ANA SƏHİFƏ / YAZARLAR

İpək kimi İsmayıllı

Mədəniyyət və Turizm Nazirliyinin "Sənətkarlıq Paytaxtı"na təşkil etdiyi infoturdan qeydlər

23912    |   2011-11-26 08:48
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yaşıllıqlar məskəni İsmayıllının qardan ağ dona büründüyü bir gündə ölkənin 15-dən çox aparıcı KİV-lərinin təmsilçiləri rayona toplaşmışdı. Əli qələmli, çiyini kameralı adamların eyni gündə İsmayıllıya "hücumu" nə ilə bağlı idi?
   
   Sualın cavabı Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayevdədi: "Mədəniyyət və Turizm Nazirliyi artıq iki ildir ki, "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" Proqramı həyata keçirir. Bu çox gərəkli layihənin əsas məqsədi Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, o cümlədən milli sənətkarlığın dəstəklənməsidi. Proqram çərçivəsində sənətkarlar məskəni olan İsmayıllı şəhəri "Azərbaycanın Sənətkarlıq Paytaxtı" elan olunub. Martın 3-də Muzey Mərkəzində keçirilən mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İsmayıllının "Azərbaycanın Sənətkarlıq Paytaxtı" seçilməsi ilə əlaqədar hazırlanmış xatirə kubokunu və diplomu rayon rəhbərliyinə təqdim etdi. Bununla da tədbirlərə start verildi. Təsdiq edilmiş illik tədbirlər planına uyğun olaraq təntənəli mərasimlər, ölkə və beynəlxalq səviyyəli elmi-praktiki konfranslar, dəyirmi masalar, konsertlər, müsabiqələr, festivallar, sərgilər, yarmarkalar keçirilir".
   
   Fikrət Babayevin sözlərinə görə, jurnalistlərin səfəri də nazirliyin təşkil etdiyi infoturla bağlıdı. Əsas məqsəd görülən işlərlə daha yaxından tanış olmaqdı.
   
   İsmayıllıya səfərimizdə Fikrət müəllim bizə təkcə dolğun informasiya vermədi, həm də yolboyu qayğımıza qaldı, diqqətini əsirgəmədi. Təkcə təcrübəli, işini peşəkarlıqla bilən məmur yox, həm də dəyərli ziyalı, maraqlı yol yoldaşı olduğunu bir daha sübut etdi.
   
   
   
   İsmayıllının yeni və şərəfli missiyası
   
   
   
   "Azərbaycanın Sənətkarlıq Paytaxtı" İsmayıllıya səfərimiz Heydər Əliyev Mərkəzində keçirilən görüşlə başladı. Əvvəlcə 2009-cu ildə istifadəyə verilən mərkəzlə yaxından tanış olduq. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov infoturda iştirak edən jurnalistlərlə Heydər Əliyev Mərkəzində görüşdü. İcra hakimiyyəti başçısının xasiyyətindəki sadəlik və səmimiyyət görüşə də öz təsirini göstərdi.
   
   Nizami Ələkbərov İsmayıllı rayonu haqqında ətraflı bilgi verdi: "İsmayıllının 274 min kvadrat kilometr ərazisi, 108 kəndi, 80 mindən çox əhalisi var. İsmayıllının heç bir kəndi bir-birinə bənzəmir. Dövlət başçısı İlham Əliyev cənablarının bütün ölkədə həyata keçirdiyi uğurlu abadlıq-quruculuq işləri bizim rayondan da yan keçə bilməzdi və keçməyib. Son illər İsmayıllı daha da gözəlləşib və abadlaşıb. Quruculuq işləri təkcə rayonun mərkəzində deyil, bütün kəndlərdə, o cümlədən qədim yaşayış məskənləri sayılan Lahıcda, Basqalda da aparılıb. İsmayıllının "Azərbaycanın Sənətkarlıq Paytaxtı" seçilməsi rayonun həyatında mühüm hadisədi. Rayonumuz yeni və şərəfli bir missiyanı həyata keçirməyə başlayıb. Fürsətdən istifadə edib Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə, xüsusən nazir cənab Əbülfəs Qarayevə minnətdarlığımı bildirirəm. Son illər İsmayıllıya gələn turistlərin də sayı nəzərəçarpacaq dərəcədə artıb. Lahıcı 35 min turist ziyarət edib. Ölkə başçısının xüsusi tapşırığı ilə Lahıca yeni yol çəkilir. Elə bilirəm ki, bu məsələ də turistlərin sayının artmasına gətirib çıxaracaq. Lahıcda otelin tikilməsi də nəzərdə tutulub".
   
