ANA SƏHİFƏ / YAZARLAR

QƏLƏBƏ ÜMİDİ

23121    |   2016-05-07 09:37
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan beynəlxalq səylər heç bir nəticə vermir. Uzun illər ATƏT-in Minsk Qrupunun fəaliyyətinin (fəaliyyətsizliyinin) düyünü olan Qarabağ münaqişəsinin əsası, hər kəsə məlum olduğu kimi, çar Rusiyasında qoyulub. İmperiya maraqlarını qorumaq xətrinə Qafqaz xalqları arasında milli ayrı-seçkilik və nifaq salan çar siyasəti sonucda Qafqazda "parçala, hökm sür" istəyinə nail ola bildi. Bu münaqişə öz tarixi boyunca dəfələrlə qanlı qarşıdurmalarla müşayiət olundu. Və çar Rusiyasının zorakılığı da, erməni həyasızlığı da bu günümüzədək davam etməkdədir, hətta daha da azğınlaşıb.
Tarix təkrar olunur. Çünki keçmişini unudan, laqeydlik göstərənlər onu yenidən yaşamağa məhkumdurlar. Zaman-zaman erməni bəlasını unutdurdular bizə, biz də unutduq, törətdikləri qanlı qırğınları heç olmamış kimi bağışladıq, qonşu dedik, kirvə dedik, hətta rus siyasətinin məcburiyyətiylə qardaş da dedik bu azğın, həyasız, oğru, nankor millətə. Amma hər fürsətdə də təkrar-təkrar xəyanətlərinə tuş gəldik. İndi isə artıq bıçaq sümüyə dirənib. Heç kim, xüsusilə də gənclərimiz bu azğınlığa dözmək istəmirlər. Könüllü olaraq orduya yazılmaq, Vətəni bu bəladan qurtarmaq istəyiylə kütləvi surətdə hərbi komisarlığa müraciət edirlər.
Müdafiə Nazirliyi vətəndaşlardan daxil olan çoxsaylı müraciətləri nəzərə alaraq Silahlı Qüvvələrdə müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla bağlı müəyyən olunmuş qaydaları təqdim edib. Nazirlikdən verilən məlumata görə, müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan hərbi vəzifəlilər xidmət keçmək istədikləri hərbi hissələrin komandanlığına və ya Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə müraciət edə bilərlər.
Silahlı Qüvvələrin ehtiyacları nəzərə alınmaqla hərbi vəzifəlilər yalnız müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kurslarına qəbul edilirlər.
Bu ruh yüksəkliyi, tapdalanmış haqqımızı bərpa etmək əzmi hər bir vətəndaşımızın qəlbində tüğyan etdiyi bir vaxtda "sapı özümüzdən olan baltalar", düşmən dəyirmanına su tökən dayısı ermənilər də boş dayanmırlar. Bəzi saytlarda şəhid ailələrində baş verən məqamları yanlış yöndə, böyüdərək ictimaiyyəti çaşdırmaq kimi fəaliyyətlər də nəzərə çarpır. Məsələn, "şəhid anasının tabutu məcbur açdırdığı və şəhidin meyitinin skoçla sarındığını" gördüyü barədə xəbərin böyüdüb gündəmə gətirməklə son günlər əhalidə şəhidə, Vətənə, torpağa artan sevgiyə kölgə salmaqdan başqa bir missiya daşımadığı aydındır.
Əvvəla, şəhid vurulub qanı axmağa başladığı an günahları bağışlanır. Cənnətdə özü üçün hazırlanmış yeri görür. Ölərkən sadəcə qarışqa sancması qədər acı hiss edər. Qəbir əzabından qurtular. Qiyamət və hesab günün qorxularından əmin olar. Başına tac qoyular və iman zinətinə bürünər. Hurilərlə evləndirilər. Qohum-əqrabalarından yetmiş nəfərə şəfaət etmək haqqı verilər. Bu Müqəddəs kitabımızda şəhidə bəd edilənlərdir. Ona görə də o şərəfə nail olmaq Allahını, peyğəmbərini, dinini tanıyan hər kəs üçün bir arzudur. İkinci də, oğul Vətənə qurban deyilər. Ayrılıq həmişə ağırdır, acıdır. Amma bu ayrılıq şərəfli ayrılıqdır, evinə, elinə baş ucalığı gətirən gedişdir. Çünki, bu Sarıgəlin, dolma, xalça davası deyil, torpaq, namus, qeyrət savaşıdır.
"Ölüm yox olmaq deyil, əbədiliyin başlanğıcıdır. Şəhid ailələrinə təkrar-təkrar müjdə verirdi ki, Qurani-Kərim sizin əzizlərinizi diri adlandırmışdır" ("Bəqərə" 154, "Ali-İmran" 169).
