ANA SƏHİFƏ / YAZARLAR

HƏYAT BURULĞANLARINDA

(Zeynəb Əliqızının hekayələri haqqında)

14727    |   2012-06-23 08:37
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bəzən hekayəni "kiçik canr" adlandırır, onu roman və povestlə müqayisə edib həyatı təsvirdə geniş imkanlara malik olmadığını söyləyirlər. Lakin canrları bir-birinə qarşı qoymağın, zənnimcə, heç bir elmi əsası yoxdur. Roman da, povest də, hekayə də eyni məqsədə xidmət edir: həyatı, insanlararası münasibətləri, zamanın mühüm və aparıcı tendensiyalarını, cəmiyyətin sosial və mənəvi problemlərini bədii tədqiq obyektinə çevirməkg
   
   Zəmanəmizin böyük yazıçısı Çingiz Aytmatov məqalələrinin birində yazmışdı: "Hekayəni damla ilə müqayisə etmək olar, lakin bu damlasız okean ola bilməz. Mənim fikrimcə, hekayə dövrün mozaikasıdır. Mozaika isə məlum olduğu kimi xırda və zərif hissəciklərdən ibarətdir. Burada da dövrün, zamanın səciyyəvi cizgiləri portret halında canlana bilər.
   
   Hekayə həmçinin qravüraya bənzəyir. Yazıçı əməyi də müəyyən mənada qravüraçı sənəti ilə səsləşir: ifadə vasitələrindəki zəriflik, maksimum yığcamlıq, detalların dəqiqliyi hər ikisinə aiddir".
   
   Bu gün də hekayənin imkanları böyükdür. Onun oxucu auditoriyası əvvəlki onilliklərə nisbətən xeyli artmışdır. Bu çevik canra bütün qəzet və curnallar, nəşriyyatlar, radio və televiziya geniş yer verir, hər gün, bəzən hər saat hekayə oxumağa, dinləməyə adət etmişik. Əlbəttə, belə anlarda məyusluq da baş verir, dinlədiyimiz və televiziyada tamaşa etdiyimiz hekayələrin bir qismi bədii-estetik dəyəri və keyfiyyəti etibarilə bizi təmin etmir. Lakin eyni zamanda sevinməyə də əsasımız var: hal-hazırda gözəl hekayəçilər və hekayə topluları ilə qarşılaşırıq. Belə gözəl hekayəçilərdən biri də Zeynəb Əliqızıdır.
   
    Mən Zeynəb Əliqızının hekayələrini oxuyanda özümü həyatda olduğu kimi hiss etdim, mənə elə gəldi ki, onun təsvir elədiyi hadisələrin, olayların içərisində mən də varam.
   
   Zeynəbin hekayələrinin əsas mövzusu günümüzlə, çağdaş həyatımızla bağlıdır. O, yaşamadığı, müşahidə etmədiyi hadisələri, bilavasitə ünsiyyətdə olmadığı, tanımadığı, iç dünyasına bələd olmadığı insanları qələmə almır. Onda həyatı, gerçəkliyi, insanları müşahidə qabiliyyəti yetərincədir. Hiss olunur ki, Zeynəb yaşadığı mühiti, həyatı, cəmiyyətdə baş verən ictimai-siyasi-mənəvi prosesləri dərindən izləyir və ən xarakterik hadisələri hekayələrinin mövzusuna çevirir.
   
   Onun ən gözəl hekayəsi "Şəhid anası"dır. Bu hekayəni oxuyanda sarsılmaya bilmirsən, qəhər səni boğur. Belə təsiri, belə duyğunu Zeynəb süni şəkildə yaratmır, hekayədəki Nurxanım ananın taleyi doğurur.
   
   Geniş həyət qapısından orta boylu, altmış-altmış beş yaşlarında arıq, çəlimsiz bir qadın girdi. Sifəti sapsarı saralmışdı, elə bil sarılıq xəstəliyi keçirmişdi. Və azardan qurtarmamış yorğan-döşəkdən durub gəlmişdi. Gözləri quyunun dibində idi, güclə işıldayırdı. Dodaqları övkə rəngimndə idi. Ağappaq nazik hörükləri başına bağladığı qara yaylığının altından çıxıb biri sinəsindən, o biri kürəyindən, donunun üstündən sallanırdı. Ayaqlarında çit ayaqqabı vardı.
   
   Onu tanıyanlar bir az narahat oldular.
   
   Bu arvadın toya gəlməsi qəribə idi. O, əslində heç vaxt şənliyə getmirdi. Nurxanım şəhid anası idi.
   
