adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

AZƏRBAYCAN RESPUBLiKASI VERGiLƏR NAZiRi CƏNAB FAZiL MƏMMƏDOVA!

AQİL ABBAS
31034 | 2007-02-13 02:33
Sizi və rəhbərlik etdiyiniz vergilər orqanlarının bütün əməkdaşlarını Peşə bayramınız münasibətilə ürəkdən təbrik edirik!
   
   Bu gün Peşə bayramını qeyd etdiyimiz Vergilər Nazirliyi yarandığı gündən Azərbaycanın iqtisadi həyatında çox mühüm rol oynamış və çox mühüm rol oynamaqda da davam edir. Nazirlik Ulu Öndərimiz Heydər Əliyevin və onun siyasi varisi möhtərəm prezidentimiz İlham Əliyevin apardığı uğurlu iqtisadi siyasətdə öz layiqli töhfəsini vermişdir və bu yöndə uğurla öz fəaliyyətini davam etdirməkdədir. Bu gün Azərbaycanın iqtisadi siyasətində Vergilər Nazirliyi çox mühüm bir vəzifəni həyata keçirir və ən başlıcası odur ki, bu vəzifəni də ləyaqətlə həyata keçirir.
   
   ABŞ-da belə bir söz var":: " Bir ölümdən, bir də vergidən qaçmaq olmaz!" Çox istərdik ki, Azərbaycanı da ABŞ kimi qüdrətli görmək istəyən hər bir azərbaycanlı bu cür düşünsün.
   
   
   
   Hörmətli Nazir!
   
   
   
   Peşə bayramı münasibətilə Sizi və rəhbərlik etdiyiniz təşkilatın həm yüksək rütbəli dövlət məmurlarını, həm də ən sıravi işçilərini ürəkdən təbrik edirik, Sizə uzun ömür, can sağlığı və rəhbərlik etdiyiniz təşkilatın bütün işçilərinə daha böyük uğurlar arzulayırıq!

TƏQVİM / ARXİV