Azərbaycan Universiteti RUR reytinqində mövqeyini möhkəmləndirib
Azərbaycan Universiteti dünyanın nüfuzlu “Round University Ranking” (RUR) beynəlxalq reytinq sisteminin yeni siyahısında 26 pillə irəliləyib. Universitet sözügedən reytinq cədvəlində 2025-ci il ilə müqayisədə 970-ci yerdən 944-cü yerə yüksələrək qlobal təhsil məkanında mövqeyini daha da möhkəmləndirib. Azərbaycan Universiteti həmçinin bu göstərici ilə ölkə üzrə 4-cü ən yaxşı ali təhsil müəssisəsi statusunu qoruyub saxlayıb.
Dünyanın nüfuzlu beynəlxalq reytinq sistemlərindən biri olan RUR universitetlərin fəaliyyətini 4 strateji istiqamət (tədrisin keyfiyyəti, elmi-tədqiqat fəaliyyəti, beynəlmiləlləşmə səviyyəsi və maliyyə dayanıqlılığı) və 20 göstərici əsasında qiymətləndirir. Metodologiyaya əsasən, ümumi qiymətləndirmədə tədris və tədqiqat göstəricilərinin hər biri 40 faiz, beynəlmiləlləşmə səviyyəsi və maliyyə dayanıqlılığı göstəricilərinin hər biri isə 10 faiz paya malikdir. Qiymətləndirmə zamanı akademik heyətin sayı, tələbə-müəllim nisbəti, elmi nəşrlər və istinadlar, beynəlxalq əməkdaşlıq göstəriciləri, xarici tələbə və müəllimlərin payı, eləcə də universitetin maliyyə resurslarının səmərəliliyi kimi meyarlar nəzərə alınır. RUR reytinqinə Azərbaycandan bu il 17 universitet daxil olub.
Qeyd edək ki, Azərbaycan Universiteti 2024-cü ildə ilk dəfə daxil olduğu RUR reytinqində ardıcıl olaraq 3-cü dəfədir ki, ölkə üzrə 4-cü yerdə qərarlaşır. Bu nəticə Azərbaycan Universitetinin beynəlxalq reytinqlərdə mövqeyinin yüksəlməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Reytinqdə qeydə alınan irəliləyiş və ölkə üzrə statusun qorunması universitetin tədris və elmi-tədqiqat fəaliyyətinin inkişaf dinamikasını əks etdirməklə yanaşı, beynəlxalq akademik məkanda tanınırlığının artdığını da nümayiş etdirir.
Digər Xəbərlər
17 Iyul 2026 17:00
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır
17 Iyul 2026 16:48
II və III ixtisas qrupları üzrə - NƏTİCƏLƏR
17 Iyul 2026 10:46
“Övladlarınız sizə hər nə qədər bal topladıqlarını desələr belə...”
17 Iyul 2026 10:45
“Bir çox gənc kollec təhsilini universitetə keçid üçün vasitə kimi görür” - Ekspert
16 Iyul 2026 13:14
Bu məktəblərdə şagirdlər ali məktəbə hazırlanacaq - SİYAHI
14 Iyul 2026 17:02
MİQ üzrə test imtahanlarının ilk gününün nəticələri açıqlandı
13 Iyul 2026 21:14
DİM-dən beynəlxalq dil sertifikatları haqda iddialarla bağlı AÇIQLAMA
12 Iyul 2026 14:30


Bakı -°C

