ANA SƏHİFƏ / YAZARLAR

Gəlməli, görməli Masallı

"Azərbaycanın Folklor Paytaxtı" nominasiyasını bu rayondan necə geri almalı?

59444    |   2012-12-22 01:49
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mədəniyyət və Turizm Nazirliyinin "2010-2014-cü illər üçün Yaradıcılıq Paytaxtları" layihəsi uğurla davam edir. Başa çatan 2012-ci ildə bu layihədə iştirak etmək şansı qazanan rayonlar gördükləri işlərin hesabatını verir.

Bu il üçün "Azərbaycanın Sənətkarlıq Paytaxtı" elan olunan Qubada və "Azərbaycanın Əfsanələr Paytaxtı" kimi tanınan Gədəbəydə artıq tədbirlərə yekun vurub.

Ötən həftə isə növbə Masallıya çatdı. Hansı Masallıya? "Azərbaycanın Folklor Paytaxtı" elan olunan Masallıya.

Masallı hesabat verir, amma nominasiyanı geri vermək istəmir

Quba və Gədəbəydə ilboyu keçirilən bir-birindən maraqlı tədbirlər, görülən işlər barədə ötən reportajlarımızda məlumat verməyə çalışmışdıq. Mədəniyyət və Turizm Nazirliyinin jurnalistlər üçün həmin rayonlara təşkil etdiyi info-turlar layihənin icrası ilə bağlı dolğun bilgi almağa yardım göstərmişdi. Nazirlik ənənəsinə sadiq qalıb Masallıya info-tur təşkil etməklə yenə əlimizdən tutdu.

"Azərbaycanın Folklor Paytaxtı" tədbirinin yekunu Masallının Gənclər Mərkəzində baş tutdu. Bayramsayağı bəzədilmiş məkana dəvətlilər əvvəlcə bu il ərzində keçirilən tədbirləri özündə əks etdirən video-çarxı izlədilər.

Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı "Azərbaycanın Folklor Paytaxtı"nda görülən işlər barədə dolğun məlumat verdi. Yaradılan Təşkilat Komitəsinin sədri olan icra başçısının müavini bildirdi ki, təsdiq edilən tədbirlər planına uyğun olaraq "Azərbaycanın Folklor Paytaxtı. Masallı-2012"nin loqotipi, bayraqları hazırlanıb, əyani vəsaitlər çap olunub. İki dildə- Azərbaycan və ingilis dillərində çap olunan kitabçada Azərbaycanın tarixi və müasir dövrü barədə məlumat verilib, Masallının keçmişi, bu günü əks olunub, Qarabağın ermənilərin işğalına məruz qalan ərazisi haqqında yazı dərc olunub. Masallıda təşkil olunan Ümumrespublika Muğam Festivalında bütün bölgələrdən gənc istedadlar iştirak edib. Festivalın yekun konsertində isə tamaşaçılar tanınmış muğam ifaçılarının çıxışlarını izləmək imkanı qazanıblar. Masallının folklorunu bütün dünyada təbliğ edən "Halay" ansamblı və tanınmış ziyalı

Mirkazım Aslanlı haqqında sənədli filmlər çəkilib. Rayonda "Azərbaycan folkloru mədəni sərvətimizdir" mövzusunda keçirilən elmi-praktiki konfransda ölkənin görkəmli alimləri yaxından iştirak edib, fikir və mülahizələrini bildiriblər. Teatr həftəsi, Turizm sərgisi, Kitab bayramı və başqa tədbirlər rayon sakinlərinin marağına səbəb olub.

Nəsir Muxtarlı sentyabrın 6-da startı verilən və 4 gün davam edən Beynəlxalq Folklor Festivalı haqqında geniş məlumat verdi. İcra başçısının müavini belə bir tədbirin uğurla keçirilməsini təkcə rayonunun deyil, ölkənin mədəni həyatında da mühüm hadisə kimi qiymətləndirdi. Onun sözlərinə görə, Türkiyədən, İrandan, Rusiyadan, Latviyadan gələn tanınmış folklor ansamblları öz ölkələrinin musiqi mədəniyyətini təbliğ etməklə yanaşı, Azərbaycan, onun dilbər guşələrindən sayılan Masallı ilə yaxından tanış olublar. Qonaqların Boradigah qəsəbəsində və Şərəfə kəndində çıxışları maraqla qarşılanıb.

Beynəlxalq Folklor Festivalına Masallı Olimpiya İdman Kompleksində yekun vurulub. Yekun konserti də rayon sakinlərinə və qonaqlara yaddaqalan anlar yaşadıb.

Nəsir Muxtarlı qeyd etdi ki, tədbirlərin yüksək səviyyədə təşkil olunması Masallının belə mötəbər sənət bayramlarını keçirməyə hazır olduğunu bir daha sübut etdi.

Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev "2010-2014-cü illər üçün Yaradıcılıq Paytaxtları" proqramının əhəmiyyəti barədə mərasim iştirakçılarına məlumat verdi, "Azərbaycanın Folklor Paytaxtı" nominasiyasının qalibi olduqdan sonra Masallıda görülən işləri yüksək qiymətləndirdi.

Fikrət Babayev il ərzində müxtəlif maraqlı tədbirlərin, xüsusi ilə Beynəlxalq Folklor Festivalının təşkilində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun əməyini qeyd etdi. Şöbə müdiri tədbirlərin təşkilində və keçirilməsində yaxından iştirak edənlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin adından təşəkkür etdi.

Milli Elmlər Akademiyası Folklor İnstitutunun direktoru Muxtar İmanov isə rəhbərlik etdiyi elm ocağının Masallı ilə bağlı həyata keçirdiyi işlər barədə danışdı. Direktor qeyd etdi ki, institut əməkdaşları yerli ziyalıların yaxından köməyi ilə "Azərbaycan folklor antologiyası. Masallı folklor örnəkləri" kitabını nəşrə hazırlayıb. Muxtar İmanov Folklor İnstitutunun gələcəkdə də bu sahədə araşdırmalar aparacağını diqqətə çatdırdı.

Rayon ağsaqqalları adından çıxış edən Ələsgər Niftiyev "Azərbaycanın Folklor Paytaxtı" elan olunduqdan sonra Masallıda çox böyük dəyişikliklərin olduğunu bildirdi. Ziyalıların, gənclərin bu tədbirlərdə yaxından iştirak etdiyini xüsusi vurğuladı.

Sonra söz Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynova verildi. İcra Hakimiyyətinin başçısı qədim tarixi, özünəməxsus təbiəti, yetişdirdiyi ziyalı ordusu ilə seçilən Masallının "Azərbaycanın Folklor Paytaxtı" kimi tanınmağa haqqı olduğunu dedi. Göstərdiyi etimada, il ərzində keçirilən tədbirlərdə yaxından iştiraka görə Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə minnətdarlıq edən Rafil Hüseynov rayon sakinlərinin də zəhmətini unutmadı, bütün masallılara təşəkkürlərini çatdırdı. Tədbirlərdə fəallığı ilə seçilən bir qrup mədəniyyət işçisinə isə qiymətli hədiyyələr bağışladı.

"Azərbaycanın Folklor Paytaxtı. Masallı-2012"nin yekunlarına həsr olunan mərasim Bakıdan dəvət olunan incəsənət ustalarının çıxışı və rayon bədii özfəaliyyət kollektivlərinin konserti ilə başa çatdı.

"Paytaxtı

hər gün dəyişməzlər"

Gənclər Mərkəzinin iclas zalında Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun info-turda iştirak edən jurnalistlərlə görüşü keçirildi. Səmimi şəraitdə keçən görüşdə Rafil müəllim keçmiş həmkarımız kimi heç bir sualdan yayınmadı.

Qədim Masallı torpağı, zəhmətsevər və qonaqpərvər insanları, görkəmli ziyalıları barədə fəxrlə danışan icra hakimiyyətinin başçısı ölkədəki iqtisadi inkişafın bu gözəl məkana da yeni nəfəs verdiyini qeyd etdi. Masallıda görülən işlər və gələcək planlarını böyük həvəslə açıqladı.

Rafil Hüseynov Masallının "Azərbaycanın Folklor Paytaxtı" elan olunmasını rayonun həyatında mühüm rol oynadığını bir daha vurğulayaraq Beynəlxalq Folklor Festivalının, digər tədbirlərin yüksək səviyyədə təşkilinə görə Təşkilat Komitəsinin sədri Nəsir Muxtarlıya, rayon mədəniyyət və turizm şöbəsinin müdiri, əməkdar mədəniyyət işçisi Lətifə Mövsümovaya ayrıca təşəkkür etdi.

"Paytaxtı hər gün dəyişməzlər"-deyən rayon icra hakimiyyətinin başçısı Masallıda bundan sonra da beynəlxalq səviyyəli müxtəlif tədbirlərin keçiriləcəyini bildirdi.

Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi info-tura qatılan media nümayəndələri Masallıda gördüklərindən razı qaldılar.

Növbəti il üçün "Azərbaycanın Folklor Paytaxtı" elan ediləcək rayonu çətin sınaq gözləyir...

Etibar CƏBRAYILOĞLU



İmza:

YAZARIN ARXİVİ

2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-07-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir məşhur həkim öz işini oğluna tapşırır. Oğlu işdən evə sevinclə qayıdaraq deyir:
- Ata, sənin 30 ildir müalicə edə bilmədiyin xəstəni mən bir günə müalicə etdim.
Atası əsəbiləşərək deyir:
- Sən nə etdin?! Mən 30 ildir ailəmi o xəstənin hesabına saxlayıram.




digər lətifələr
ARXİV
FACEBOOK