adalet.az header logo
  • Bakı -°C
21 Fevral 2024 13:54
1523
ƏDƏBİYYAT
A- A+

«AZƏRBAYCAN GƏNCLƏRİ» QƏZETİNİ DƏ OXUYA BİLİRMİ? 

Bu gün Beynəlxalq Ana dili günüdür. Çox xoş, yaxşı ki,  şair və yazıçılarımız ana dilimizi ölməyə qoymayıblar, gətirib bu günə çıxarıblar. 

Nədənsə yadıma 70-ci illərdə Bəxtiyar Vahabzadənin  səhnəyə  qoyulmuş bir tamaşası yadıma düşdü, gərək ki, adı «Yağışdan sonra» idi. 

Orda bir imkanlı adam forsla tərəf müqabilinə deyir: 

- Mənim qızım ingiliscə Morninq star oxuyur.

Qarşısındakı adam isə belə cavab verir:

- Azərbaycan gəncləri  qəzetini də oxuya bilirmi?

İndi bizdə də təxminən belədi. Az qala ingilis dilini  ana dili eləmişik.