adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
19 May 2020 19:18
45844
LAYİHƏ

Azərbaycan Xalq Cümhuriyyətinin yüz il bundan öncəki tarixinə baxış

1918-ci il fevralın 10-da CənubiQafqazda qanunverici orqan olan Seym yaradılmışdı. İcraedici hakimiyyət isə hələ1917-ci il noyabrın 15-də yaradılmış Cənubi Qafqaz Komissarlığına (CQK) məxsusidi. Seym 1918-ci il aprelin 22-də Zaqafqaziyanın müstəqilliyini elan etməsinəbaxmayaraq burada sabitliyi tənzimləmək mümkün olmadı. Digər tərəfdən, ermənisilahlı dəstələrinin Bakı, Yelizavetpol və İrəvan quberniyalarının türk-müsəlmanəhalisinə qarşı törətdiyi soyqırımlar vəziyyəti daha da gərginləşdirmişdi. Beləbir dövrdə Seymdəki gürcü nümayəndələri 1918-ci il may ayının 26-da Seymdənçıxdıqlarını və Gürcüstanı müstəqil Respublika elan etdiklərini bəyan etdilər.1918-ci il may ayının 27-də artıq keçmiş Zaqafqaziya Seyminin müsəlmanfraksiyası yaranmış siyasi vəziyyəti müzakirə etmək üçün Fövqəladə iclasçağırdı. Uzun sürən müzakirədən sonra Müvəqqəti Milli Şura yaratmaq qəraraalındı. Müvəqqəti Milli Şuranın sədri vəzifəsinə M.Ə. Rəsulzadə, hökumətin sədrivəzifəsinə isə Fətəli xan Xoyski seçildi.

Beləliklə, Azərbaycanın Şərqi vəCənubi Zaqafqaziya hüdudlarında milli dövlətçiliyi bərpa olundu.

1918-ci il 28 mayda Milli ŞuraAzərbaycan Xalq Cümhuriyyətinin birinci hökumət kabinəsini təşkil etməyi MilliŞuranın üzvü, bitərəf Fətəli xan Xoyskiyə tapşırdı. Bir saatlıq fasilədən sonrayığılan Milli Şuranın iclasında Fətəli xan Xoyskinin başçılığı ilə Cümhuriyyətinilk Hökuməti təsdiq edildi. İlk Hökumətdə vəzifələr aşağıdakı kimibölüşdürülmüşdü: Fətəli xan Xoyski - Nazirlər Şurasının sədri və daxili işlərnaziri; Xosrov bəy Sultanov - hərbi nazir; Məmmədhəsən Hacınski - xarici işlərnaziri; Nəsib bəy Yusifbəyli - maliyyə və xalq maarifi naziri; Xəlil bəy Xasməmmədov- ədliyyə naziri; Məmməd Yusif Cəfərov - ticarət və sənaye naziri; Əkbər ağaŞeyxülislamov - əkinçilik və əmək naziri; Xudadat bəy Məlik-Aslanov - yollar,poçt və teleqraf naziri; Camo bəy Hacınski - dövlət nəzarəti naziri.

1918-ci il iyunun 16-da Gəncəyəköçən AXC hökuməti (ümumiyyətlə, AXC hökuməti 1918-ci il mayın 28-dən iyunun16-dək Tiflisdə, iyunun 16-dan sentyabrın 17-dək Gəncədə, sentyabrın 17-dən1920-ci il aprelin 28-dək Bakıda fəaliyyət göstərmişdir) öz müdafiə qabiliyyətinimöhkəmləndirmək və düşmənin gözlənilən hücumunun qarşısını almaq üçün hazırlıqişlərinə başladı. Azərbaycan Milli Şurasının iyunun 17-də Məhəmməd Əmin Rəsulzadəninsədrliyi ilə iki iclası keçirilmiş, sonra özünü buraxması haqqında qətnamə qəbuletmiş və altı ay müddətində Azərbaycanın ali qanunverici orqanının - ümumi,gizli və birbaşa səsvermə əsasında seçilmiş Müəssisələr Məclisinin çağırılmasıvəzifəsi irəli sürülmüşdü. Azərbaycan Milli Şurası iyunun 17-də Fətəli xanXoyskinin sədrliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin ikinci hökumət kabinəsinintərkibini təsdiq etdi.

