ANA SƏHİFƏ / YAZARLAR

İLƏ NECƏ BAŞLASAN...

Bu da 2013...

200242    |   2013-01-08 15:02
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mərhum xalq şairimiz, türk dünyasının dəyərli söz adamı Bəxtiyar Vahabzadənin müdrik ifadələrinin birində poetik şəkildə bildirilir ki, "bir ondan razıyam ki, özümdən narazıyam"!!!

Mən bu müdrik ifadəni elə-belə xatırlatmadım. Əslində düşüncəsi, dərrakəsi yerində olan hər kəs həmişə bir narazılıq, narahatlıq içərisində yaşayır... həmişə nəyinsə ardınca qaçır. Bəzən də vaxtı, vədəni günahlandırır, saatın ağır-ağır işləməsindən, günlərin ləng keçməsindən, həftənin yorucu olmasından və yaxud da tərsinə, bütün hər şeyin sürətindən gileylənir. Vaxt çatmadığını, zamanın böyük surətlə irəlilədiyini, daha nələri, nələri bir narazılıq obyekti kimi, qınaq kimi dilə gətirir, dost-tanışla bölüşür...

Bax, elə biz hamımız 2012-nin hər gününü, hər anını artıq xatırlaya bilmirik. Yalnız əlamətdar məqamlar həyatımıza hopmuş, anlar bizim üçün yaddaqalan olub. Ancaq 2012 başlayanda onun necə keçəcəyini, hansı bürcün taleyinə nələr düşəcəyini az qala uzun-uzadı müzakirə etdik. Münəccimlərin, öncə görənlərin fikirlərini mətbuat səhifələrinə çıxardıq və arada 2012-nin qışından da, şaxtasından da, eləcə də artan infilyasiyadan, dünyanı bürüyən iqtisadi böhrandan, sayı artan qaynar ocaqlardan az qala palaz-palaz yazılar yazdıq, müzakirələr açdıq. Hətta 2012-nin qorxulu bir gününün də stresini az-çox yaşadıq. Düşündük ki, daha dünya dağılacaq və...

Bütün 2012-ci il boyu hər birimizin təkcə özəl həyatında yox, həm də çevrəsində, onu əhatə edən mühitdə nələrsə oldu, nələrsə yaşandı. Bir də baş verənlərin müxtəlif yönümlərdən yozmaqla yanaşı, həm də onları qruplaşdırdıq. Yekunda hər birimizi özümüz özlüyümüzdə 2012-yə qiymət verdik. Şəxsən mənim üçün 2012 yaddaqalan oldu, yaddaşıma yazıldı. Yazılarımla, kitabımla, ailəmdə yaşanan sevinclə... Ona görə də ömür tarixçəmdə 2012-yə özəl bir yer var və bu yer zaman-zaman öz mərtəbəsində yaşayacaq, qalacaq...

Amma insan əvvəldə dediyim kimi, bir anın, bir günün içərisində məhdudlaşıb qalmır, daha doğrusu, qalmaq da istəmir. Çünki arzular, məqsədlər onu çabalamağa, vuruşmağa, sabaha doğru addımlamağa səsləyir. Təbii ki, hərə öz yerişi ilə, addımı ilə gedir sabaha... kiminin əlindən tutub aparırlar... kimi ətəkdən sallaşıb gedir... kimi əlağacına söykənir... kimi iradəsinə, qabiliyyətinə, gücünə. Bütün hallarda bu addımlamaq irəli getməkdi. Bax, biz də 2012-ni addım-addım, günbəgün mənzil kimi, məsafə kimi ölçüb başa vurduq. 2012-də qalanlarımız da oldu. Qatarda qalan bu insanlar əslində taleyin onlara yazılmış yazısını oxuyub bitirdilər. Oxunub bitmiş ömür onlar üçün 2012-də tamamlandı. Bir başdaşına doğumla ölüm məsafəsi yazılarkən 2012 göstərildi. Ruhu şad olsun, Oqtay Salamovun...

Hə, bu da 2013. Necə bacardıqsa, hansı addımlarla, hansı sürətlə gəldiksə, onu bilənlər bilir, amma doğrudan-doğruya gəlib çatdıq. Maşallah olsun, ilin əvvəli istirahətlə başladı. Düz bir həftə sandıqda, boğçada nəyimiz var idisə, "dəyirmanımızda" üyütdük. Bu da ilk iş günü. Axır ki, işləməyə də başladıq. İndi kimin hansı həvəslə, hansı məramla başladığını deyə bilməsəm də, bircə ona şükür edirəm ki, ilin sonunda bayramlaşıb ayrıldığım hər kəslə ilin ilk iş günündə də bir yerdəyəm. Deməli, həmin komanda, həmin güc yenə öz yerində, öz gücünü ortaya qoymaq iqtidarındadı. Dünyanın harasında nə baş verir versin, bu komandanın, bu gücün ondan asılacağı yoxdu. Sadəcə biz bu il ölkənin böyük bir seçiminin iştirakçısı olacağıq. Deməli, indidən 2013-ün siyasi havası özünü hiss etdirir. Biz bu siyasi havanın notlarını oxuculara çatdırmaq üçün indidən köklənməliyik. Ona görə ki, məmləkətimizdə gerçəkləşəcək həmin seçim bizlərdən yan keçməyibdir. Daha doğrusu, bizim də sözümüz, səsimiz nəyəsə gərək olacaq!..

Bəli, bu da 2013 və bu da onun ilk iş günü və bu da biz. Hamımız bir yerdə, hamımız ədalətli, hamımız ədalətli olmaq arzusu ilə "Ədalət"də yazırıq. İmkan tapdıqca siz də oxuyun.

Əbülfət MƏDƏTOĞLU

[email protected]



İmza:

YAZARIN ARXİVİ

2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-04-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (46.15%)
"Real" Madrid (53.85%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

70-ci illərdə İranın bir «Qeysər» filmi vardı. Qısa, 3 nəfər Qeysərin bacısını zorlayır, özləri isə Qeysəri tutdururlar. Vaxt keçir, Qeysər həbsxanadan çıxır. Onun da bir adəti olur, ayaqqabısının dabanlarını tapdayıb geyinir. Elə ki barmağını salıb ayaqqabının dalını düzəltdi, deməli, kimisə, yəni daha dəqiq desək, bacısını zorlayanlardan kimisə öldürəcək. Beləliklə, Qeysər ayaqqabılarının dabanını düzəldə-düzəldə bacısının qisasını alır.

Həmin vaxt dəbə düşmüşdü. Şəhərdə və eləcə də rayonlarda özlərini Qeysərə oxşadan oğlanlar peyda olmuşdular, ayaqqabılarının dabanını tapdayıb geyinirdilər.

Deməli, Ağdamda 4-5 cavan küçədə «Qarabağ»ın məşhur futbolçusu və «Qarabağ»ın Lobanovskisi Adil Nadirovla rastlaşırlar. Adil görür ki, cavanların içində özündən razılarından biri ayaqqabılarının dabanını tapdayıb geyinib, onu saxlayır və deyir:

- Ə, qaqa, ayaqqabılarının dabanını niyə tapdamısan, sənin də bacını…





digər lətifələr
ARXİV
FACEBOOK