viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri hacklink Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | MƏN GEDƏSİ OLDUM... Adalet.az | MƏN GEDƏSİ OLDUM... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

MƏN GEDƏSİ OLDUM...

19277    |   2010-10-09 06:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu yağışa nə olub belə?! Xəlvət-xəlvət, qorxa-qorxa yağır. Damcılar da pəncərə şüşələrindən elə ürəksiz-ürəksiz süzülür ki, elə bil, ev yiyəsindən ehtiyat eləyir. Tez də diyirlənib gedir. İzi qalır tozlu şüşələrdə. Qatar dalınca yaylıq yelləyən gözəlin islaq yanaqları kimi parıldaya bilmir şüşələr. Hələ yuyulmalıdı, hələ arınmalıdı...
   
   Hələ bu yağış çox yağmalıdı...
   
   Amma gərək yoxdu buna. Çox yağacaq, çox da xatirələr oyadacaq. Beynimin, qəlbimin cidd-cəhdlə ötən günlərə, olmuşlara qıfıl vurub hər şeyi unutmaq istəyini yenə ürəyimdə qoyacaq bu yağış... Yenə çözələnəcək xatirələr, oyanacaq duyğular. Mənsə istəmirəm. "Yaddaş" deyilən şeydən qaçmaq istəyirəm. Əzab verir, ağrıdır məni. Heç nəyi saxlaya, ömrünü uzada, özümlə gətirə bilmədim bü günümə. Nə sevgilərimi, nə yaşantılarımı...
   
   Yaddaşı dolu, qəlbi boş vücuddan qorxuram mən...
   
   ***
   
   Şəhərin bu günkü yağışı lap qüssəli, lap darıxdırıcıdı. Həm də adamı tez üşüdür. Hələ payızın ilk günləri olsa da... Əslində, nəyi istidi ki, bu şəhərin?! Və nə vaxtsa isti olubmu?! Mən oddan-ocaqdan qalxan istidən danışmıram. Ürəklərdən gələn, baxışlardan süzülən, tövrlərdən tökülən ilıqlığın, istiliyin acı, tamarzısı olmuşam həmişə. Onda da, indi də... Avtobusların basabasında səni darısqallığın səbəbkarı sayanların turş sifətlərini, soyuq baxışlarını təngənəfəs auditoriyalara daşıyardıq içimizdə. Elə müəllimlərin də baxışında tələbələr iki yerə bölünmüşdü zatən. Yerlilər və gəlmələr. (Hələ içlərində nə qədər bölgüləri vardı- onu bir özləri, bir də Allahları bilirdi). Dərsə gecikməyin qorxusundan ac-acına evdən çıxanda, günortaya bir stəkan kakao ilə bir bulkanı yeyib birbaşa universitetin kitabxanasına yollananda, saat 6-ya kimi oxu zalının kif iyi vuran nəm havasını udanda elə bilirdim ki,... Nə bilirdim? Əslində heç nə! İndii anladığımın (elə indii də çox şeylərdən baş aça bilmirəm) yüzdə, mində birini duysaydım o günlərdə...Heyf! İtirilmiş ömür-gün də elə ölüm kimidi. Çarəsi yoxdu. Geriyə yolu olmayan karvandı. Ən bədbəxt kamikadzelər də elə cavanlığının, sağlamlığının qədrini bilməyənlər, heç bir həyati əsası olmayan, saxta ideallara uyub bu yüksək, əvəzsiz Tanrı nemətlərini boşuna xərcləyənlərdi...
   
   ***
   
   Onda səndə ən çox sevdiyim küləklərindi. Bilmirdim, gilavarın hansıdı, gicavarın hansı. Sadəcə sevirdim. Bütün sevənlər kimi. Sevgi elə belə də olur. Düşünmədən, ayırmadan, seçmədən sevirsən...
   
   Sənsə ayırırdın, Bakı! Yadlara-doğmalara, yerlilərə-gəlmələrə... Onda yaşadığım məkan belə qalınlıq deyildi. Bu qədər hündür, insanı qarışqaya, cücüyə bənzədəcək, buludların axınında indicə başına uçacaq kimi görünən, kompüter şəkillərindən seçilməyən zövqsüz binaların yox idi hələ. Çox zaman piyada qalxıb-enməyə məcbur olduğum eniş-yoxuşlarında paltarımın ətəyini güclə tutub saxlayırdım. Gözlərimə, boyun-boğazıma, saçlarımın dibinə belə qum dolurdu... İndi küləklərin də azalıb. Ucqarlarında heç dəniz havası da gəlmir adamın burnuna...
   
   Amma... deyəsən, onda indikindən azca da olsa, mehribandın, axı... Yoxsa, onu da biz gəlmələr gətirmişdik, gərək olanda bir-birimizi ovutmaqçın...
   
   Hə, yadımda bir küləklərin qalıb, bir də... Bir də trolleybusda cəmi bir dəfə gördüyüm ucaboylu oğlanın işıqlı qara gözləri. O qara gözlərin istisi olmasaydı, yəqin ki, beş ildə donacaqdım sənin qoynunda. Uzun illər sonra o baxışların oxşarını tapdım. Tapdım və itirdim. ( Bu həyatda mənimçin daimi olan bir şey varmı, görəsən? Bundan sonra, çətin ki,...)
   
