7 illik vergi güzəşti ləğv olunur: Bu qədər ödəyəcəyik
Azərbaycanda 2019-cu ildən qüvvədə olan, qeyri-neft-qaz və qeyri-dövlət sektorlarında çalışanlar üçün nəzərdə tutulmuş gəlir vergisi ilə bağlı güzəştin müddətinin 2026-cı il yanvarın 1-də başa çatması ilə əlaqədar fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergilər yeni qaydada tutulacaq.
Adalet.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, 2026-cı ildə aylıq gəliri 2 500 manata qədər olanlar 3 %, 2027-ci ildə 5 %, 2028-ci ildən isə 7 % vergi ödəyəcəklər.
Aylıq gəliri 2 500 manatdan 8 000 manata qədər olanların vergisi 2026-cı ildə 75 manat + 2 500 manatdan 8 000 manata qədər hissənin 10 %-i qədər, 2027-ci ildə 125 manat + 2 500 manatdan 8 000 manata qədər hissənin 10 %-i qədər, 2028-ci ildən isə 175 manat + 2 500 manatdan 8 000 manata qədər hissənin 10 %-i qədər olacaq.
Aylıq gəliri 8 000 manatdan çox olanların vergisi isə 2026-cı ildə 625 manat + 8 000 manatdan artıq hissənin 14 %-i qədər, 2027-ci ildə 675 manat + 8 000 manatdan artıq hissənin 14 %-i qədər, 2028-ci ildən isə 725 manat + 8 000 manatdan artıq hissənin 14 %-i qədər olacaq.
Qeyd edək ki, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində aylıq gəlir 8000 manatadək olduqca 0 faiz, 8000 manatdan çox olduqda 14 faiz olmaqla tutulub.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Digər Xəbərlər
09 Dekabr 2025 12:09
Yeni tikilən yaşayış binalarında bu prosedur məcburi olacaq
09 Dekabr 2025 12:01
"Problemlərin həlli istiqamətində mümkün olan bütün zəruri tədbirlər görüləcək" - Baş nazir
09 Dekabr 2025 11:53
Bəzi tütün məmulatlarının aksiz dərəcələri dəyişdirilib
09 Dekabr 2025 11:52
"Artıq bir çox ölkələrə hərbi təyinatlı məhsul ixrac edirik" - Əli Əsədov
09 Dekabr 2025 11:45
"Neft-qaz sektorunda 1.8% azalma qeydə alınıb" - Baş nazir
09 Dekabr 2025 11:41
Gəmiqayırma müəssisələri üçün güzəşt müəyyənləşir
09 Dekabr 2025 11:39
Benzin, dizel və maye qaza görə yol vergisi 3,5 dəfə artırılır
09 Dekabr 2025 11:38


Bakı -°C

