AFFA-nın qara üzünü ağartıdığına görədirmi bu düşmənçilik?
Azərbaycan futbolunu Avropada və dünyada yüksəltdiyinə görədirmi bu düşmənçilik?
Məhlə komandalığından çıxıb Avropa klubları səviyyəsində bir komanda olduğuna görədirmi bu düşmənçilik?
«Qarabağ Azərbaycandır» şüarını Avropada hayqırdığına görədirmi bu düşmənçilik?
Bəlkə Azərbaycanın Lobanovskisi Qurban Qurbanova görədir bu düşmənçilik? Nə bilim ey, nə qədər saymaq olar. Əl çəkin də Qurban Xocanın ayğır atlarından.
Qarşıda Avropa nəhəngi olan «Bayer» komandası ilə 1/8 final oyunu var. Qurban Xoca AFFA-ya müraciət edib ki, «Qəbələ» və «Neftçi» ilə oyunları təxirə salsınlar, amma AFFA etiraz edib.
Görəcəksiz, kimlərinsə tapşırığı ilə bu görüşlərdə «Qarabağ»ın aparıcı oyunçularının qılçalarını vurub şikəst edəcəklər ki, «Bayer»lə oyuna çıxa bilməsin. Onsuz da iki aparıcı futbolçusu «Bayer»lə oyuna çıxa bilməyəcək. Görün neyləyirsiz, daha bir-iki futbolçusunu da şikəst edib oyundan kənar saxlaya bilərsinizmi?
Qəm eləmə, Qurban Xoca, Allah da sizinlədir, 10 milyonluq Azərbaycan xalqı da. Qaldı «Qəbələ» və «Neftçi» ilə oyuna, əvəzedici heyəti çıxarın, inşallah, onlar da qalib gələr və AFFA-nın bağrı partlayar.
Yazarın digər yazarlar
Aqil ABBAS: RƏMİŞ - (Povest) - II (DAVAMI)
RƏMİŞ - (Povest) - Aqil ABBAS yazır
MİLÇƏK BİR ŞEY DEYİL, AMMA ERMƏNİ KİMİ KÖNÜL BULANDIRIR - Aqil ABBAS yazır
BİRLƏŞMİŞ MİLLƏTLƏR ÇAYXANASI… - Aqil ABBAS yazır
Aqil ABBAS: ÇAY QIRAĞINDA BİTİB, SUSUZ QALAN AĞACLARIN SAĞLIĞINA… - SON
Aqil ABBAS: ÇAY QIRAĞINDA BİTİB, SUSUZ QALAN AĞACLARIN SAĞLIĞINA… (Sonuncudan əvvəlki)
Aqil ABBAS: ÇAY QIRAĞINDA BİTİB, SUSUZ QALAN AĞACLARIN SAĞLIĞINA… - XII (DAVAMI)


Bakı -°C
