Küçə ticarətinin qarşısını kim almalıdır???
Bu gün Bakının bir çox rayonlarda sözün həqiqi mənasında küçə ticarəti tüğyan edir. Təəssüf ki, bunun da qarşısını almalı olan icra orqanları bir tədbir görmür. Heç uzağa getməyək.
Nizami rayonunda Qara Qarayev prospektində ,metro stansiyasının üstündə yolun ortasında nə desən satılır. Özü də antisanitariya şəraitində! Hətta yolun ortasında qoyulub satılan məhsullara görə piyadalar səkidə rahat hərəkət edə bilmirlər! Sanki bura səki deyil, 8- ci Kilometr bazarıdır. Bu səhnəyə isə rayon ərazisində xidmət aparan polislər çox laqeyd münasibət göstərirlər. Düşünürlər ki, elə belə də olmalıdır.
Bəs, onda Bakıda küçə ticarəti niyə qadağan edilib! Amma bu sənəddə belədir. Reallıqda isə Bakının bütün rayonlarında küçə ticarəti baş alıb gedir. Küçədə satılan o məhsulların keyfiyyəti nə yerdədir! Heç onu da demək mümkün deyil! Tozun- torpağın içində satılan məhsul neçə olacaq? Hər halda , aidiyyəti qurumlar bu barədə ciddi düşünməlidir! Qara Qarayev metro stansiyasının üstündəki küçə ticarətinə gəldikdə isə bu qanunsuzluğa birmənalı olaraq Nizami Rayon İcra Hakimiyyəti məsuliyyət daşıyır! Təəssüf ki,onlar da küçə ticarətinə göz yumurlar!!!
Emil FAİQOĞLU
Digər Xəbərlər
29 Sentyabr 2026 13:27
Bakının bu küçələri BAĞLANACAQ
29 Sentyabr 2026 12:34
Hacı Şahinin nəvəsi oldu
29 Sentyabr 2026 11:42
Bakıdakı bu evlər SÖKÜLƏCƏK - VİDEO
29 Sentyabr 2026 09:44
Bəzi yerlərdə yağıntılar leysan xarakterlidir - FAKTİKİ HAVA
28 Sentyabr 2026 23:43
16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
28 Sentyabr 2026 11:07
Yük maşını sürücülərinə xəbərdarlıq: Bunları etməyin
28 Sentyabr 2026 10:13
Bakıda yeni tunel inşa ediləcək - VİDEO
27 Sentyabr 2026 16:58


Bakı -°C