   Doğrudan da, təzadlı bir mənzərə yaranır. Şəhid anası toya gəlir. Hamı bu gəlişə mat-məəttəl baxır. Musiqiçilər çalğını yarımçıq dayandırırlar. Şəhid anası "Əl çalın" havasını sifariş edir və başlayır oynamağa. Toy iştirakçılarının hər birinin içindən bir sazaq keçir. Şəhid anası çalğıçılara deyir ki, havanı dəyişsinlər. O, yenə oynayır. Uşaqlar əl çalır, amma böyüklər susurlar. Heç kəs əl çalmır. Onu tutub saxlamaq istəyirlər, "arvadın başına hava gəlib" -belə düşünənlər də olur. Nurxanım isə oynamaqdan doymur. Nəhayət, iki-üç dəfə dövrə vurandan sonra hamıya ehtiramla baş əyir. şəhid anası üzünü camaata tutub deyir ki: "Mən dəli-zad olmamışam." Hekayə bu ana qədər emosional təsirini itirmir. Müəllif elə buradaca hekayəni bitirə bilərdi. Amma müəllifin və onun qəhrəmanının məramı açıqlanmazdı. Çünki hər hansı bir bədii əsərdə onun ideyasını açıqlayan sonluq - final olmalıdır. Nəsr əsəri, xüsusilə, hekayə üçün bu, daha vacibdir. Nəhayət, ay camaat! Üzümə belə çaşqınlıqla baxmayın... Mən toy görməmişəm evimdə. İki oğul böyütdüm, toylarını görə bilmədim. Oğlanlarımdan biri Qarabağ müharibəsində həlak oldu. On gün itkin oğlumu axtardım. Sonra xəbər çıxdı ki, əsgərdir, Vətən torpaqlarını qoruyur. Amma mən ehtiyac içərisində övlad böyüdəndə, həmin ordu yaradanlar bir cüt corab belə gətirib verməmişdilər ki, al, balanın ayağına geyindir... Mən dəli deyiləm, əzizlərim, qurban olum sizə. Sadəcə, ömrüm boyu dəli bir toy havası ilə yaşamışam. Bu sümüklərim oğul toyunda oynamaq həvəsi ilə alışıb-yanıb".
   
    Bu hekayənin uğuru nədədir? Birincisi; hekayənin canı, bel sütunu olan hadisənin təsirli olması. Elə bir hadisə ki, biz onu həyatda müşahidə etmişik, hətta hekayədə təsvir olunduğu kimi göz yaşları da axıtmışıq. İkincisi; hekayənin qəhrəmanı ümumiləşdirilmiş bir obrazdır-Şəhid anası. Azərbaycanda yüzlərlə belə şəhid anasını tanıyırıq və bu şəhid anası onların hamısının taleyini, ağrı-acılarını özündə əks edirir. Üçüncüsü; hekayə öz bədii-estetik səviyyəsinə görə də diqqətəlayiqdir. Zeynəb xanım qəhrəmanının iztirablarını çox təsirli boyalarla əks etdirir. Bu hekayə əsasında hətta təsirli bir bədii film də yaratmaq olar.
   
   Hər hansı bir hekayədə düşündürücü mətləbin olması vacibdir. Oxucu bilməlidir ki, yazıçı hansı mətləbdən söz açır, onun təsvir elədiyi hadisələr və insan obrazları nə dərəcədə inandırıcıdır? Bu hadisələr və insanlar real həyatdan gəlmədir, yoxsa yazıçı təxəyyülünün uydurmasıdır? Həyatın reallıqları ilə bir daha bədii ədəbiyyatda üz-üzə gələndə, özü də bu reallıqları bədii biçimdə görəndə, hər iki tərəf sevinən olacaq. Həm yazıçı, həm də oxucug Zeynəb Əliqızının hekayələrində də biz bu məziyyətləri görə bilirik.
   
   "Ölüm uzaqda qaldı"g Bu hekayəni oxuyuram və indiyə qədər oxuduğum bir çox novellalar yadıma düşür. Əslində, novella da hekayənin bir növüdür, yalnız fərq orasındadır ki, novellaların sonu gözlənilməz hadisə ilə bitir. Zeynəb xanımın bir neçə hekayəsi də məhz öz novellavari sonluğu ilə diqqəti cəlb edir. Adını çəkdiyim hekayədə oxucunu intizarda saxlayan bir məqam təsvir edilir. Mesxeti türklərindən olan Lena ağır xəstəliyə düçar olan və həkim diaqnozuna görə sağalmağına zərrə qədər ümid yeri yeri qalmayan anasının intizarındadır. Öləcəkmi, qalacaqmı? Bu intizarlı anların təsvirində Zeynəb bədii boyalarını əsirgəmir. Və sondag Uərrah İlham qadının həyata qayıtması üçün bütün bacarığını sərf edir, xəstənin ölümlə həyat arasında çarpışan ürəyinin son döyüntülərini seyr edirkən, birdən möcüzə baş verir. "Ölüm uzaqda qalmışdı".
   
