“İran məsələsi həll olunarsa, neftin qiyməti düşəcək”
“İran məsələsi həll olunarsa, neftin qiyməti düşəcək”.
Adalet.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp seçki kampaniyası üçün Alabama ştatına yola düşməzdən əvvəl Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
O, İranla bağlı problemin həllindən sonra neftin qiymətinin əvvəlki səviyyəsinə qayıdacağını, hətta daha da ucuzlaşa biləcəyini bildirib.
Yüksək neft qiymətləri ilə bağlı suala cavab verən Tramp İran məsələsinin həllinin uzun çəkməyəcəyini deyib. “İran məsələsi həll olunan kimi, bu, çox çəkməyəcək, heç də çox çəkməyəcək, neftin qiyməti əvvəlki səviyyələrinə, hətta daha da aşağı düşəcək”.
ABŞ Prezidenti Avropa ölkələrinin dizel yanacağının tədarükünə töhfə verəcəyini və bununla da yaranan çatışmazlığın aradan qalxacağını bildirib.
“Avropada çoxlu dizel var, onlar dünyaya böyük töhfə verəcəklər, biz də. Biz ixrac qadağası qoymayacağıq”, - Tramp deyib.


Bakı -°C

