ANA SƏHİFƏ / YAZARLAR

SƏMİMİYYƏTİ VƏ ÖZÜNÜ YAZMAĞIN ANATOMİYASI

Vaqif Bəhmənli sözündə

44228    |   2015-05-20 18:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qarşımdakı təqvimə baxıram. İki gün qalıb. Amma bu iki günə qədər mən uzun bir yol keçib gəlmişəm. Az qala bir igidin ömrü qədər, bəlkə də çox. Amma zarafat deyil, 1981-ci ilin payızından başlanan həmin o yol döngələri, dolamaları arxada qoyub gəlib çıxıb zamanımıza. Özü də  gəlişi də maraqlı olub, o yolun yolçuluğu da. Şəxsən mən artıq uzunluğunu, yəni yaşını xatırlatdığım bu yolda zaman-zaman dayanıb fikirləşmişəm: nəyi necə edəcəyimi, sözümü, fikrimi necə çatdıracağımı, hətta onun mənə olan münasibətinə layiq olub-olmadığımı da...

Dövlət universitetinin tələbəsi idim. Tələbə olana qədər də o dövrün mətbu orqanları ilə əlaqə saxlayırdım, yazılarımı, şeirlərimi göndərirdim. Çap olanı olurdu, standart, yəni hər kəsə eyni formada verilən cavablar da. İndi də hərdən o sözbəsöz əzbərlədiyim cavabları xatırlayıb gülümsəyirəm. Görünür bu da zamanın bir yanaşması idi. Bütün qəzetlər ona məktub göndərən oxucuya, təbii ki, şeirinin, məqaləsinin çap olunmasını istəyən oxucuya bax belə cavab yazırdı:

- Sizin göndərdiyiniz məktubla tanış oldum. Ancaq  redaksiyanın tələblərini ödəmədiyi üçün çap edə bilməyəcəyik. Sizə yeni uğurlar arzu edirik...…

Və təbii ki, sonda da ya şöbə müdirinin, ya da məsul katibin imzası. Bu məktublardan mən də almışam. Əvvəldə dediyim kimi çap olunmayan yazılarıma görə, bunu bilərəkdən xatırladıram. Çünki indi barəsində yazdığım və iç dünyamda məhz həmin tarixdən qeydiyyata düşən Vaqif Bəhmənli həyatımda özəl yeri olan, özəl təsiri olan söz adamlarından, şəxsiyyətlərdən biridir...…

Təbii ki, mən Vaqif Bəhmənlini öncə mətbuatdan tanımışam. Məndən dörd yaş böyük olan Vaqif Bəhmənlinin o vaxtlar çap olunan şeirləri və ümumiyyətlə o dövrün ədəbi mühiti mənə məlum idi. Çünki mən də o mühitə daxil olmağa çalışırdım və bu səbəbdən də az qala ölkədə nəşr olunan bütün bədii nümunələri arayıb, axtarıb, tapıb oxuyurdum. Amma heç vaxt onunla yaxınlaşacağımı, onunla doğmalaşacağımı düşünməmişdim. Ona görə də bu doğmalığa, bu yaxınlaşmaya səbəbkar olan bir insana (mən onu halal və müqəddəs Kişi saymışam - Ə.M.) yəni mərhum Nəriman Zeynalova  bütün ömrüm boyu duaçıyam. Belə ki, universitetdə həyatıma daxil olan tələbə yoldaşlarım mənim üçün çox önəmlidi. Məhz həmin tələbə yoldaşlarımdan biri Nəriman müəllimin oğlu idi. Artıq bir-birimizə qaynayıb qarışmışdıq. Günlərin birində həmin tələbə yoldaşım bildirdi ki, evdə atama sənin barəndə danışmışam. Gözləyəcək, yazılarını apar, şəxsən özünə təqdim et.

Doğrusu, içimdə həm sevinc, həm də tərəddüd hissi baş qaldırdı. Elə həmin o hisslərin aurasında üz tutdum "Sovet kəndi" qəzetinə. Redaksiyanın qapısını döydüm və baş redaktorun katibəsinə kimliyimi, hardan gəldiyimi söylədim. Bir neçə dəqiqədən sonra məni içəri dəvət etdilər. O nurlu insan oturduğu yerdən qalxıb əlini mənə tərəf uzatdı. Tam səmimiyyətlə deyim ki, bu,  həyatımda mənə tərəf uzanmış ən müqəddəs, ən xeyirxah, ən isti əllərdən biri idi. Ona qədər mənə "Təşviqatçı" jurnalının baş redaktorunun əlini sıxmaq nəsib  olmuşdu. Bu dəfə isə Nəriman Zeynalovla əl görüşürdüm.

