Mətbuat Şurasında “İnfoschool Bloger Məktəbi 2” layihəsinin iştirakçıları ilə görüş keçirilib
“İnfoschool Bloger Məktəbi 2” layihəsinin iştirakçıları Azərbaycan Mətbuat Şurasının qonağı olublar. Şuranın Sosial media ilə əlaqələr komissiyasının sədri Hacıbəy Heydərli qonaqları salamlayaraq bildirib ki, gənclərin media sahəsində bilik və bacarıqlarının artırılması, onların peşəkar inkişafına dəstək verilməsi rəhbərlik etdiyi qurumun başlıca fəaliyyət istiqamətlərindəndir. O qeyd edib ki, bu cür maarifləndirici təlim və görüşlər bundan sonra da mütəmadi olaraq təşkil olunacaq, beləliklə gənclərin media nümayəndələri və peşəkar mütəxəssislərlə birbaşa ünsiyyət imkanları genişləndiriləcək.
Komissiyanın təşəbbüsü ilə keçirilən təlimdə Mətbuat Şurası İdarə Heyətinin üzvləri Elçin Alıoğlu və Fərid Şahbazlı dünya və Azərbaycan mediasındakı xarakterik tendensiyalara dair fikirlərini bölüşüblər. E.Alıoğlu sosial media və ənənəvi media arasındakı fərqlər, onların qarşılıqlı əlaqəsi, informasiya mühitində baş verən dəyişikliklər, sosial şəbəkələrin ictimai rəyin formalaşmasına təsiri və müasir jurnalistikanın qarşısında duran çağırışlar barədə danışıb. O, həmçinin sosial media platformalarında informasiya paylaşarkən peşəkarlığın, məsuliyyətin və etibarlı mənbələrə istinadın vacibliyini vurğulayıb.
Fərid Şahbazlı isə gənc jurnalistlər və jurnalist olmağa iddialı tələbələrlə müasir media, jurnalistikanın gələcəyi və süni intellektin media sahəsinə təsirlərindən söz açıb. O, yeni texnologiyaların jurnalistika üçün yaratdığı imkanları, süni intellektdən istifadənin üstünlüklərini və mümkün riskləri, eləcə də dəyişən media mühitində jurnalistlərin qarşısında duran yeni vəzifələri sadalayıb.
Təlim çərçivəsində gənclərlə geniş fikir mübadiləsi aparılaraq onların sualları cavablandırılıb. Müasir medianın çağırışlarını, yeni texnologiyaların yaratdığı imkanları və gələcəyin jurnalistikasını müzakirə etmək iştirakçılar üçün faydalı təcrübə olub.
Qeyd edək ki, “İnfoschool Bloger Məktəbi 2” layihəsi çərçivəsində bir ay müddətində əvvəlcədən seçilmiş 20 gəncin iştirakı ilə silsilə təlimlər təşkil olunur. Əsas məqsədi gənclərin media savadlılığının artırılması, jurnalistika və blogerlik sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi, müasir informasiya mühitinin imkanlarından düzgün və səmərəli istifadə etmələrinin təmin olunmasıdır. Layihədə jurnalistika fakültələrində təhsil alan tələbələr və jurnalist olmaq istəyən gənclər iştirak edirlər.
Digər Xəbərlər
17 Noyabr 2026 16:33
Mətbuat Şurası İdarə Heyəti üzvünün müəllifi olduğu sənədli film COP31-də nümayiş edilib
17 Noyabr 2026 14:25
"Din xadimlərinə dövlət qulluğuna qəbulda yeni məhdudiyyət tətbiq edilməyib" - Şura
15 Noyabr 2026 16:20
Gədəbəyin Söyüdlü kəndinin boşaldılması iddialarına rəsmi cavab
13 Noyabr 2026 13:43
MŞ-nin Nəzarət-Təftiş Komissiyasının ilk iclası keçirildi - FOTO
13 Noyabr 2026 12:43
Media və Yayım Şurası xəbərdə vizual materiallarla bağlı media subyektlərinə çağırış etdi
13 Noyabr 2026 11:15
Elnarə Baxışa yeni vəzifə verildi - FOTO
12 Noyabr 2026 19:57
“Azərbaycançılıq ideyası: media fəaliyyəti və yeni dövrün çağırışları”
12 Noyabr 2026 17:38


Bakı -°C

