Azərbaycanda 1C üzrə ilk praktiki seminar keçirildi - FOTOLAR
Azərbaycan Konsaltinqlər Assosiasiyasının təşəbbüsü və GM Konsaltinq MMC-nin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq 1C proqramı üzrə praktiki seminar keçirilib.
Adalet.az xəbər verir ki, seminar Azərbaycanda 1C üzrə keçirilən ilk rəsmi praktiki təlim olması ilə seçilir və mütəxəssislərə mənfəət vergi bəyannaməsinin hazırlanması, qanunvericilikdəki son yeniliklər və 1C-də real tətbiq üsulları barədə geniş praktiki bilik təqdim edir.
Seminarda mənfəət vergi bəyannaməsinin hazırlanması və təqdim edilməsi qaydaları, qanunvericilikdə son yeniliklər və tətbiq nüansları, 1C mühasibat proqramında bəyannamənin addım-addım hazırlanması nümayiş etdirilib.
Təlimdə ölkənin maliyyə nəzarəti orqanlarının əməkdaşları, mühasiblər, auditorlar, vergi mütəxəssisləri, zireklər (ekspertlər), müxtəlif dövlət qurumlarının maliyyə və mühasibatlıq sahəsində çalışan əməkdaşları ilə yanaşı, özəl sektorun nümayəndələri, biznes sahibləri və CFO-lar iştirak edib.
Digər Xəbərlər
02 Mart 2026 11:46
Azərbaycan–İtaliya biznes və investisiya əlaqələri müzakirə edildi
02 Mart 2026 11:05
“İran ilə ticarət əlaqələrində texniki çətinliklər davam etsə...”
28 Fevral 2026 12:15
“Bu qərar rəqəmsallaşma prosesini daha planlı və koordinasiyalı edəcək...”
28 Fevral 2026 11:30
Rusiya Azərbaycana yeni ticarət nümayəndəsi TƏYİN ETDİ
28 Fevral 2026 09:56
"Rəqəmsallaşma ölkənin texnoloji inkişafına təkan verəcək" - İqtisadçı
27 Fevral 2026 16:06
Ölkəyə qanunsuz qızıl keçirilməsinin qarşısı alındı
27 Fevral 2026 12:20
Horadiz-Ağbənd dəmiryol xəttində tikinti işlərinin 70 %-i tamamlanıb
27 Fevral 2026 11:51


Bakı -°C

