adalet.az header logo
  • Bakı -°C
29 Sentyabr 2026 13:40
57
İDMAN
A- A+

"Qarabağ" və "Sabah"ın təxirə salınan oyunlarının tarixi açıqlandı

Misli Premyer Liqasında II turdan təxirə salınan "Sabah" – "Sumqayıt" və "Qarabağ" – "Kəpəz" oyunlarının tarixi açıqlanıb.

Adalet.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Hər iki qarşılaşma dekabrın 17-də keçiriləcək. "Sabah" – "Sumqayıt" matçı saat 15:00-da, "Qarabağ" – "Kəpəz" görüşü isə 18:30-da start götürəcək.