Azərbaycanda təmizlik vasitələri bahalaşdı - VİDEO
Təmizlik vasitələrinin qiymətində artım müşahidə olunub.
Adalet.az xəbər ki, alıcılara 49 manata qabyuyan vasitə, 37 manata isə yuyucu toz təklif olunur.
Alıcılar da sözügedən vasitələrin qiymətində artım olduğunu təsdiqləyiblər. Onların sözlərinə görə, hər məhsul ən az 40-50 qəpik bahalaşıb.
İqtisadçı-ekspert Xalid Kərimlinin sözlərinə görə, təmizlik vasitələrinin bahalaşmasının əsas səbəblərindən biri bu məhsulların əksəriyyətinin xaricdən ölkəyə idxal edilməsidir.
Ekspert bildirib ki, qiymətləri Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tənzimləməlidir.
Məsələ ilə bağlı "Xəzər Xəbər" sözügedən qurumla əlaqə saxlayıb. Qurum əvvəlcə cavab verəcəyini desə də, sualları və zəngləri cavabsız qoyub.
Digər Xəbərlər
15 Sentyabr 2026 19:04
Azərbaycan və İsveçrə innovasiya və turizm sahələrində əməkdaşlığı müzakirə edib
15 Sentyabr 2026 09:37
“Azeri Light”ın qiyməti 127 dolları ötdü
14 Sentyabr 2026 16:42
Qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq
14 Sentyabr 2026 10:48


Bakı -°C