   Zeynəb Əliqızının hekayələrində əsas qəhrəmanların bir çoxu qadınlardır. O, nənələrin, anaların könül dünyasına, onların duyğular aləminə yol tapa bilir. Daha doğrusu, onların zərif duyğuları ilə öz duyğularını birgə yaşayan bir nənənin həyatından söz açır. Bu nənə qaçqındır, "otaraya gətirir. Məsələn, onun "Güllü nənə" hekayəsi müasir dövrün ağrı-acılarıyla oturmuşdu kəndində, evində-eşiyində. Göyərti də əkirdi, meyvə də yığırdı, yuxa da bişirirdi, bal da kəsirdi". Amma "xaraba qalsın belə dövranı". Nənə şəhərə, oğlu Səlimə pənah gətirib. Amma o, kəndçiliyini unutmur. Şəhərdə göyərti satmaqla günlərini dolandırır. Doğrusu, bu hadisə əvvəlcə mənə inandırıcı görünmədi. Amma sonra Güllü nənənin satdığı göyərtilərdən əldə elədiyi pulu itirməsi, buna görə göz yaşları axıtmasıg təbii göründü. Nənələr, babalar həmişə zəhmətiylə dolanmışlar. Oğlunun evində şad-xürrəm də yaşaya bilərdi, amma zəhmətsiz yox. Zəhmətlə qazanılan pulu isə itirmək olmaz. Güllü nənəni də ağladan elə budur.
   
   Zeynəbin hərarətlə təsvir elədiyi obrazlardan biri də Yusif babadır ("Quru budaq"). O, kənddə yaşayır. Övladını-Bəkiri görmək üçün şəhərə gəlir. Baxıb görür ki, oğlu sərxoşluqla məşğuldur. Və onun normal bir insan olacağına ümidi yoxdur. Qayıdır kəndə. Axşamın alatoranında ağacları doğramakğa başlayır. Nə desə yaxşıdır: "Kirpiyimlə od götürmüşəm, bunları min əzab-əziyyətlə, alın tərimlə suvarmışamg Gözləmişəm ki, bax, bunların cavan pöhrələrinə bənzəyən nəvələrimg gəlib bu ağacların arasında gizlənpaç oynayacaqlar, yelləncək asıb əylənəcəklər, yarpaqlarını yoluşdura-yoluşdura meyvələrini yığacaqlarg Qismət olmadıg .Görə bilmədim. Gözüm baxa-baxa yurdum boş qaldı. Ağacım göyərmədi... qurudug Bu birilər də qurunun oduna yanırlar".
   
   Ürək ağrıdan səhnədir.
   
   Zeynəb də şəhərə kənddən gəlib. Və onun hekayələrində o təbiilik, o səmimiyyət ki var, o dil şirinliyi, təravəti ki, hər sətirdə hiss edirsən, bu da yarpağını sığalladığı, budağını oxşadığı ağacların səmimiyyətidir, təbiiliyidir. O çiçəkləri ki, öpüb-oxşayıb, o çeşmənin ki, gözündən su içib, o küləyin ki, nəfəsini saçında hiss edib, o yarpızın ki, qoxusunu ciyərlərinə çəkibg Bax, onlar Zeynəbin hekayələrində bir kənd obrazını yaradır. Kəndin də min bir oyunu var. Laylası, bayatısı, çöl gözəlliyi, nağılı, dastanı bir yanag bir də bənzərsiz, təkrarolunmaz qocası, qarısı, hər evin kişisi, qadını, hər ailənin öz şıltağı, nadinci, ağıllısı, dəlisi. Və hər kəndin də özünəməxsus koloriti. Zeynəb bütün bunlara yaxşı bələddir və hekayələrində yeri gəldikcə, o koloriti canlandıra bilir. Məsələn, "Hind filmi", "Çoban və lal şəhərli" hekayələrində olduğu kimi.
   
