adalet.az header logo
  • Bakı 13°C

DARIXAN ADAMLAR

VƏSİLƏ USUBOVA
26295 | 2013-01-26 00:58
Belə gözəl şəhərdə, rəngbərəng işıqlarınparıltısında sağa-sola şütüyən maşınların arasında qarşında dayanan zərif,gözəl qadına bu sözləri deməkdən ötrü hansı ağlın, hansı şüurun sahibi olmalısan?!İndicə qadından ya yağlı bir şillə yeyəcək, ya da qulaqları üz qızardansöyüşdən od tutub yanacaq. Ammag qarşısındakının cavabı bir qədər də irəligedir. Heyranlıqla kişini süzüb, pıçıltıynan, həm də qətiyyətlə deyir:"Mən tərəqqiyə nifrət edirəm..."

Nə olub, görəsən?! Müasir görünüşlü qadınlakişinin bütün cəzibədar mövzuları bir kənara qoyub, dünya binə olan gündənbəşərin can atdığı, əlləri soyulub dizləri qanaya-qanaya dırmaşdığı möhtəşəmtərəqqi nərdivanından geriyə, aşağıya yuvarlanmaq istəyi, həm də bu istəyi zövqlə, ehtiraslahəyata keçirmək arzusu hardan, nədən başlanıb?!" Bunlar ya çox geridəqalmış, ya da çox irəli getmişlərdi. Hərçənd, birincinin heç işartısı da yoxdunə geyimlərində, nə davranışlarında. İkinciyə daha çox yaraşırlar. Amma...

***

Onlarvurulublar. Bu sivil aləmdə darıxmaqlarının da səbəbi bundan başqa bir şeydeyil. Çünki bu aləmdə hamı və hər kəs bir-birinə o qədər yaxındı ki... həsrət,intizar deyilən kəlmələr çoxdan adamların könlündən də, dilindən də yoxa çıxmağabaşlayıb. Həm də səssiz-səmirsiz... Onlarsa bunu istəmirlər. Onlara nağıllardünyası lazımdı. Uzun-uzun, ağır-ağır yollardan keçən, dağ aşanda qara batan,susuz səhralarda dolaşan, ipi kəsilib quyulara atılan, qul olub bazardasatılan, dəmir əsa, dəmir çarıqla ölkələri dolaşan qəhrəmanları olan nağıllar.Dinləməkçin yox, yaşamaqçın arzulayırlar bu nağılları. Həsrət çəkmək,intizardan, nigarançılıqdan üzülmək istəyirlər. Təkcə özlərində yox, dördbiryanlarında da bunu görmək istəyirlər.

Ancaqgörmürlər...

Hamı cisməno qədər yaxın, bütün istənilənlər o qədər əlçatandı ki, səbr, gözlənti heç kəsəgərək deyil. Adamlar darıxmaq, xəyala dalmaq, gündüz arzuladıqlarını gecələryuxuda görmək kimi gözəl duyğularıyaddan belə çıxarıblar. Gərək oldumu, barmağını düyməyə apar, yeddi-səkkizrəqəmi bas, səsi də, nəfəsi də qulaqlarındadı. Sən o səsdən, nəfəsdən ötrüdarıxmamısan, yox. Cavab verməsəydi, başqasını yığacaqdın, ondan da səsgəlməsəydi digərini. Allah o qədər bərəkət verib ki... ürəklərdə nə zövqə yerqalıb, nə seçimə. Sonra da get mindir maşına, haraya gəldi sür... Nə var, nəvar, desinlər, Molla tacir olub. Filankəs imkanlı, yeyib-içən oğlandı, üstəlik,kimə göz eləsə...

(Bu yerə çatanda özümdən də zəhləm getdi.Yaxşısı budur, "gözqamaşdıran" dünyamızda darıxan cütlüyün yanınaqayıdım!)

***

Hə... onlarəsl duyğulardan ötrü qəribsəyiblər. Bir-birlərindən çox uzaqlaşmaq, sonra daüz-üzə dayanmaqdan ötrü uzun-uzun, çətin-çətin yollar keçmək istəyirlər...

Qadın deyir ki, evdə də darıxır. Bütünişini maşınlar görür. Ancaq o, əyilib-düzəlmək, dizini yerə atıb döşəmə silməkistəyir. Uşaqlıqda belə edərdi. Yuduğu paltarları ipə sərəndə bədəninin necədartılmasından xoşlandığını həyəcanla danışır. Deyir, nənəm ədəvanıhəvəngdəstədə əzərdi, qatığı qaşıqla açardı. Qız-gəlinlər çiyinlərində səhəngçaydan, arxlardan su gətirərdilər. Oğlanların da əllərinə girəvə düşürdü. Səndemə, atları sulamağın vaxtı çoxdan çatıbmış. Bir də görürdün qızlardan birininsəhəngini tay-tuşları bomboş gətirib evlərinə verdilər. Həmin gün evdən atbelində tək çıxmış oğlan tərkində bir gözəllə qonşu kəndə, qohumlarıgiləçapardı...

İnternetdəneçə-neçə tanışından, onlarla yazışmasından, danışmasından söz açır qadın. Nəolsun ki... Sifətini kompüterin istisi qarsıdırsa, ürəyini, kürəyini buz kəsir.Ekran qaralan kimi hər şey yox olur, boşluqda itib gedir. Gözlərində,yaddaşında nələr, kimlər qalsa da, ürəyində heç nə yoxdu. Deyir ki, mən dətorpağın üstündə gəzmək istəyirəm. Qoy istisi ürəyiməcən işləsin. Gözlərimləsəmada göyərçinləri axtarmaq istəyirəm. Ovcuma qonsunlar, mənə məktubgətirsinlər. Bir tərəfə çəkilib hamıdan xəlvət, lap elə qorxa-qorxa, ürəyimağzımdan gələ-gələ oxumaq istəyirəm o məktubu...

Oxuya-oxuyaağlamaq istəyirəm...

Sonra da Ayişığında cavab yazmaq istəyirəm o məktuba... Düymələrlə yox, qələmlə yazmaqistəyirəm. Həm də mürəkkəbə batırılan qələmlə. İstəyirəm əllərim, üz-gözümmürəkkəbə bulaşsın.

Mürəkkəbləyazılanları pozmaq çətin olur...

Gec solurmürəkkəblə yazılan məktublar... Gözü-könlü oxşayır sözləri, cümlələri...

***

- Mənə məktub yazacaqsan?

-Yazacam...

- Nə yazacaqsan?

- Bəs, deyirdin, darıxmaq, gözləməkistəyirəm? Nə tez səbirsizləndin? İndidən desəm, marağı olmaz ki...

- Düz deyirsən. Nə qədər bəyənməsəm də,zəmanəmin adamıyam. Hər şeyin sürətlə olmasını istədim birdən-birə... Amma...sən mənə baxma. Elə et ki, mən çoxlu-çoxlu darıxım... Birdən həmişəlik gedərsəney... Axı, sən də zəmanənin adamısan...

- Qorxma, elə edəcəm ki, sən çoxlu-çoxludarıxacaqsan...

- Sonra nə olacaq?

-Heç nə. Bir-birimizi tapandan sonra yenə özzəmanəmizdə yaşayacağıq...

-Təəssüf...

Həm də, çox təəssüf...

VəsiləUSUBOVA

[email protected]

TƏQVİM / ARXİV