   Rayonun mədəniyyət və turizm şöbəsinin müdiri Azər Abbasov İsmayıllının "Azərbaycanın Sənətkarlıq Paytaxtı" seçilməsindən sonra görülən işlər barədə qısa danışdı, planlaşdırılan tədbirlər haqqında məlumat verdi.
   
   Görüşdən sonra media mənsubları Rayon Mədəniyyət Sarayında Aşıq Ələsgərə həsr olunan "Sazlı, sözlü dünyam" adlı tədbirə tamaşa etdilər. İsmayıllının tanınmış aşıqları Yanvar Bədəlov, Elman Mehdiyev səhnədə gənc həmkarları ilə bacarıqlarını sərgilədilər. Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında gəzinti də yaddaqalan oldu. Yaponiyanın Azərbaycandakı səfirliyinin parkın ərazisində saldığı guşə diqqətimizi xüsusi çəkdi.
   
   1982-ci ildən fəaliyyətə başlayan Rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə də tanış olduq. Direktor İkram İsmayılov 2700 eksponatı olan muzey barədə ətraflı bilgi verdi. Muzeydə folklor qrupunun ifasında haput dilində ifa olunan mahnıları dinlədik.
   
   Xalq Yaradıcılığı klubunda isə Lahıcdan gələn sənətkarlar əl işlərini nümayiş etdirdilər. Lahıc dilində oxunan mahnılar marağımıza səbəb oldu.
   
   
   
   
   
   İvanovka- bir söz yetər
   
   
   
   Bu da əfsanəvi İvanovka kəndi. Bir zamanlar N.B.Nikitin idarə heyətinin sədri olduğu bu kəndi məşhurlaşdırmışdı. İndi kolxoz mərhum sədrin adını daşıyır. Yeri gəlmişkən, bugünkü gənclərə bir qədər qəribə gələn kolxoz quruluşu Azərbaycanda yalnız İvanovkada qalıb.
   
   Rahat asfalt yolu, abad küçələri ilə diqqət çəkən İvanovkada bizi yerli mətbəxin nümunələrinə qonaq etdilər. Kolxozun idarə heyətinin sədri Mixayıl Panferov ümummilli lider Heydər Əliyevin, ölkə rəhbəri İlham Əliyevin kəndə səfərlərini yüksək şövqlə xatırladı, kənd camaatına yaradılan şəraitdən ağızdolusu danışdı. Kənddə tikilən Mədəniyyət Sarayında isə bizi mahnı və rəqsə qonaq etdilər.
   
   
   
   Basqal - misqal-misqal
   
   
   
   Bu da qədim Basqal. Basqal Tarix Mədəniyyət Qoruğunun ərazisindəki İpək Muzeyinə tamaşa etdik. Tanınmış alim Rəna İbrahimbəyovanın yaratdığı bu muzey MDB məkanında yeganədi. Muzeydəki eksponatlardan məlum olur ki, Basqaldakı ipəkçiliklə bağlı İtaliyadan olan səyyah Marko Polo hələ 1293-cü ildə məlumat verib.
   
   Yerli ustaların toxuduğu ipək kələğayıların hazırlanması prosesini yaxından izləyə bildik. Bu məhsullar dünyanın müxtəlif ölkələrində nümayiş etdirilir.
   
   İsmayıllıya soyuq qış günüdə səfər etsək də insanların isti münasibəti havanın yaratdığı problemləri unutdurdu. İsmayıllı torpağının yetişdirdiyi böyük şair Musa Yaqubun sözləri lap yerinə düşdü:
   
   
   
   Ulduz tək üstümə səpələn, ey qar,
   
   Geydirdin əynimə ağappaq donu.
   
   Sənin ki, bu qədər təmizliyin var,
   
   Bağışlamaq olar soyuqluğunu.
   
   
   
   


YAZARIN ARXİVİ

2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (25%)
İşdə (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qubadlıda Qaçay müəllim və Azad müəllim birinci katibə Qaz İdarəsinin müdiri rəhmətlik Tahir Verdiyevdən şikayət edirlər ki, əşi, bir ədəbiyyat müəllimini gətirib Qaz idarəsinə müdir qoymusunuz, bəs bizdən yuxarıda yaşayan Mirzəxanın evinə qazı yaxşı verir, bizə isə çox zəif gəlir.
Katib Tahir müəllimi çağırır, soruşur ki, bu nə məsələdi? Tahir müəllim:
- Yoldaş katib, qaz yüngül olduğuna görə həmişə yuxarı qalxır. Mirzəxanın evi yuxarıda olduğuna görə ona qaz çox gedir, aşağıda yaşayanlara az gedir. Amma,vallah, gecələr Qaçay müəllimlə Azad müəllimin evinə gələn şeylərin heç yüzdə biri yazıq Mirzəxanın evinə gəlmir.




digər lətifələr
ARXİV
FACEBOOK