Azərbaycanda elektrik şəbəkəyə qoşulma müddəti 20 günə endirilib
“Azərişıq” ASC “ASAN Xidmət” mərkəzlərində göstərilən xidmətlərin sayını artırıb
Son səkkiz il ərzində “Azərişıq” ASC-nin ASAN Xidmət mərkəzlərində vətəndaşlara göstərilən xidmətlərin sayı 8-dən 18-ə yüksəlib.
"Report" xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin ASAN Xidmətlə İş və Elektron Xidmətlər Departamentinin direktor müavini İnam Yusifov Zəngilanda keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, vətəndaşlara təqdim olunan xidmətlərin sadələşdirilməsi və əlçatanlığının artırılması istiqamətində görülən işlər uğurlu nəticələr verib: “Əvvəllər müraciətlər 7 prosedurdan ibarət idisə, bu gün proses cəmi 2 prosedurla yekunlaşır. Bunun sayəsində şəbəkəyə qoşulma müddəti 41 gündən 20 günə endirilib”.
İ.Yusifov əlavə edib ki, hazırda “Azərişıq” ASC 15 elektron xidmət təqdim edir və vətəndaşlar bu xidmətlərdən onlayn şəkildə faydalana bilirlər.
“Ötən il sahibkarlıq subyektlərinin 53,4 %-i müraciətlərini elektron qaydada həyata keçirib”, - deyə o vurğulayıb.
Digər Xəbərlər
23 Sentyabr 2026 10:51
“Bu, qeyri-neft sektorunun inkişafına xüsusi töhvə verəcək”
22 Sentyabr 2026 20:09
"Ölkə iqtisadiyyatının artım templəri çox da böyük deyil" - Prezident
22 Sentyabr 2026 15:55
"Yanaşmamız xammalı daha çox emal etməkdir" - Mikayıl Cabbarov
22 Sentyabr 2026 11:02
“Bunun üçün milyardlarla dollar investisiya və illər lazımdır”
21 Sentyabr 2026 07:34
Dünya yeməklə sınağa çəkilir - Ərzaq qiymətləri 4 ilin zirvəsində
18 Sentyabr 2026 16:40
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
18 Sentyabr 2026 11:40
Tahir Gözələ yeni vəzif verildi - Bank sədri oldu
18 Sentyabr 2026 10:26


Bakı -°C