Göstərdiyi yerdə əyləşdim. Bir az dərslərimi soruşdu, ailə vəziyyətimlə maraqlandı... Sonra katibəyə dedi ki, Vaqif Bəhmənlini çağır. Bir azdan Vaqif müəllim içəri daxil oldu. Mən ilk dəfə şəklindən tanıdığım Vaqif Bəhmənli ilə baş redaktor Nəriman Zeynalovun otağında əl verib görüşdüm. Nəriman müəllim bircə kəlmə söz dedi:

- Oğlumun tələbə yoldaşıdı, sənin də həmyerlindi. Yazılarına bax, uyğun bilsən, bu oğlana həmişə kömək et!

Məhz o tapşırıqdan, o doğmalıqdan sonra Vaqif Bəhmənliylə bir növü yaradıcılıq əlaqələri başlandı. Şeirlərim də çap olundu, hətta redaksiyanın tapşırığı ilə yazdığım yazılar da. Tələbə üçün aldığı qonorarın necə bir şirinlik, necə göydəndüşmə olduğunu yəqin yazı-pozu adamları bilir. Mənə bu şirinliyi bəxş edənlərdən biri də məhz Vaqif Bəhmənli idi.

Aylar, illər bir-birini əvəz edirdi. Artıq Vaqif Bəhmənli ilə o qədər doğmalaşmışdım ki, günlərin birində onu ərklə Tuğa dəvət etdim - yəni kəndimizə, ata evimizə. Söz verdi və sözünə də əməl etdi. Yay tətilinə getmişdim, bir də  gördüm ki, qonşumun uşağı məni səsləyir. Çəpərdən boylandım və onların yanında Vaqif Bəhmənlini, Umud Rəhimoğlunu və eləcə də  orda tanış olduğum digər insanları gördüm.  Məhz həmin an bir daha inandım ki, Vaqif müəllim necə deyərlər, sözünün ağasıdı. Təbii ki, kənd yerində Bakı restoranlarının süfrəsini açmaq mümkün deyil. Biz sadəcə olaraq kasıbın olanından, bir tikə çörək kəsdik, bir stəkan çay içdik. Və burada həmin məqamı təkrar vurğulamağımın əsas mahiyyəti məhz sözünə sahib çıxmaqdı. Baxma, bir tələbənin, özü də ucqar dağ kəndində yaşayan tələbənin ata ocağına Bakıdan sayılan-seçilən qonağın gəlməsi özü-özlüyündə az qala bir hadisə idi, özü də böyük hadisə. O vaxta qədər bu evdə Seyran Səxavət, Çingiz Əlioğlu, Nüsrət Kəsəmənli, Nadir Cabbarov, Hüseyn Arif, Əhəd Muxtar, Tofiq Bayram və daha kimlər, kimlər olubdu...…

Tələbəlik illəri davam edir və mənim də həyatımda Vaqif Bəhmənlinin yeri, mənə əl uzadıb dayaq durmaq kimi görünən, amma əslində isə məhz əlimdən tutub irəliyə aparması heç kimin duymadığı, hiss etmədiyi bir axarla gedirdi. Məhz o axarın içərsinidə yazılarımın da, şeirlərimin də püxtələşdiyi, özüm üçün hər gün hiss olunur, görünür və mən də bundan ruhlanaraq özümdə bir cəsarət tapıb Vaqif müəllimdən işıq üzü görəcək növbəti kitabıma ön sözü yazmağı xahiş etdim.  Amma bu gün, bu yazıda etiraf edim ki, mən o xahişi edəndən sonra daxilən özümü silkələdim. Mənə elə gəldi ki, bu ricamda tələsmişəm. Ola bilsin ki, Vaqif müəllim hardasa özü-özünü məcbur edib nəyinsə xatirinə mənə razılıq verdi. Həmin hissi də Vaqif Bəhmənlinin mənə təqdim etdiyi  və alıb oxuduğum ana qədər içimdə daşıdım. Təqribən bir həftə - on gün sonra Vaqif müəllim ona təqdim etdiyim "Nişanə" kitabımın əl yazısı ilə birlikdə mənə özünün ön sözünü də verdi. Öz yanında utandığımdan, sıxıldığımdan açıb baxmadım. Otaqdan dəhlizə çıxan kimi əlimdəki qovluğu açdım və elə pəncərənin önündəcə Vaqif müəllimin yazdığı ön sözün başlığını oxudum. Vaqif Bəhmənli yazmışdı:

- NAMUSLU SÖZÜN NİŞANƏSİ!

Bəli, bu, Vaqif Bəhmənlinin mənə həm də xeyir-duası idi. Mən həmin o xeyir-duanı bu gün də üzərimdə hiss edirəm. Çünki namuslu sözün məsuliyyəti dağdan ağırdı!..

