“Azerçay”ın dəstəyi ilə şəhidimizdən bəhs edən klip çəkilib - VİDEO
Həmişə həyata keçirdiyi layihələrlə seçilən doğma çay “Azerçay” bu dəfə vətənpərvərliklə bağlı maraqlı layihənin ərsəyə gəlməsinə vəsilə olub.
Belə ki, “Azerçay”ın dəstəyi ilə Şuşanın azadlığı uğrunda şəhid olan Pənah Məmmədovun həyatından və şəhidlik zirvəsinə ucalmasından bəhs edən klip çəkilib.
Klipdə şəhidin real kadrları yer alıb. Çəkilişlərin bir hissəsi Pənahın təhsil aldığı Şəki rayonu Orta Zəyzid kənd orta məktəbində, əsas hissəsi isə Şuşada aparılıb.
Doğma çayın kollektivi5 şəhidin ailəsi ilə görüşüb, onlarla birlikdə Şuşaya yollanıb və qəhramanımızın şəhid olduğu yerlərə baş çəkib.
Pənahın Şuşanın azadlığı uğrunda göstərdiyi qəhrəmanlıqdan danışarkən tarixdə iz qoymuş, Şuşanın əsasını qoyan Pənahəli xan da xatırlanıb.
Uzun illər əvvəl Pənahəli xanın Şuşa üçün apardığı mübarizəni Pənah Məmmədov davam etdirib. Sanki tarix təkrarlanıb.
“Sabahın xeyir, Şuşa” adlı klipin rejissoru Emin Muradovdur. Sözləri şair Əyyub Qiyasa, ifası və bəstəsi isə Sevinc Ağasıyevaya məxsusdur.
Qeyd edək ki, hər zaman milli-mənəvi dəyərlərimizə xüsusi həssaslıqla yanaşan “Azerçay” bir müddət öncə şəhidimizin böyüdüyü Orta Zəyzid kəndində onun xatirəsinin yad edilməsi məqsədilə tədbir təşkil edib.
“Sabahın xeyir, Şuşa” klipini aşağıda keçiddən izləyə bilərsiniz:
Digər Xəbərlər
18 Dekabr 2025 11:49
“Shokki Mokki” “Məktəbim” layihəsinə dəstəyini davam etdirir
18 Dekabr 2025 10:02
Boz Qurda sadiq xristian qaqauzlar - (IV yazı)
15 Dekabr 2025 11:23
Xakaslar: Cənubi Sibir türkləri, şaman ənənəsinin davamçıları - (III yazı)
12 Dekabr 2025 17:50


Bakı -°C

