81 il əvvəl Bakıya "gələn", 2004-cü ildə "ölən" bəxtiqara TRALLEYBUSlar...
Əminəm, bu sətirləri oxuyanlar mütləq Bakıda tramvay və ya tralleybuslardan bir dəfə də olsa istifadə ediblər. Sərnişinləri aramla, asta-asta mənzil başına çatdıran bu nəqliyyatlar müasir Bakı küçələrində görünəndə sanki keçmişlə qovuşurdu.
Nəsə bir, ecazkarlıq, cazibə çıxırdı ortaya. 81 il əvvəlin bu günü Bakı küçələrində ilk dəfə tralleybus göründü.
Adalet.az xəbər verir ki, Bakıda ilk trolleybus istismarına 1941-ci ildə başlanılıb. Həmin vaxt 7,5 km-lik xəttə 15 trolleybus fəalliyət göstərib. Trolleybus marşrutları ilk olaraq Neftçilər prospektindəki, Üzeyir Hacıbəyov və indiki İsiqlaliyyət küçəsindəki temvay xətlərini əvəz edib. Şəhərdə trolleybus sistemi 60-70 illərdə tam təkmilləşib. 1980-ci illərdə isə xətlərin uzunluğu 300 kilometrə çatıb. və 32 marşrut mövcud olub.
Şəbəkə həmçinin Bakı ətrafı bir necə qəsəbəni də əhatə edib. Burada həm də iki depo mövcud olub. 90-cı illərə qədər inkişaf yüksək olmasına baxmayaraq xalq arasında məşhurluğu olduqca zəif olub. Hətta tramvaydan belə geri qalırdı. 32 marşrutdan cəmi 6-sı rentabelli idi.
Avropada və dünyanın əksər ölkələrində tramvaylar hələ də işlədiyinə baxmayaraq 2004-cü ildə tamamən ləğv edildi.
Qeyd edək ki, 2018-ci il dekabrın 27-də ölkə prezidenti İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair Dövlət Proqramı” təstiqlənib və həmin proqramda bu cür ictimai nəqliyyat vasitələrinin yenidən bərpası məsələsi öz əksini tapıb. Proqramda bu işlərin görülməsi üçün 5 il müddət nəzərdə tutulub.
Əntiqə Rəşid
Digər Xəbərlər
08 Iyun 2026 16:36
“Azərsun Holdinq” Biləsuvar Konserv Zavoduna mediatur təşkil edib - FOTOLAR
08 Iyun 2026 10:57
Azərbaycanın dövlət büdcəsinin gəlirləri açıqlandı - RƏQƏMLƏR
05 Iyun 2026 10:41
Qızıl və gümüş ucuzlaşdı
05 Iyun 2026 09:16
“Buna görə gələcəkdə bəzi keşbek kampaniyalarının zəifləməsi...”
04 Iyun 2026 21:30
“Bitkoin”in qiyməti düşdü
03 Iyun 2026 13:34
“Azərbaycanın ən böyük üstünlüklərindən biri məhz bu 4-cü şərtə...”
03 Iyun 2026 12:53
5 ildə məcburi köçkünlərin sosial müdafiəsi üçün bu qədər vəsait ayrılıb
03 Iyun 2026 12:28


Bakı -°C