İkinci Hökumətə Fətəli xanXoyskidən başqa Məmmədhəsən Hacınski, Nəsib bəy Yusifbəyli, Əlimərdan bəyTopçubaşov, Xəlil bəy Xasməmmədov, Xosrov bəy Sultanov, Xudadat bəy Rəfibəyli,Xudadat bəy Məlik-Aslanov, Ağa Aşurov, Əbdüləli bəy Əmircanov və Musa bəy Rəfiyevdaxil oldular. 1918-ci il iyunun 17-də Milli Şura özünü buraxması haqqında qətnaməqəbul etdi və altı ay müddətində Azərbaycanın ali qanunverici orqanının -ümumi, gizli və birbaşa səsvermə əsasında seçilmiş Müəssisələr Məclisininçağırılması vəzifəsi irəli sürülmüşdü. Noyabr ayının 9-da Azərbaycan MilliŞurası bərpa olundu.

Hökumətin 24 iyun 1918-ci iltarixli qərarına əsasən, Azərbaycanın dövlət bayrağı kimi qırmızı fonda ağaypara və səkkizguşəli ulduzun təsvir edildiyi qırmızı parçadan hazırlanmışbayraq qəbul olundu. Noyabr ayının 9-da bu bayraq, ağ aypara və səkkizguşəliulduzun təsvir olunduğu mavi, qırmızı və yaşıl rəngli bayraqla əvəz edildi. AzərbaycanCümhuriyyətinin dövlət bayrağının üç rəngi "türk milli mədəniyyətini,müasir Avropa demokratiyasını və islam sivilizasiyasını təmsil edirdi".

İyun ayının 27-də Azərbaycantürk dilinin Azərbaycan Cümhuriyyətinin dövlət dili elan olundu. Həmin qərarGülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycanın ikiyə bölünməsindən sonraana dilinin dövlət dili kimi işlədilməsinə aid ilk sənəddir. Müstəqil dövlətinmühüm atributlarından biri olan dövlət dili məsələsi yenicə yaranmış AzərbaycanXalq Cümhuriyyəti Hökumətinin diqqət mərkəzində idi. Parlamentin rəsmi dili Azərbaycantürkcəsi elan olunmuş, digər millətlərin nümayəndələrinin rus dilində çıxış etmələriməqbul hesab edilmişdi. Bununla belə, rəsmi sənədlərin hamısı dövlət dilində tərtibedilirdi.

1918-ci il may ayının 28-də AzərbaycanXalq Cümhuriyyətinin hökuməti tərəfindən Azərbaycanda Xalq Maarifi Nazirliyi təsisedilib. Maarif naziri isə Nəsib bəy Yusifbəyli olub. Xalq təhsili sahəsində ilkönəmli tədbir məktəblərin milliləşdirilməsi oldu, bu, təhsilin doğma Azərbaycantürk dilinə keçirilməsi idi. Bununla da ilk dəfə olaraq azərbaycanlı uşaqlarındoğma dildə təhsil alma hüququ qanuniləşdirildi. 1918-ci ildə Səhiyyə Nazirliyitəsis edilir, bu nazirliyə rəhbərlik isə Musa bəy Rəfiyevə həvalə edilir.1919-cu ildə Bakı Dövlət Universitetinin əsası qoyulub.

Azərbaycan Xalq Cümhuriyyəti AzərbaycanSilahlı Qüvvələrinin təşkilinə Cümhuriyyətin elan edildiyi gündən başlanmışdı.Yeni yaradılacaq ordunun əsasını Müsəlman korpusu təşkil edirdi. 1918-ci iliyunun 26-da Hökumətin qərarı ilə Müsəlman korpusu Əlahiddə Azərbaycan korpusuadlandırıldı.

1918-ci il iyun ayının 4-dəBatumda Osmanlı imperiyası il Azərbaycan Cümhuriyyəti arasında bağlanmışmüqavilə ölkənin təhlükəsizliyini təmin etmək üçün mühüm əhəmiyyəti oldu. Batummüqaviləsinə əsasən, Azərbaycan Cümhuriyyətinə kömək üçün Türkiyə ordusununümumi sayı 15 min nəfərə qədər olan 5-ci və 15-ci diviziyaları göndərildi.1918-ci il iyunun 27-də Bakı Sovetin erməni-rus qoşunlarının Gəncəyə doğruhücumunun qarşısı birləşmiş Azərbaycan-Qafqaz İslam ordusunun hərbi hissələri tərəfindənGöyçay yaxınlığında alındı. Daha sonra əks hücuma keçən Azərbaycan-Qafqaz İslamOrdusu sentyabrın 15-də Bakını Sentrokaspi, erməni-bolşevik və ingilisqoşunlarından azad etdi və müstəqil Azərbaycan hökuməti sentyabrın 17-də GəncədənBakıya köçdü.

(ardı gələn sayımızda)

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.