    Yağışların da elə etibarsız idi. Sevgilərin kimi. Nə başlandığı bilinirdi, nə də bitdiyi. Damcıları yerə düşəndə torpaq ətri qalxmırdı havaya. İslanmağa macal tapmamış quruyurdu hər şey.Şimşəklərin də qorxaq idi. Öz qəlblərinə, sevgilərinə inanmayan oğlanların kimi. Uzaqlarda, dənizin üstündə çaxırdılar. Nə işığı gəlirdi, nə də səsi. Bomboz buludlar udurdu onları. Yağışların aldadırdı bizi. Evdən çətirsiz çıxıb sinifə cücə kimi islanmış girirdik. Onsuz da düz olan saçlarımı gün boyu qaydaya sala bilmirdim. Belə görməmişdim, axı. Kənddə yağışın iyini dünəndən bilirdik. Nə uzaq üfüqlərdə sallanan buludların vardı, nə də yağışdan qabaq civildəşə-civildəşə havada vurnuxub xəbər verən quşların...
   
   Amma özünü çəkirdin. Məsum uşaqların qabağında "şəhərəm" deyə. Nə olsun? Mənə sənin istin, sevgin lazım idi. Onun dalınca gəlmişdim. Gəlmişdim nədi, qanadlanıb uçmuşdum. Elə bilirsən, kəndimizdən ayrılmaq asan idi?! Başqa, fərqli, xəyalımda qurduğum dünyanın eşqinə üz tutmuşdum Sənə... Tapmadım. Hələ də tapmamışam. Sənin günahın deyil bu. Heç yanda yoxdu o Dünya...
   
   ***
   
   Səninlə qürur duyuram. Özüm də bilmirəm niyə. Yəqin instinktivdi. Amma üşüyürəm qoynunda. Böyüdükcə soyuyursan. Yəqin dünyanın bütün iri şəhərləri belədi. Sən də getdikcə oxşayırsan. Şəhərlər böyüdükcə adamları xırdalaşır. Yəqin, bu da təbiidi...
   
   Bilirəm, düşündüklərimdən, yazdıqlarımdan incimirsən. Çünki onlardan xəbərin yoxdu. Məni tanımırsan, axı. Daha doğrusu, saymırsan məni. Tofiq abiyə baxma, mənim səninlə tanış olmaq fikrim yoxdu. Heç onda da əl uzatmadım sənə. Çünki sən böyüksən, ilk olaraq böyüklər əl uzatmalıdı.
   
   Nəfəsin düşmürdü mənə. Tez-tez xəstələnirdim. Bu səbəbdən dönə bilmədim Sənə. Qorxdum. Soyuqluğundan qorxdum...
   
   Səndən ayrılalı çox darıxmadım. Tez unutdum səni. (Mən də etibarsız olmağı bacarıram ey). Nəyim qalmışdı ki, Səndə? Özümlə də heç nə götürə bilmədim. Bir mahnını çox sevirdim. Oxunanda dəli olurdum. (Elə indi də oluram). "Bakı, sabahın xeyir!" Sonra anladım, darıxdığım səndən ötrü deyil, Yalçının səsindən ötrüymüş...
   
   Niyə sevmədin məni?! Özünə bağlamadın! Hər şeyin təbii olmasını istəyirəm mən. Tanışlıqların da, sevgilərin də. Zorən məhəbbət olmur. Arzulanan olmaq istəmişəm həmişə. Elə səndən ötrü də. Niyə bağlamadın məni özünə?! Niyə boşaltdın qollarını, niyə buraxdın ağuşundan?! Hər şey başqa cür olardı bəlkə... Mən avam, təcrübəsiz oldum, bəs sən?! Sən ki, çox görmüşdün mənim kimilərini...Bəlkə istəmədin məni? Ürəyinə yatmadım yoxsa? Onda, bağışla! Ərkimi də, gileylərimi də bağışla!
   
   ***
   
   Mənə nə var ki,... Dərd səninkidi. Bir dağ yamacı, bir bulaq başı, lap elə qızmar aranın göbəyindi arx qırağında bitən bir söyüd ağacı da paytaxtım ola bilər. Nə qədər eninə, uzununa böyüsən də, Özün ola bilmirsən. Hələ Ana dilində danışmırsan. İyirmi ildə mili kimliyini təsdiqləyə bilmirsən. Eh, bir məktəbli geyimində belə qərarlı deyilsən... Şorgöz küçələrin, acgöz marketlərin sümürür adamı. Özünə hopdurmaqdan ötrü əldən-ayaqdan gedir. Nə aldığınla nə verdiyinin fərqində deyilsən. Adamı özü olmağa qoymursan....Sənin əyri-köndələn küçələrində belini əymədən, boynunu qısmadan yerimək mümkün deyil...
   
   Mən gedəsi oldum...
   
   ***
   
   Sözün düzünü sona saxlayarlar həmişə. Heç nəyə baxmayaraq, hara getsəm, harada olsam... sevirəm Səni. Hələ-hələ etiraf edən deyiləm mən. Qəribə sevgidi, deyilmi? Əslində, yox! Adam elə sevdiyinin yanında həmişə qalmaq istəmir. Bezməməkçin. Bezdirməməkçin. Özünü və sevdiyini sınamaqçın. Uzaqdan-uzağa şirin olur sevgilər...
   
   Əlçatmaz olan hər şeyin gözəl olduğu kimi...


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-07-20
2019-07-19
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK