hacklink Adalet.az | HƏSƏNOĞLUNUN DİLİ-4 Adalet.az | HƏSƏNOĞLUNUN DİLİ-4 Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

HƏSƏNOĞLUNUN DİLİ-4

21710    |   2012-10-13 00:26
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İzzəddin Həsənoğlu klassik ədəbiyyatımızın önəmli şəxsiyyətlərindən biridir. Birinci yazımda işarə etmişdim ki, onun cəmisi bir neçə şeiri bilinirdi, ancaq təzə tapılan 370 vərəqlik "Sirətin Nəbi" adlı əlyazma əsəri həddən artıq maraqlıdır və ədəbiyyatımız üçün qızıl qiymətindədir. Əsərin tapılması və xüsusiyyəti ilə bağlı məlumatları xülasə olaraq çatdırmışdım. Bu yazımda onun göyə olan münasibəti üstündə dayanmaq istəyirəm.
   
   Həsənoğlu, Sirətin Nəbi adlı əsərində bunları yazıb:
   
   Göy atamuz, yir anamuzdur yəqin Ol ikünün oğlıyuz biz uş həmin.
   
   Bu ata-ana ki yerdür göy adı
   
   Bunları haqq əmri diri eylədi.
   
   İnam, Tanrı ilə insan arasında bir əlaqə qaynağıdır. Onun yayılmasına amil olan vasitə isə dildir. Həsənoğlunun bu iki beytində Türk millətinin mifoloji inamından bəhrələnən dövlət gələnəyinin özülü də öz əksini tapıb. Türk dövlət gələnəyinin zirvəsində Tanrıya inam dayanır. Türk mifologiyasının ilham qaynağı Tanrıdır. Tanrını təcəssüm etdirənlər isə göy, yer, dağlar, su, atəş kimi vasitələrdir. Əlbəttə bunların ən önəmlisi yerlə göydür. Orxun-Yenisey sahillərində tapılan Kültigin abidəsinin şərq üzündə belə bir ifadə vardır; "Üstdə mavi göy, altda qara yer yaradıldıqa, ikisinin arasında insan oğulları yaradılıb. İnsan oğullarının üstündə də dədələrim, babalarım, Bumın Xaqan ilə İstəmi Xaqan hökmdar kimi taxta oturublar. Türk xalqının dövlətini və qanunlarını idarə ediblər, tənzimləyiblər".
   
   Əski Türk anlayışına və inancına görə göy həddən artıq önəmli bir ünsürdür. Çünki o Tanrını təmsil edir və türklər Tanrının göydə qərar tutduğuna inanıbdır. Ancaq göy Tanrını təmsil etsə də Tanrının özü deyildir. Bu anlayış Orxun-Yenisey abidələrində, Kültigin abidəsinin güney üzündə öz əksini "Tengri təg tengridə bolmış türük Bilgə xaqan" sözləriylə tapıb. Kaşqarlı Mahmud, Divanı Lüğətit Türk adlı əsərini yazmaq məqsədiylə oğuzların yaşadığı yerə getdikdə onların göyə "tengri" dediyini görüb və "Yerə batasıca kafirlər göyə Tanrı deyir" şəklində yazıb, buna öz reaksiyasını bildirib. Kaşqarlı, ən qədim Tanrıçılıq adlı səmavi dinə inanan oğuzların göyə niyə "tengri" dediyini o vaxtkı müsəlman məntiqi ilə qarşılayıb və onları təhqir edib. Göytürk abidələrində göyün nəhayətsizliyinin Tanrını təmsil etdiyinə işarə edilib. Bu anlayış bugün də yaşayır. Tovuz bölgəsində yaşayanlar "Tanrın yerə tökülsün" şəklində qarqış edirlər. Bu qarqış, "göy başına uçsun" mənasındadır. Bütün qədim mənbələrdə türklərin göyə xüsusi bir inamla yanaşdığı, onu sakral bir güc kimi qəbul etdiyi vurğulanır.
   
   Hun imperiyasının xaqanları Çin imperatoruna məktub yazdıqları vaxt "Göyün qürurlu oğlu Hun Tanrıqutu" ifadəsiylə sözə başlayırdılar. Sözün burasında bir məqamı xüsusilə vurğulamaq istəyirəm. Deyirlər ki, türklər köçəri olub, çox sonralar, yəni qərblilərdən sonra oturaq həyata keçiblər, məktəb-mədrəsələri, bir əlifbaları olmayıb. Mal-qara dalınca o yan-bu yana getdiklərindən çox sonralar, göytürklər vaxtında runik əlifbadan istifadə ediblər.
   
