“İran xalqı “Hörmüz” ilgəyini Trampın öz boğazına keçirməyi bacardı”
“ABŞ prezidenti Trampın Çinə planlaşdırılan və İrana qarşı əməliyyatların uzanması səbəbindən təxirə salınan dövlət səfərinin tarixi, nəhayət, açıqlanıb. Artıq həm ABŞ, həm də Çin tərəfi təsdiqləyib ki, Tramp mayın 13-15-də Çində olacaq.Hazırda dünyanın nüfuzlu beyin mərkəzlərinin, ciddi analitiklərin hamısı, demək olar ki, tamamilə bu səfərə, qlobal liderlik uğrunda yarışan iki nəhəng dövlətin rəhbərlərinin görüşünün necə yekunlaşacağına, hansı mesajlar veriləcəyinə fokuslanıblar”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şükürlü deyib.
O, bildirib ki, əlverişli sövdələşmələr əldə etmək niyyətiylə hakimiyyətə gətirilən və qeyri-sabit xarakteriylə fərqlənən Trampın ABŞ-nin əsas rəqibi Çinlə nədə uzlaşa biləcəyi, bir tərəfdən, onun və respublikaçıların siyasi perspektivini, o biri tərəfdən də bütövlükdə ölkəsinin dünya siyasətindəki yerini müəyyənləşdirəcək:
“Tramp bu il yanvarın 3-də neft ehtiyatlarına görə dünya birincisi olan və çıxardığı neftin 80%-ni Çinə satan Venesuelanın prezidenti Maduronu oğurlatdıraraq, bu ölkənin zəngin neft ehtiyatlarını ələ keçirməyi bacardı. Fevralın 28-də isə Tramp neft ehtiyatlarına görə dünya üçüncüsü olan və çıxardığı xam neftin 90%-dən çoxunu Çinə satan İrana qarşı da müharibəyə başladı.Venesuela əməliyyatının uğurundan ruhlanan Tramp gözləyirdi ki, uzağı 3-4 həftə ərzində İranda da hakimiyyəti dəyişərək, ona təslimçi bir saziş imzalatdıracaq və bununla da təkcə İran neftinə yox, həm də onun strateji coğrafiyasına və limanlarına sahiblənməklə, Çinə öz şərtlərini qəbul etdirməyi bacaracaq. Ancaq qürurlu İran xalqı mətanətli dirənişi ilə “Hörmüz” ilgəyini Trampın öz boğazına keçirməyi bacardı və ABŞ-İsrail ittifaqının planları Hind okeanındaca suya qərq edildi – Trampın Çinə həlledici səfərinə 1 sutka qalır, ancaq hələ də ABŞ və İran arasında hər hansı saziş imzalanmayıb. İran diplomatiyası çox məharətlə prosesi uzatmaqla, Tramp üçün çox qiymətli olan vaxtı da Çinin lehinə dəyişdi. Beləliklə, Çinə satılacaq neftə, eləcə də Çindən çıxan bütün quru yollarına nəzarət etmək üçün ABŞ-nin həm demokratlar, həm də respublikaçılar administrasiyasının uzun illər ərzində apardıqları “Çini təcridetmə və mühasirəyə alma” strategiyası tamamilə iflasa uğramaq üzrədir”.
E.Şükürlü deyib ki, Çinin qurudan mühasirəsi və iqtisadiyyatının nəzarət altına alınması üçün ABŞ-nin xüsusən 3 mühüm, açar ölkədə - Rusiya, Türkiyə və İranda hakimiyyətləri dəyişməsi və özünəmünasib hakimiyyətlər formalaşdıraraq, Mərkəzi Asiyaya daha rahat çıxış, gediş-gəliş və hərbi bazalar qurmaq imkanı əldə etməsi vacib idi ki, ABŞ nə Bayden, nə də Tramp dönəmində bunu bacardı:
“Əksinə, son 10 il ərzində Rusiya, Türkiyə və İran həm öz aralarında, həm də Çinlə daha da yaxınlaşaraq və hətta əlbir hərəkət edərək, ABŞ-ın Mərkəzi Asiyada, Əfqanıstanda və Cənubi Qafqazda planlarını pozmağı bacardılar.İranla son müharibə isə ABŞ-ın Yaxın Şərqdən də hərbi bazalarını çıxarmasının təməllərini atmaq üzrədir - özünü qoruya bilməyən hərbi baza başqalarını necə qoruyacaq?!Beləliklə, 2017-ci ildəki səfərindən fərqli olaraq, Tramp bu dəfə Çinə SSRİ dağılandan bu yana ABŞ-nin üzərinə götürdüyü “qlobal lider” statusunu itirmiş prezident imicində gedir.Özü birbaşa yorucu, tükəndirici müharibələrə girməkdən yayınan, güclənərək uyğun zamanı gözləyən müdrik və səbirli Çin Xalq Respublikası müharibələrlə dünyanı idarə etməyə üstünlük verən ABŞ-nin qolobal liderlik iddiasına müsəlmanların fədakarlığı və əliylə son qoyur. Tramp - Si Cinpin görüşü Alyaskada keçirilən Tramp-Putin görüşünün daha məzmunlu və əhatəli davamı olmaqla, yeni dünya nizamının qurulması istiqamətində atılmış ikinci mühüm sövdələşmə mərasimi olacaq”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
13 May 2026 10:43
Zakir Həsənovun Slovakiyaya səfəri davam edir
13 May 2026 09:30
“Əsasən Rusiyaya bağlı qrupların hazırki baş nazirə qarşı mübarizə aparması...”
13 May 2026 09:21
“Ermənistanda müxalifət revanşist siyasət yürüdür”
12 May 2026 20:28
Prezident WUF13 ilə bağlı videoçarx PAYLAŞDI
12 May 2026 19:03
İlham Əliyev Şahbaz Şəriflə telefon danışığı apardı
12 May 2026 18:33
Azərbaycan və Yunanıstan arasında siyasi məsləhətləşmələr keçirilib
12 May 2026 17:47
Rossbax İlham Əliyevə minnətdarlığını bildirib
12 May 2026 15:43


Bakı -°C

