adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
25 Noyabr 2022 22:35
2461
LAYİHƏ

Azərbaycan Milli Olimpiya Komitəsinin reallaşdırdığı OCEP layihəsi - FOTOLAR

Avropa Olimpiya Komitəsinin nümayəndəsi Azərbaycan Milli Olimpiya Komitəsinin reallaşdırdığı OCEP layihəsindən məmnunluq ifadə etdi. 

Avropa Olimpiya Komitəsinin üzvü Bakının 171 və 158 saylı tam orta məktəblərində olub.  Bakıda səfərdə olan Avropa Olimpiya Komitəsinin üzvü Canluka De Ancelis OCEP layihəsi çərçivəsində fəaliyyət göstərən məktəblərə baş çəkib. İlk olaraq qonaq OCEP layihəsi çərçivəsində İtaliyanı təmsil edən 158 nömrəli tam orta məktəbi ziyarət edib. MOK-un beynəlxalq proqramlar departamentinin rəhbəri Mehman Kərimovun da qatıldığı tədbirdə məktəblilərin  İtaliyanın idman naliyyətləri və ölkənin tarixi ilə bağlı hazırladığı xüsusi təqdimat əslən İtaliyadan olan Avropa Olimpiya Komitəsi nümayəndəsinin marağına səbəb oldu.  italyan dilində mahnılarla müşayət olunan səhnəcik isə alqışlarla qarşılandı.  

Daha sonra Avropa Olimpiya Komitəsinin üzvü Canluka de Ancelis 159 saylı tam orta mktəbin şagirdləri ilə tarix, mədəniyyət və Olimpiya mövzusunda söhbət etdi.  Sonda qonaq Avropa Olimpiya Komitəsinin xüsusi hədiyyəsini məktəblilərə təqdim edib. OCEP layihəsi çərçivəsində Sloveniyanı təmsil edən 171 saylı tam orta məktəbə səfər də maraqlı anlarla yadda qaldı.  Elm və Təhsil Nazirliyinin sektor müdiri Hilal Salmanov, Milli Olimpiya Komitəsinin Xarici Əlaqələr şöbəsinin rəhbəri Anar Bağırovun iştirak etdiyi bu görüşdə məktəblilər Sloveniyanın tarixi barədə öyrəndiklərini qonaqlara nümayiş etdirdilər. İbtidai sinif uşaqlarınin "Müharibəyə yox" şeiri bütün iştirakçıları təsirləndirdi.  

Çanluka De Anceıis məktəblərin infrastrukturu, ən əsası isə şagirdlərin digər ölkələrin mədəniyyəti, təhsili, adət-ənənələri, həmçinin idman sahəsi haqda biliklərnə heyran qaldığını gizlətmədi. “Mən çox şadam ki, OCEP proqramı uğurla davam edir. Bundan sonra da davam edəcəyinə ümid edirəm, çünki bu, uşaqların düzgün bir şəkildə dünya görüşünün artması ilə yanaşı dünya vətəndaşı olmaları üçün vacibdir.”  Qonaq 2019-cu ildə başlayan OCEP proqramının bu qədər faydalı oalacğını ağlına belə gətirmədiyini də qeyd edib. “Biz əmin idik ki, OCEP proqramı cox maraqlı olacaq. Amma, indi gördüklərim həqiqətən də məni təəccübləndirdi. OCEP gözlədiyimizdən də artıq nəticə verir. Bu çox faydalıdır və həqiqətən, düşünürəm ki, daha da təkmilləşdirilə bilər, istənilən halda artıq yaxşı nəticə var. Buna görə də OCEP proqramının davam etdirilməsini tövsiyə edirəm.”   171 saylı tam orta məktəbin “Dostluq” parkında Avropa Olimpiya Komitəsinin üzvü Çanluka De Ancelisin iştirakı ilə fidanlar əkildi. Qonaq məktəbə Avropa Olimpiya Komitəsinin xüsusis hədiyyəsini təqdim etdi. 

Qeyd edək ki, Olimpiya Mədəniyyəti və Təhsili Proqramı” (OCEP)  Bakı 2019 Avropa Gənclər Olimpiya Festivalı dövründə Beynəlxalq Olimpiya Komitəsinin dəstəyi ilə  Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi tərəfindən yaradılıb və hal hazırda yalnız Avorpa deyil dünyanın müxtəlif ölkələrini də əhatə edir.