   Tarix kitablarında Hun hökmdarı kimi təqdim edilən Mətə Xan, dastanlarda da Oğuz xaqan kimi yad edilən şəxsiyyət bizim ulu babamızdır. Mətə Xaqan, eradan əvvəl 176-cı ildə Çin imperatoruna məktub yazarkən bu cümlələrlə başlayırdı; "Göy tərəfindən taxta çıxarılmış böyük Hun İmperatoru"g Oğuz Xaqanın bu məktubu çinlilərin ən qədim salnaməsi Şi-cidə zəbt olunmuşdur. Almaniyalı şərqşünas və sinoloq (çinşünas) prof. dr. Johann Jacob Maria De Groot ömrünü Şi-ci salnaməsinə həsr edib. Hətta onun oxuduğu və qədim Çin dilində yazılmış Şi-cini müasir çinlilərin ancaq mütəxəssisləri oxuya bilir. Maraqlıdır ki, De Groot biz türklərlə bağlı Şi-cidə nə varsa hamısını yığıb bir kitabda cəmləşdirərək çap etdirib. Çox qəribədir ki, hələ də Şi-cini tədqiq edən və orda bizimlə bağlı olan hissələr üstündə işləyən bir alimimiz mərhum prof. dr. Bahaəddin Ögəli çıxmaqla yoxdur. O da çin dilini De Groot və digər qərbli sinoloqlar səviyyəsində bilmirdi, bunu şəxsən mənə özü demişdi. Görəsən bundan sonra De Groot, Otto Franke, Sima Qian, Parker, Paul Pelliot və digərləri kimi sinoloq alimlərimiz yetişəcəkdir? İnanmaq istəyirəm, ancaq inana bilmirəm. Kaş alimlərimiz yetişə və mən məyus olam.
   
   Məsələnin ayrı bir yönünə toxunmadan keçmək istəmirəm. Bir əlifbası olmayan, oxu-yazı bilməyən bir millət nə cür olur ki, eradan qabaqkı illərdə üç yüz il davam edən möhtəşəm bir Hun imperiyası yaradırdı. O imperiyanın xaqanı Mətə, Çin xaqanına yazdığı məktubu hansı əlifbayla yazıbdı bəs? Mətə də Çin dilini və əlifbasını bilirdi və məktubunu o dildə yazıbmış? Nə cür olurdu ki, hunlar ildə iki qurultay keçirir, qurultaylarda qadınlar da təmsil edilir və hər bir qurultay iştirakçısı heç bir qorxu-hürkü duymadan ayağa durub xaqanı tənqid atəşinə tuta bilirdi?! O qədər xalqı öz hakimiyyətə altında saxlayan millətin, dövlətinin qanunlarını hansı əlifba ilə yazmışdı görənə! Bir əlifbası olmayan millətin say sistemi ola bilərdimi və o millət əhalisini, heyvanlarını ildə iki dəfə necə sayırdı? Bütün bu və buna oxşar suallar indiyə kimi cavabsız qalıbdır. Cavabsız qalan ayrı bir sual da var. Qədim tariximizlə bağlı araşdırma aparan, kərpic boyda kitablarla çoxcildli tarixi əsərlər yazan alimlərimiz, qərblilərin və şərqlilərin yazdığı əsərləri bir yana qoyub özləri birbaşa əsas mənbələrdən, məsələn Şi-cidən, Yapon salnamələrindən istifadə edərək hər hansı əsəri ərsəyə gətiribdirmi? Mən eşitməmişəm, eşidən-bilən vardırsa xahiş edirəm mənə öyrətsin.
   
   Gələk Həsənoğlunun göylə bağlı anlayışına. Həsənoğlu, "göy atamuz, yir anamuzdur" deyərkən o anlayışı öz-özünə tapmışdıə! Yoxsa onun boya-başa çatdığı el, ən qədim vaxtlardan bəri həmin anlayışı davam etdirirdi!..
   
   Ən qədim mifoloji mətinlərdə göy kişi, yer isə qadın kimi təsəvvür edilmişdir. İzzəddin Həsənoğlu da əsərində bu anlayışı, bu inamı davam etdirmişdir. Artıq şükür Allaha millətimiz ayılıbdır, dövlətlərimiz varlanıbdır, güclənibdir. Bundan sonrakı nəsillər öz dəyərlərimizi bütün yönləriylə bilərək yetişməlidilər. Mədəniyyətimizin əvəzsiz dəyərləri imperialistlər tərəfindən zor gücü ilə mənimsənib yurdlarımızdan didərgin salındılar. Artıq əlimizdəkiləri qorumalı və əlimizdən alınanların da öz yerlərinə qaytarılmasının çarələrinə baxmalıyıq. Orxun-Yenisey abidələrində nahaq yerə deyilməyib, "Ey Türk sən özünə qayıdanda güclü olursan".


YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-19
2019-11-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK