa düçar olacaq” - İqtisadçı
24 Noyabr 2025 15:56
Bu il istehlakçılara 301 min manatdan çox pul qaytarılıb
24 Noyabr 2025 12:42
TDT-yə üzv ölkələrlə ticarət dövriyyəmiz 6 milyard dollara yaxınlaşıb
24 Noyabr 2025 10:34
Gələn il işsizlərə 28 milyon manat ödəniləcək: Kimlər və necə əldə edə bilərlər?
22 Noyabr 2025 10:06
Azərbaycan nefti ucuzlaşdı
21 Noyabr 2025 13:56
“Kənd yumurtası bazarda qiymətləri təyin etmir, daha baha satılır...”
21 Noyabr 2025 13:04


Bakı -°C