Artıq arxada qalan bu illərdə mən Vaqif Bəhmənlinin həm oxucusu, həm yaxını, həm də həmkarı kimi onu daha yaxından izləyə bilmişəm. Demək olar ki, həm o illərin, həm də bu zamanın dövrü mətbuatında çap olunan bütün publisist yazılarını, xüsusilə Azərbaycan təbiəti ilə, Ceyrançöl qoruğu ilə bağlı, həmçinin Azərbaycanın qabaqcıl əmək adamları ilə bağlı silsilə yazılarını sevə-sevə oxumuşam və bu gün də oxuyuram.

Mənim kitab rəfimdə Vaqif Bəhmənlinin şeir çələngləri xüsusi bir yer tutur. Mən bu şeirlərin içərisində  səmimiyyətin və bir də özünü yazmağın az qala anatomiyasını görmüşəm və indi də görürəm. Çünki Vaqif müəllim özünün ağır uşaqlığından qaynaqlanıb ana, baba sevgisiylə cilalanan həyatının bütün nöqtələrini  özü kimi, öz halallığı kimi, öz rahat, həzin, həm də bir az adamı kövrəldən səsi və nəfəsi ilə misralara çevirib. Oxuyanda pafosu yox, gerçəyi görürsən. Öz uşaqlığında yaşadığını bu gün ona təkrar yaşadan nəvəsinin timsalında  izləyəndə bir ömrün kompleksi gəlib durur göz önündə. Zənnimcə bu, Vaqif Bəhmənli ilə mənim kimi oxucu arasında bir işıq yandırır - izahsız, lüğətsiz bir işıq. Üzbəüz oturub dinləyirsən. Vaqif Bəhmənli danışır. Elə efirdə də eyni bir mənzərədi. Vaqif Bəhmənli qonağı olduğu bütün verilişlərdə özündən, öz həyatından, öz içindən danışır. Bu da elə hər şey deməkdi. Zənnimcə, şairlə oxucunun dost olması üçün bu ən yaxşı üsul, ən yaxşı ölçü göstəricisidi.

Mən Vaqif Bəhmənlinin son illərdə işıq üzü görən bir kitabını demək olar ki, hər gün oxuyuram. Kitabın adı "Hamı"dı. Mən "Hamı"da məni, səni, bizi, onu, onları, hamımızı gördüm və bu gördüklərimin hamısı bu gün də yanımdadı. Ətrafımda, qarşımda, sözümdə, söhbətimdə, yazılarımda, bir sözlə, iç dünyamdadı. Onları mənim iç dünyama tuşlayan insan da təbii ki, məhz mənim iç dünyamda oturub onları qarşılayır. Bu qarşılayan da Vaqif Bəhmənlidi. Mən də Vaqif Bəhmənlini qarşılayıram, özü də böyük ürəklə. Çünki iki gündən sonra Vaqif müəllim bu dünyamıza 60 yaşlı bir Kişi kimi qədəm qoyacaq. Deməli, bu 60 yaşdan 34-ü mənim payıma düşür. Çünki 34-nün müəyyən anlarında mən də olmuşam. Yəqin ki, o 34-ün mən yaşayan hissəsində problem olmayıb. Elə həmin o problemsiz, yəni hər şeyin yerli-yerində olduğu zamana ayrılan vaxta görə Vaqif müəllimə təşəkkür edirəm. Üstəlik, 60 yaşın mübarək olsun! - deyirəm. Həm bir oxucu kimi, həm də iç dünyamın adamları sırasında öz yeri olan bir Kişi kimi.

P.S. Mən "İçimdə olan adamlar" silsiləmdə həyatımın həm də müxtəlif anlarını qeydə alıram, diqqətə çatdırıram. Düşünürəm ki, bu həm də bir mənəvi borcdu. Amma Vaqif müəllimin adına yazdığım bu yazı heç də onun yubileyi ilə, doğum günü ilə bağlı düşünülmüş, əvvəldən hazırlanmış yazı deyil. Bu, sadəcə bir təsadüfdü. Yəni Vaqif müəllimlə bağlı olan yazım məhz bu tarixə təyin olunubmuş. Özü də bütün yazıları, yəni qismətləri, alın yazılarını, həyat yazılarını yazan o Uca varlıq tərəfindən. O Uca olan  heç vaxt yaxşıları unutmasın və inanıram ki, unutmur! 

Əbülfət MƏDƏTOĞLU



İmza:

YAZARIN ARXİVİ

2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-09-22
2018-09-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi restorana gəlir və ofisianta deyir:
- Mənə 12 qədəh araq gətirin.
Ofisiant gətirir.
- İndi isə xahiş edirəm, birinci və axırıncı qədəhləri götürün.
- Niyə ki?
- Bilirsinizmi, birinci pis gedir, axırıncıda isə mən dəli oluram.




digər lətifələr
ARXİV
FACEBOOK