Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | BİZƏ QƏZET LAZIMDIRMI? Adalet.az | BİZƏ QƏZET LAZIMDIRMI? Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

BİZƏ QƏZET LAZIMDIRMI?

36926    |   2016-03-12 09:40
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qəzet - kütləvi informasiya vasitəsi olub, azı ayda bir dəfə, daimi adla nəşr edilməsi nəzərdə tutulan mətbu nəşrdir. Hələ Yuli Sezarın dövründə "Senatın işləri" adlı, indiki qəzetləri xatırladan gil lövhələr hazırlanır və lövhələrdə hadisələr yazılırmış.
"Qəzet" adı italyan sözü - xırda pul vahidi qaset ilə bağlıdır. XVI əsrdə kağız vərəqlərdə çap edilən saray həyatı, ticarət xəbərləri və şəhər məlumatları haqqında xəbərləri oxumaq üçün ən xırda pul vahidi olan qaset - (italyanca - gazza) ödənilirdi.
Qəzet xəbərləri və maraqlı faktları təqdim edən və dərc edən bir nəşr vasitəsi olaraq, ictimai fikrin formalaşmasında və baş verən hadisələr barəsində insanların məlumatlandırılmasında mühüm rol oynayır.
H.Zərdabi ilk yeganə qəzetin çapına başlayanda xalqının, millətinin gələcəyini ürək yanğısı ilə düşünərək ümidlə xalqı - millətini ayıltmağa, savadlandırmağa, haqqını-hüququnu bilməyə, qorumağa, cahillikdən, mövhumatdan, fanatizmdən uzaqlaşdırmağa çalışırdı. O vaxtlar qəzetlər vərəqələrdən nisbətən iri həcmə keçərək samballı, xalqının istiqbalı üçün bütün təhlükələrə rəğmən, yoxsulluq, çatışmazlıq, təqiblər demədən çalışırdılar. Həyatını, sözün əsl mənasında xalqı üçün fəda edən mübariz insanların o qədər çabası bu günkü mətbuatımızı gözdən keçirəndə demək ki, bir heçmiş...
İllər keçsə də, "ictimai fikrin formalaşmasında və baş verən hadisələr barəsində insanların məlumatlandırılmasında" indiki əksər qəzetlərin heç bir rolu yoxdur. Sayı çox, sambalı yox - ortada amal, məqsəd olmadan "çıxarılan" qəzetlərin hansı məzhəbə qulluq elədiyi də məlum deyil. Əslində məlumdu. Jurnalist də, müəllim də, yazıçı da, biznesmen də, kənd müəllimi də, çəkməçi də... qəzet nəşr etdirə bilir bu ölkədə. Birinin məqsədi maarifləndirməksə, beşininki pul qazanmaq, şan-şöhrət üçün, jurnalist adıyla getdiyi idarə-müəssisələrdə sözünü keçirə bilmək üçün, "desinlər..." üçündür. Hətta işsizlikdən, yəni bacardığı başqa bir iş olmadığından qəzet buraxıb şantaj, reketçilik yolu ilə "qazananlar" da olur.
Getdikcə ölkəmizdə az qala hər adama bir qəzet düşəcək. Azərbaycanda 600-ə qədər qəzet nəşr olunur. Amma gəlin görək ictimai fikrə təsir baxımından onların zərrə qədər əhəmiyyətləri varmı? Ümumiyyətlə, bizə bu qəzetlər lazımdımı? Oxuyan varmı bu qəzetləri?
Təbii ki, əksəriyyət "yox!" - cavabını verəcək, çünki bu, hamının bildiyi bir "sirr"di. Abunələrində "problemi olmayan qəzetlər"i çıxmaq şərtiylə, başqa qəzetlər üçün oxucu tapmaq asan deyil, yəni, ya ad-sanın olmalıdır ki, sənin abunə təklifindən imtina edilməsin, ya arxalı olmalısan, pulun olmalıdır ki, "qəzetini oxusunlar". Bir qrup qəzetlər də var ki, özlərinin həqiqət bildiklərini, yaxud ölkədəki çatışmazlıqları yazırlar və bu yazılan fikirlərlə xalqın zəif damarlarını taparaq rəğbət qazanır, burda oxucu kütləsi toplayır, xaricdənsə qrandlarla mükafatlandırılırlar. Yəni, məqsəd o çatışmazlıqları aradan qaldırmaq deyil, reytinq toplamaqdı. Bir də var reketçilik -jurnalistika davranışı qaydalarını mütəmadi pozanlar, tənqid obyektlərinin fikirlərinin dərcinə önəm verməyənlər, şəxsi həyatın toxunulmazlığı prinsipinə laqeyd yanaşanlar, qəzet səhifələrində insanların şərəf və ləyaqətini alçaldanlar - həyasızlıq, vicdansızlıq, şərəfsizliklə qəzet üzərindən pul qazananlar. ("Qeyrət və şərəf bahalı mülkdür, pulla alınmaz və ucuz insanlarda olmaz". Əli (ə).)
İndi qəzetlərin əksəriyyətinin məqsədi nə dövlətçilik prinsiplərini qorumağa, nə milli birliyə, mübarizəyə səsləmək, nə milləti cəhalətdən ayıltmaq, nə ədəbiyyatı, mədəniyyəti, qərəzsiz, doğru-düzgün xəbərləri çatdırmaq deyil, sadəcə varlığını gözə soxmaq üçün çeynənmiş fikirləri, şablon ifadələri, məddah şüarları təkrar-təkrar çap eləməklə asan yolla qazanmaqdı.
Nəşriyyatın doqquz mərtəbəsinin hər birində azı iyirmi qəzet var, eləcə də, onlarla da başqa yerlərdə nəşr olunan qəzetlər, jurnallar. Ətrafımızda, gün çıxandan sonra göbələk kimi, hər gün yeni qəzetlər peyda olur, çeşid-çeşid və pafoslu adlarla. Sadalamağa gərək yoxdu, çünki dilimizdə nə qədər dürüstlüyə, həqiqətə, mədəniyyətə, inkişafa, demokratiyaya, azadlığa, sədaqətə, şərəfə, mərdliyə, kişiliyə, qeyrətə... aid sözlər varsa, hamısının adına qəzetimiz də var maşallah!!! Amma bu qəzetlərdəki adlardan "hələlik" yalnız ad olaraq istifadə edilir. Qəzetin yaranma məqsədi, amalı dəyişib, indi sadəcə təkrarçılıq, söz oyunu ilə məşğuldur.
İnformasiya vasitələrinin çoxaldığı, mobil rabitənin, internetin inkişafı çap mətbuatını get-gedə sıradan çıxarır. Sosial şəbəkələrin günü-gündən genişləndiyi bir vaxtda qəzetlərin bu qədər artması təəccüb doğurur. Ehtiyac duyulmayan, bazarı - alıcısı olmayan məmulat niyə istehsal olunmalıdı ki? Qəzetlərdəki xəbərlərin çoxu əvvəlcə saytlarda çıxırsa, həm də daha tez oxucuya, izləyiciyə çatdırılırsa, onda ölkədə bu qədər "bahalaşmış" kağızı korlamağa dəyərmi?..
Bizim uşaqlıq, gənclik illərimizdə barmaqla sayılacaq qədər qəzet-jurnal çap olunardı. Hamısının da oxucusu vardı. Qəzetlərdə yazısı çıxan müəllif qürurlanar, özünü önəmli biri kimi hiss edərdi. Həm də o zamanlar qəzetdə yazılana özümüz qədər inanardıq. İndi heç kəs o yazılanlara inanmır.
Anlamaq olmur - bu qədər dərgiyə tələbat yox, oxucu yox, kağız baha, sosial şəbəkələr daha aktiv işləyir - onda bu inkubator qəzetlərinin çıxmasına gərək varmı? Əgər şüur formalaşmasının, təhsilin, mədəniyyətin, elmin, adət-ənənənin, musiqinin, bir sözlə, xalqın inkişafı naminə olan hər sahənin tərəqqisində zərrə qədər əhəmiyyəti yoxdursa, bu qəzetlərin çıxarılmasının qarşısı niyə alınmır?
Müharibənin ilkin mərhələsini uduzmuş, torpaqlarını itirmiş, qonşu ölkələrin ac gözündə yağlı tikə kimi görünən balaca bir ölkənin bu qədər qəzeti, qəzet vəzifəsini yerinə yetirmiş olsaydı, indiyə qədər çox problemimiz həll olunmalıydı.
Xalqımızın tarixində zaman-zaman qılınc və qələmin eyni vaxtda fəaliyyət göstərməsinə ehtiyac duyulub. Amma o qələmlərdən süzülən sözlər xalqın rifahı üçün yazıb. İndi isə məncə, qələmdən çox qılınca ehtiyacımız var...



YAZARIN ARXİVİ

2018-12-08 : ZƏRURƏT
2018-11-24 : ALO...
2018-11-08 : PALÇIQ VANNASI
2018-09-14 : ŞİLLƏTERAPİYA
2018-03-30 : YAS DƏFTƏRİ
2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı
SON XƏBƏRLƏR
2018-12-11


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (64.29%)
Qaynana (35.71%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Tibb bacısı əlində iynə palataya daxil olur:
- Əliş dayı, oyan... xahiş edirəm oyan...
Xəstə güclə şirin yuxudan ayılıb gözünü ovxalayır:
- Nolub a bala, nə deyirdin?!
- Heç, yuxu iynəsi gətirmişəm, onu vurum, gedirəm.




digər lətifələr
ARXİV
FACEBOOK