adalet.az header logo
  • Bakı -°C
25 Noyabr 2025 12:38
57
İQTİSADİYYAT
A- A+

Azərbaycanda dövlət qulluqçuları 2 min manatadək orta aylıq əməkhaqqı alır

"Hazırda dövlət qulluqçularının sayı 27,4 min nəfərdir ki, onların da 30,3 faizini qadınlar təşkil edir. Ötən il dövlət qulluqçularının orta aylıq əməkhaqqı əvvəlki ilə nisbətən 2 faiz artaraq 1971 manata çatıb".

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deputat Vüqar Bayramov deyib. O bildirib ki, bu il reallaşan sosial paket həmin vətəndaşlarımızın əmək haqqlarında daha yüksək artımlara imkan verib.

"Bununla yanaşı, hazırda dövlət qulluqçularının orta aylıq maaşı ölkə üzrə orta aylıq əmək haqqından 2 dəfə çoxdur. Bu də dövlət qulluğuna marağın yüksək olması səbəblərindən biridir. Dövlət qulluqçularının 7,4 faizi dövlət orqanlarında inzibati vəzifələrin ali - 3-cü təsnifatlarda çalışır. 92.6 faizi digər təsnifatlarda o cümlədən, 46,6 faizi 7-ci təsnifatı, 22,2 faizi isə dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləyirlər. Bu isə o deməkdir ki, dövlət qulluqçularının böyük əksəriyyəti üçün işə qəbul ilə bağlı tələblər tətbiq olunur. Bununla yanaşı, hazırda dövlət qulluqçularının 69.5 faizi 5 ildən çox çalışanlardır. Dövlət qulluqçularının 6,4 faizi 1 ilədək, 24,1 faizi 1 ildən 5 ilədək, 22,9 faizi 5 ildən 10 ilədək, 18,6 faizi 10 ildən 15 ilədək, 28,0 faizi isə 15 il və daha çox qulluq stajına malikdir”.

V.Bayramov qeyd edib ki, bu sahədə aparılan dərinləşidirilmiş islahatlar dövlət qulluqçularının yaş intervalına da təsir göstərib: "Hazırda dövlət qulluğunda çalışanların tən yarısının yaşı 40-dan aşağıdır. Bu isə dövlət qulluğunda işə qəbulda keyfiyyət meyarları baxımdan vacib hesab olunur”.