adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
21 Yanvar 2022 10:39
564
DÜNYA

ABŞ Rusiya KİV-lərini ittiham edir

Birləşmiş Ştatların dövlət departamentinin adının çəkilməməsini istəyən anonim məmuru, Rusiyanın mətbuat orqanlarının ünvanına qarşı ciddi ittihamlar irəli sürüb.
 Amerikanın xarici siyasət xidmətinin yüksək rütbəli məmuru, telefon brifinqi zamanı bəyan edib ki, "Rusiyanın Federal Təhlükəsizlik Xidməti Ukraynanı aşağılayan və nüfuzuna xələl gətirə bilən xəbərlərin yayılması üçün kütləvi informasiya vasitələrinə birbaşa göstərişlər verir". 
 

"Rusiyanın dövlət kanalları və dövlətin nəzarətində olan KİV-ləri, dövlətin tapşırığı ilə  dezinformasiyaların yayılmasında əsas rol oynayırlar.  Xüsusi ilə RTR, RİA Novosti və Sputnikin ötürdüyü feyk xəbərlər, sonradan bütün KİV-lərdə yayılır"- deyə dövlət departamentinin yüksək çinli əməkdaşı bildirib.
 

Bjnada başqa o, Rusiyanın hərbi kəşviyyatının Ukraynanın hökumət təşkilatlarının işlərini pozmaq üçün, dezinformasiyalar hazırlaması və təbliğat aparması barədə ABŞ-ın məlumatı olduğunu da bəyan edib.
 

Ümumiyyətlə Qərb Rusiya KİV-lərinin fəaliyyəti ilə bağlı son vaxtlar çox əziyyət çəkir. 2016-cı ilin noyabrında Avropa Parlamdnti Rusiyanın kütləvi informasiya vasitələrinə qarşı tədbirlər görülməsi ilə bağlı qətnamə qəbul etmişdir. 
 

Rusiya tərəfi isə, artıq çoxdan bu ittihamlara əhəmiyyət vermir. Kütləvi informasiya vasitələri solovyovların, simonyanların,  skabayevaların, şeninlərin apardığı siyasi tok-şouları ilə, jirinovskilərin, baqdasaryanların, şahnazarovların və s. siyasi oyunbazların dili ilə öz çirkin təbliğatlarını aparmaqdadır. Necə deyərlər "dəyirman öz işindədir..."

Rüstəm Hacıyev