adalet.az header logo
  • Bakı -°C
28 Sentyabr 2026 17:00
73
GÜNDƏM
A- A+

AZAL-ın Bakı-Naxçıvan marşrutu üzrə bir sıra reysləri təxirə salındı

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) bu günə planlaşdırılan Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reysləri əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb.

Bu barədə Adalet.az-a  AZAL-dan məlumat verilib.

Bildirilib ki, hava şəraiti sabitləşdikdən sonra uçuşların icrasına davam ediləcək. Sərnişinlər mümkün dəyişikliklərlə bağlı operativ şəkildə məlumatlandırılacaqlar.

Qeyd edək ki, Azərbaycanın milli aviadaşıyıcısı bütün qərarları sərnişinlərin və ekipajın təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edir və uçuşlar beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirilir.