ANA SƏHİFƏ / YAZARLAR

«ƏLLƏRİNDƏKİ GÖYÜZÜ»

Qalib Şəfayətin kitabı barəsində bir neçə söz

38274    |   2016-02-18 13:55
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bəri başdan deyim ki, barəsində söhbət açdığım müəllifi mənimlə dəyərli şairimiz Musa Ələkbərli tanış etdi. Günlərin birində Musa müəllim mənə bir ismarıc göndərdi:

- Qağa, bir istedadlı cavan oğlan göndərirəm yanına. Özü də müharibə görmüş oğlandı, şeirləri də xoşuma gəlir. Sən də bax, yəqin xoşuna gələcək…

Bəli, belə başladı tanışlığımız. Öyrəndim ki, dağlar qoynunda, Gədəbəydə doğulan Qalib həkim-kardeoloqdur. Özü də cəbhə bölgəsində, yəni Füzulidə hərbi həkim kimi xidmət göstərir. Əsgərlərimizin, bütövlükdə səngərdə olan insanlarımızın ürəyinin qayğısına qalır. Onun bu addımı sözün yaxşı mənasında ürəyimi oxşadı. Üstəlik bu cavan oğlanın səmimiyyəti mənə çox doğma gəldi. Bax beləcə başladı tanışlığımız. Elə iş otağımdaca onunla poeziyadan daha çox ordudan, səngərdən danışdıq. Və Qalibin peşəsini mükəmməl bilməsi, üstəlik bu peşəyə bağlılığı mənim yaralı yerim olduğu üçün suallarım bitib-tükənmirdi.

Oxudum Qalibin şeirlərini və Musa müəllimin fikirlər ilə yüzdə-yüz razılaşdım. Duydum, hiss etdim ki, bu cavan oğlan ürək həkimi olduğu üçün elə misraları da ürəyində dünyaya gətirir, ürəyində böyüdür, sonra kağıza köçürür. Ona görə də misralar həm səmimidi, həm də diridi. Zənnimcə, səmimi və diri misralar istənilən qapını öz əli ilə aça bilir…


İllər ötdü, bizim dostluğumuzun bir qazancı da Qalib Şəfayətin imzasını izləməyim, onun uğurlarına sevinməyim oldu. Elə bu günlərdə şair-həkim dostum mənə özünün «Alatoran» nəşriyyatında işıq üzü görmüş kitabını avtoqrafla bağışladı. Və mən kitabı açanda bilmirəm təsadüfdənmi, yoxsa zərurətdənmi ilk qarşılaşdığım şeir bir növ xatirə kimi gəldi mənə. Yəni əlimdən tutub həmin o ilk görüşümüz olan günə qaytardı məni…

Ömrümü

banka qoydum,

əmanət

kimi.

dar gündə

çıxararsan,

gərəyin olar.

sonra

acı-acı

xatırlarsan

Məni.

Və…

Nəsə deyinərsən,

Özün üçün.

Bəli, əslində bizim və bütövlükdə hər bir insanın ömrü yaddaş bankındadı. O bankı açanda hər şey xatırlanır, vərəqlənir. Bax, Qalib Şəfayət də ürəyindəkinə elə bunu xatırladıb və üstəlik də deyib ki,


İtirdim qəlbimi oyuncaq kimi,

Bir yoldan ötəni, tapanı olar.

Bir gün tapıb əzizləyib, oynadan –

Bir gün bəyənməyib, atanı olar.


Hə, doğrudan da sevgi elə bir şeydir ki, o, həm ürəyi, həm də insanın özünü bəzən göz önündəcə itirir. Və onda hiss edirsən ki, Qalib demiş, «içinə soyuq dolur».

Mən Qalibin şeirlər kitabında uğurlu fikirlərə, fərqli təqdimatlara rast gəldikcə onun poetik qələbəsinə sevindim və istər-istəməz içimdən bir işıq axıb keçdi. O işığı mən həm də Musa Ələkbərliyə ünvanladım. Çünki Musa müəllim Qalib Şəfayətin poeziya yolundakı addımlarının xeyir-duaçısı, xeyirxahı kimi yadımda qalıbdı. Hər halda bu mənim bir söz adamı kimi qəlbimdən keçənlərdi. Düşünürəm ki, Qalib Şəfayət kitabında işarə vurduğu «redaktə et ürəyimi» fikri yazdığım fikirlərə aid deyil. Amma ürəyi redaktə etməyin özü isə sevən üçün, sevilən üçün, sevgini günəşə çevirən üçün yaxşı tapıntıdı.

Mən qələm dostumun sizə təqdim etdiyim kitabı barəsində bu fikirləri də deməyi özümə borc bilirəm. Belə ki, Qalib Şəfayətin kitabı həm tərtibat baxımından, həm də şeirlərin özünün səhifələrdə düzümü baxımından da çox səliqəlidi. Kitabı əlinə götürəndə sənə elə gəlir ki, çox zəif, duyğusal bir təmas yaşayırsan. Bəlkə də bu şairin həm də həkim olmasından irəli gəlir – özü də ürək həkimi!


Çöl yaman soyuqdu, gülüm,

Yatır məni ürəyində.

Sən ümman ol, mən bir qayıq,

Batır məni ürəyində.


Dərdə yara düşən kimi,

Qəlbə qara düşən kimi,

Bir az dara düşən kimi,

Götür məni ürəyində…..


Hə, bu şeirlə Qalib Şəfayətin «Əllərindəki göyüzü» kitabı haqqında fikirlərimi tamamlayıram. Özü də bilərəkdən bu şeiri seçdim və bu qoşmanın yalnız bir hissəsini sizə təqdim etdim. İstədim ki, ürək həkiminin ürəyə necə bələd olduğunu siz də biləsiniz və ürəyiniz istəsə bu kitabı tapıb elə bu qoşmanın son bəndinə kimi oxuyasanız və sizə üz tutduğuma görə məni qınamayasınız.

Əbülfət MƏDƏTOĞLU


İmza:

YAZARIN ARXİVİ

2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-09-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aşot Moskvadan bir urus qız alır. Gəlir İrəvanda da toy edir. Aradan on beş gün keçir, gəlin gileylənir:

- Bu necə olacaq, nə atanın, nə də ananın məndən xoşu gəlmir.

Aşot:

- Onları boş ver, əsas odur ki, müdirimin səndən xoşu gəlir.





digər lətifələr
ARXİV
FACEBOOK