Polis təhlükəsizliyi yüksək səviyyədə təmin etdi...
On ildir ki, ölkəmizdə beynəlxalq səviyyəli yarış- Formula -1 keçirir. Çünki belə mötəbər yarışlar ölkəmizin beynəlxalq aləmdə nüfuzunu daha da artırır. Təsadüfi deyil ki, Azərbaycan beynəlxalq səviyyəli tədbirlərin keçirilməsində artıq böyük təcrübə toplayıb və bunun da nəticəsində ölkəmiz yeni bir tarix yazır! İstər siyasi, istər iqtisadi, istərsə də idman tədbirləri , hamısı yüksək səviyyədə təmin təşkil edilir.
Burada bir vacib məsələ isə həmin tədbirlərdə təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsi, qorunmasıdır! Məhz Bakıda keçirilmiş Formula-1 tədbirində iştirakçarın təhlükəsizliyi demək olar ki, yüksək peşəkarlıqla təmin edilib. Bu işdə Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşların öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetiriblər! Tək yarışda iştirak edənlərin deyil tədbir iştirakçılarının, tamaşaçıların təhlükəsizliyi polis əməkdaşlarının diqqət mərkəzində olub və ictimai asayiş peşəkarlıqla qorunub! Hətta yarışda iştirak edən idmançılar , əcnəbi vətəndaşlar belə ölkəmizdəki sabitlikdən , onların təhlükəsizliyinin qorunmasından çox razı qalıblar. Almaniyadan gələn Hendirix adlı turist dedi ki, mən heç bir ölkədə belə sabitlik, təhlükəsizlik görməmişəm. Gecə saat 1-də Bakının mərkəzindən çox rahat və təhlükəsiz gəzirdik .
Sizin polislər bizə salam verir,isti münasibət göstərirdi. Ona görə də biz sizin polislərdən çox razıyıq və Bakı dünyanın ən gözəl şəhəri olmaqla yanaşı, həm də ən sakit , sabit şəhəridir. Düz sözə nə deyəsən! Bu sabitliyin , ictimai asayişin təmin edilməsində Çevik Polis Alayının da böyük xidməti var. Çünki onlar ölkəmizdə keçirilən bütün tədbirlərdə öz üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyi bacarır. Bu mənada Çevik Polis Alayının Binəqədi, Səbail, Nərimanov, Yasamal, Nizami, Xətai rayonları üzrə fəaliyyət göstərən bölükləri xüsusilə fərqlənirlər. Onlar ictimai asayiş bərpa edərkən vətəndaşlarla səmimi münasibət qurur, insanların ən çətin anlarında onlara lazımi köməklik göstərir! Hətta yolda səhhəti pisləşib, özünü narahat hiss edən insanlara ilkin yardım göstərir və xəstəxanaya çatdırır. Bax Azərbaycan Polisi belə bir insanpərvər, vətənpərvər mövqe sərgiləyir!!!
Emil FAİQOĞLU
Digər Xəbərlər
29 Sentyabr 2026 12:29
Əli Həsənovun qızının Dubay mağazası: 3 milyonluq... - FOTO
28 Sentyabr 2026 22:00
İcra başçısı məmuru danladı - "Camaatın ağzından vurmayın" - VİDEO
28 Sentyabr 2026 19:07
Prezidentin Gədəbəyə təyin etdiyi icra başçısı kimdir? -DOSYE
28 Sentyabr 2026 19:04
Hazırda bu rayonların icra başçısı YOXDUR
28 Sentyabr 2026 17:38
Kamran Əliyev generallara yeni rütbələrini təqdim etdi
28 Sentyabr 2026 17:00
AZAL-ın Bakı-Naxçıvan marşrutu üzrə bir sıra reysləri təxirə salındı
28 Sentyabr 2026 13:47
Azərbaycanda leysan olacaq - XƏBƏRDARLIQ
28 Sentyabr 2026 13:15


Bakı -°C