Eyni zamanda bilərəkdən, yaxud anlamadan cəbhə bölgəsindən, strateji mövqelərimizdən Müdafiə Nazirliyinin icazəsi olmadan xəbərlər, videolar, şəkillər paylaşmaq da düşmənə yardım etməyin bir üsuludur.
Ermənistanın tanınmış hərbçisi, general-mayor Arkadi Ter-Tadevosyan "Lragir" qəzetinə verdiyi müsahibəsində belə deyib.
Onun sözlərinə görə, həmin silahdan Azərbaycanın da xəbəri var. Erməni general bu minvalla Ermənistanın "çirkli nüvə bomba"sına malik olduğuna işarə vurub.
Daha sonra o, Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların geniş miqyas alacağı, Ermənistanla Azərbaycan arasında müharibə başlayacağı ilə bağlı ehtimalları dəyərləndirib.
"Müharibə ehtimalı artır. Təbii, ola bilər ki, Azərbaycan Ermənistanı vursun. Lakin Azərbaycan Ermənistanı bombalamağa başlayarsa, ölkəmizdə zərər görə biləcək ən bahalı və önəmli obyekt supermarket olacaq. Bizdə Azərbaycanda olduğu kimi neft mədənləri, borular yoxdur. Biz də Azərbaycanın neft obyektlərini vura bilərik", - Ter-Tadevosyan deyib. Bununla da Ermənistanın müdafiə potensialının və xüsusilə də ölkə iqtisadiyyatının acınacaqlı durumunu etiraf edən general ölkəsində "ən bahalı obyekt supermarketdir" deməklə, Ermənistanın illərdən bəri özünü məruz qoyduğu blokada şəraitində çox gerilədiyini etiraf edib. Ermənistan prezidenti səfərbərlik elanı ilə bağlı anons verdi. Lakin sonra Ermənistan Müdafiə Nazirliyi bu xəbəri təkzib elədi. Əminliklə demək olar ki, onlar qeyri-rəsmi formada səfərbərlik həyata keçirirlər. Amma göründüyü kimi, ancaq qocalar könüllü olaraq Qarabağı "qorumağa" gedirlər. Çünki cavanlar orduya xidmətdən yayınırlar. Onların insan resursları çatışmır. Son statistikaya görə Ermənistanda 1 milyon 650 min insan qalıb. Onların arasında qoca da, uşaq da, qadın da var.
Deyir, itdən soruşublar "Niyə hürürsən, deyir qorxuduram. Deyir bəs quyruğun niyə əsir, deyir qorxuram. İndi müxtəlif sərsəm bəyənatlarla çıxış edən erməni prezidentinin hədə-qorxularının altında böyük bir təlaşın, qorxunun olduğu açıq-aydın görünür.
Aprelin 1-4-də və 27-29-da Ermənistanda keçirilən müxtəlif tədbirlərdə iştirak edən politoloqlar deyir ki, son günlər cəbhə xəttində baş verən hadisələr qonşu ölkədə birmənalı qarşılanmır. Sadə xalq qorxu, vahimə içərisindədir. Onlar düşünürlər ki, əgər müharibəni uduzsalar bir xalq, dövlət kimi fiziki olaraq məhv olacaqlar. Ermənilər sanki hələ də XIX əsrdə yaşayırlar. Orada olanda erməni xalqının nə qədər geridə qaldığını görürsən. Bu isə indiki iqtidarı qane edir. Çünki iqtidar bu yolla hakimiyyətini uzatmaq istəyir.
Ekspertlər və siyasi analitiklər hesab edirlər ki, Ermənistanda ciddi dəyişikliyə ehtiyac var. Hakimiyyətin idarə olunmasında, dövlət quruluşunda, cəmiyyətin inkişafında dəyişiklik olmalıdır. Bu, insanların sosial-psixoloji durumunun, düşüncə tərzinin dəyişikliyinə səbəb olacaq. Məhz bundan sonra xalqın regional və beynəlxalq münasibətlərə baxışı dəyişə bilər. amma mənə elə gəlir ki, onların ən əsas psixoloji durumlarında dəyişikliyə ehtiyac var. Çünki doğulandan beyinləri türkə qarşı düşmənçiliklə zəhərlənən ermənilərin beynini yumaq mümkün deyil.
Xalqımızda yaxın günlərdə düşmən üzərində qələbəyə böyük inam var. Çox böyük həvəslə, ümidlə gözlədiyimiz günlər yaxındadır. Şuşanın işğal günü düşmən üzərində qələbəmizin günü olsun inşaallah!



YAZARIN ARXİVİ

2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2018-01-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (76.47%)
Yox (23.53%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK