adalet.az header logo
  • Bakı 24°C
  • USD 1.7

Aqil ABBAS: "FUTBOL SAATI"NI YENİDƏN EFİRDƏ GÖRMƏK ARZUSU İLƏ

AQİL ABBAS
49701 | 2017-09-10 11:30

«Xəzər» televiziyakanalı ölkənin ən baxımlı kanallarından biridir. Özünəməxsus bir yolu var və bu yolda da tamaşaçılar sapmalara rast gəlmirlər.Bu yol milli adət-ənənələrə, milli mentaliltetə söykənən bir yoldur. «Xəzər»lə müəyyən ünsiyyətimolduğu üçün əməkdaşlarını da tanıyıram. Gənc və istedadlı jurnalistlərdən ibarətgözəl bir kollektivə malikdir.

Bukanal bir çox ilklərə imza atıb. Və həmişə də axtarışdadı. Xəbərlər proqramını xüsusiləqeyd etmək istəyirəm. Bu digər televiziya kanallarındakı xəbərlər proqramından fərqlənir. Söhbət təkcə operativlikdən getmir, söhbət xəbərlərin necə təqdim olunmağından, təqdim olunan süjetlərinnecə hazırlanmasından gedir. Eləcə dətənqidi süjetləri böyük ilgi görür, tənqid olunan obyektlər dərhal nöqsanlarıaradan qaldırmağa çalışırlar. Yəni tamaşaçılarla sıx əlaqədədirlər. Onların istək və arzularınıictimailəşdirməkdən çəkinmirlər.

Məqsədimheç də «Xəzər» TV-ni təhlil etmək deyil. Mətbuatda oxudum ki, «Futbol saatı» proqramıbağlanır. Bu bir futbolsevər adam kimi mənə çox pis təsir etdi. Təəssüfləndim.

«Futbolsaatı» «Xəzər» TV-də yayımlanana qədər ölkəninheç bir televiziya kanalında belə bir proqram yox idi. O Azərbaycan televiziyaməkanında bir ilk idi. Və qısa bir zaman kəsiyində geniş tamaşaçı kütləsinin rəğbətini qazandı. «Futbol saatı»nın yüksək reytinqqazandığını görən digər kanallarımız da belə bir formatda verilişlər hazırlamağabaşladı. Təbii ki, futbol pərəstişkarlarıbuna çox sevindilər.

Ammayenə də «Futbol saatı» daha çox yüksək reytinqə malik idi. İnşallah, yenə də inanıramki, malik olacaq.

«Futbolsaatı»nın özəlliyi nə idi? Birincisi, verilişinaparıcısı Sənan Abdullayev və şərhçi CeyhunRzayev futbolu dərindən bilən, həm də futbolaürəkdən bağlı olan Azərbaycanın tanınmış beş-on jurnalistlərindən, daha dəqiq desək, birincilərdəndirlər. Bir özəllikləri də tərəfsiz olmalarıdı. Yəqin onların da tutduğubir komanda var, amma bunu bildirməzdilər. Təxmin edirdim ki, «Neftçi»di, çünkio komandadan yana-yana danışırdılar.

Bu verilişdə həmişəyüksək səviyyəli futbol mütəxəssisləri, həmdə peşəkar hakimlər və peşəkar futbolçular iştirak edirdi.

Biz bu verilişdəTahir Süleymanovu görürdük, Böyükağa Hacıyevi,Ağasəlim Mircavadovu, Xəqani Məmmədovu, Kamal Quliyevi və digər bu səviyyədəolan mütəxəssisləri görürdük. Həm komandalarınoyunları təhlil olunurdu, həm də futbolumuzun özü, çatışmazlıqlarımız . Buçatışmazlıqların aradan qaldırılması yolları müzakirə edilirdi. Və mövqelər də çox kəskin ortaya qoyulurdu, eləcə də hamıya söz haqqı tanınırdı.

Möhtərəm Prezidentimizİlham Əliyevin ölkəmizdə futbolun inkişafı ilə bağlı sərəncamları var, tövsiyyələrivar və «Futbol saatı» da öz işini bu sərəncamlardanvə tövsiyyələrdən irəli gələn vəzifələrinüstündə qururdu. İnşallah, yenə qurar.

Futbol həvəskarlarıbu verilişin başlamasını intizarla gözləyirdilər. Çünki bu veriliş onlarınürəyincəydi, həm də onların ürəyindəki tikanıçıxarırdı.

Azərbaycanda idman,eləcə də futbol inkişaf etdikcə təbii ki,idman jurnalistikası da inkişaf etməyə başladı. Sovet dönəmində idman jurnalistlərivardı, amma bu gün yalnız çox az ad xatırlayabilərik: Şamil Şahməmmədov, Şakir Yaqubov və Adil Qaçayoğlu. Adil Qaçayoğlu da əsasən müstəqillik dövründə öz sözünü deməyi başarırdı. Əslindəadlarını çəkdiyim bu şəxslər sırf idman jurnalistləri deyildilər. Yəni işlədikləri redaksiyalarda onlardan bu yazılar tələb olunmurdu, amma onlar futbolu ürəkdən sevdiklərindən bu mövzuya tez-tez əl atırdılar.

Və bu gün də həqiqətən çox güclü biridman jurnalisti ordusu yetişməkdədir.Azərbaycan mətbuatında önəmli yer tutanfutbol qəzetləri və saytları fəaliyyət göstərir.Şəxsən mən bəzən lap gecə saatlarında «Qol.az» və «Futbol+» saytlarını açıram.Çünki bilirəm ki, çox dəqiq informasiyalar bu saytlardadı. Eləcə də, «APA sport»un , «Futbol press»in, «Azərsport»un fəaliyyəti xoşa gələndi.

Ammayenə qayıdıram «Futbol saatı»nın üstünə.Heç kimə bənzəməyən və geniş tamaşaçı kütləsinin ən çox izlədiyi bir proqram.

MənimSənan Abdullayevlə və Ceyhun Rzayevlə şəxsi münasibətim yoxdu. Halbuki mən bütün idmanjurnalistləri ilə dostluq edirəm, xüsusiləfutbol yazarları ilə, bu bir təsadüfdü. Onlarlaiki-üç dəfə futbolda rastlaşmışıq, ya futbollabağlı hansısa bir tədbirdə uzaqdan-uzağa salamlaşmışıq. Və bu yazını da qətiyyənnə Sənan Abdullayevin, nə də Ceyhun Rzayevinxətrinə yazdım, futbolmuzun xətrinə və «Futbol saatı» kimi gözəl bir proqramın xətrinə qələmə aldım. Belə bir verilişin efirdən ayrılmasını istəmədiyim üçün qələmə aldım.

Üzümütuturam «Xəzər»TV-nin rəhbərliyinə, imkan verməyin bu veriliş bağlansın. Ola bilər formatıdəyişə bilər, bu artıq yaradıcılıq işidi.

İnanın,bu veriliş «Xəzər» TV-yə reytinq gətirən verilişlərin önündə gedənlərindəndir.

«Xəzər»TV-yə yeni yaradıcılıq uğurları arzulayıramvə «Futbol saatı» verilişini yenidən efirəqaytaracaqlarına da inanıram.

Butəkcə mənim arzum deyil, futbol cameəsininvə futbol sevərlərin arzusudu.

Tanrıhamının arzusunu çin eləsin!


TƏQVİM / ARXİV