   Zeynəbin "Çoban və lal" hekayəsi barədə ayrıca danışmaq istəyirəm. Mənim fikrimcə, Zeynəb bu hekayəni daha iriləndirib povestə çevirə bilər. Lal şəhərli-bədbəxt bir insang çoban isə geniş çöllər qoynunda azad quşlar kimi ömür sürən bir kəndli. Lalın həyatı, keçmişi o qədər də açıqlanmır, ancaq hiss olunur ki, talesiz bir insandır və mühitindən usanıb, onu bu dünyada başa düşəcək bir kimsə yox. Arzulayır ki, onu kənddə dəfn eləsinlər, bəlkə ruhu burda rahat ola. Əgər Zeynəb bunu gələcəkdə povestə çevirsə, lalın həyatını, bir insan kimi faciəsini təfərrüatı ilə aça. Arzulayaq!
   
   Zeynəb Əliqızının "Burulğan" adlı bir povesti var. Onun ayrı-ayrı hekayələrində təsadüf etdiyimiz psixoloci duyum tərzi bu povestdə başlıca məziyyətə çevrilir. Əlbəttə, insanı əməldə, hərəkətdə, kimlərləsə münasibətdə göstərmək asandır, lakin insanın daxili aləmini, içəri dünyasını təsvir etmək əsl istedad tələb edir. Zeynəbin bu povesti məhz iki insanın daxili dünyasından gələn SƏSLƏRin etirafı üzərində qurulub. Burada hadisələr də, obrazların bir-birinə münasibəti də, nə varsa, içəridə gedir, daxili aləmdə baş verir. Daha doğrusu, ürəklər danışır. İki insan-Könül və Nəsim bir idarədə işləyirlər vəg bir-birlərini sevirlər. Ancaq onların məhəbbəti qapalıdır, ürəklərini bir-birlərinə aça bilmirlər. "Hər gün, hər axşamçağı işdən çıxıb yol gedəndə onu da özümlə "gətirirdim". Hər səhər işə gedəndə onu da özümlə "aparırdım". Mənə elə gəlirdi ki, o da mənimlə avtobusdadır, yanımda oturan-odur, yanımda dayanan-odur! Xəyalımda onunla daim şirin-şirin söhbət edirdim. Söhbətimiz qurtarmaq bilmirdi. Şirin xəyallar bizim hər ikimizi gah qanadları üstə göylərə qaldırır, gah ağuşuna alıb dəryalarda çimdirir, gah da Yer üzünü addım-addım, qarış-qarış gəzdirirdi. Biz yorulmurduq, usanmırdıq, doymurduq.."
   
   Beləcə şirin, sonrasa acı romantika sevənləri içəridən saflaşdırır, duruldur və o böyük məhəbbət elə içəridəcə yaşayır. Sonda isə bir qəza. Qız ölür. "O, gözlərini yumdu. Mən onu ilk və son dəfə qucağıma alıram. Onun bədənig necə xoş təmas doğurur, ilahi! Beləcə dünyanın axırınacan getmək olarmış.."
   
   Əlbəttə, povestin sonluğunun belə bitməsi ilə razılaşmamaq da olar. Amma müəllif psixoloci məqamları elə təsvir edir ki, qızın ölümünə gətirib çıxarır.
   
    gNəhayət, SON SÖZ: Mən Zeynəbin istedadını, həyat hadisələrinə münasibətindəki fərdiliyi hiss etdim, onun səsi, nəfəsi, özünüifadəsi tamam fərqlidir. Həyatdan gəlir bu SƏS. Uğurlar arzulayıram!


YAZARIN ARXİVİ

2014-08-02 : LİRİKA - 2013
2012-04-21 : "ARAZBARI" ÜSTƏ
2012-01-20 : 20 YANVAR: 22 İL
2011-08-20 : ƏDƏBİ HƏYAT
2011-08-13 : ƏDƏBİ HƏYAT
2011-08-06 : ƏDƏBİ HƏYAT
SON XƏBƏRLƏR
2018-10-24
2018-10-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın hirslə ərinə zəng edir:
-Hansı cəhənnəmdəsən indiyə qədər? Saat neçədir xəbərin var?
-Əzizim, o heç vaxt unutmadığın qeyri-adi üzük olan zərgərlik dükanı var idiye. O vaxt pulum olmadı, ala bilmədim sənə. Dedim ki, eybi yox, pulum olan kimi ilk işim bu üzüyü sənə almaq olacaq. Yadındadır? Qadın yumşalır və həyəcandan titrəyən səslə:
- Hə, əzizim, əlbəttə yadımdadır. Heç xatırlamaz olarammı?
- Bax o dükanın yanındakı çayxanada uşaqlarla domino oynayıram, bir azdan gələcəm.




digər lətifələr
ARXİV
FACEBOOK