warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | KİBRİT FALI Adalet.az | KİBRİT FALI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

KİBRİT FALI

25566    |   2010-08-21 04:50
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


   
   ...Adamı qoymurlar rahat yaşamağa. Qoymurlar ki, başını aldadıb sakitləşdirdiyin, məcrasını, axarını azdırdığın duyğularını, həyəcanlarını aldada-aldada bir qədər də yaşayasan, ruhunla bacarmadınsa, heç olmasa, cismini sürüyə-sürüyə yolun sonuna çatasan. Bir zamanlar məsumcasına şirinliyinə, sevgilərinə, həzz və zövqlərinin əbədiliyinə inandığın bu dünyaya küskünlüyünü bir qırağa qoyub açılan sabahları, düşən axşamları şükranlıqla qarşılayasan. Öz-özünə: axı, mən canımı bu həsrətdən, bu intizardan güclə qurtarmışdım, deyirsən. Yenə çökdü sinəmə, "istəsən də, istəməsən də, gözləsən də, gözləməsən də, mən gəldim" deyə-deyə. Daha məndən yaxanı qurtara bilməzsən. Əksinə, innən belə mənə daha çox ehtiyacın olacaq. Şirin yalanların, gözqamaşdıran gözəlliklərin səndən üz çevirdiyi ömrün bu çağında həmişəkindən daha artıq lazımam sənə. Üz çevirmə, qovma məni. Axı, xatirələrin nə ziyanı var?! Canındakı ağrıları götürür, ruhunu sakitləşdirir, təzə nəfəs verir sənə. Düşün ki, nə yaxşı o günləri yaşamısan. Nə yaxşı ki, yaddaşında qalıb o yaşadıqların. Bilirsən niyə yandırır səni o günlərin xatirələri? Çünki nəticə sən istədiyin kimi olmadı. Gölməçələrdən əllə balıq tutan uşaq kimi sevincin ani oldu. Çox ani! Təzə-təzə yaraların isti oldu, cavan qəlbin təsəllini tez tapdı, ürəyindəki çapıq da tez bitişdi. Aşıb-daşan inamın, bitib-tükənməyən ümidlərin hər şeyin üstünü örtdü. Dünyanın axırı deyil ki, dedin. Hələ indii yaşamağa başlayıram. Hələ qarşıma o qədər şeylər çıxacaq ki,... Çıxdı da. Oxşarı da oldu, fərqlisi də. Sənsə dəyişmədin. Dəyişə də bilməzdin. Sənlik heç nə yoxdu. Bu sənin taleyindi! Dünyaya gələndə səninlə birgə doğulan taleyin! Nə özünü qına, nə başqalarını. Hələ heç kəs nəyisə dəyişə bilməyib. Nə qullar və fironlar, nə əsgərlər və sərkərdələr, nə də dəlilər və filosoflar. Səndən əvvəl də belə olub, səndən sonra da belə olacaq...
   
   Bu filmin elə adından həsrət, kədər, peşimançılıq tökülür. Geriyə qaytarılması mümkün olmayan yaşantıların sonsuz ağrı-acısı var bu filmdə. "Gün keçdi"! Cəmi iki söz, cəmi bir bəsit cümlə. Ancaq o qədər ağır, tutumludu ki,.. Nə baxmaq istəyirsən, nə də gözünü ekrandan yayındıra bilirsən. Bir də görürsən ki, film qurtarıb, sənsə hələ yerindən qımıldanmırsan. O qədər dərin düşüncələrə dalmısan ki,... Əslində, elə filmə baxa-baxa da düşünürdün. Artıq əzbər bildiyin dialoqları qulaqlarınla deyil, ürəyinlə eşidirdin. Hər şey necə də düzdü, təbiidi. Mənimlə də belə olub, filankəslə də, tanıdığım neçə-neçə başqasıyla da. Neçəmiz utanıb ürəyimizi açmadıq. Bəlkə tezdi, hələ zamanı deyil, deyə düşündük. Neçəmiz intizarında olduğumuz sevgi etirafını gözləyə-gözləyə istəmədiyimizə ərə getdik. Neçəmiz "yox" əvəzinə "hə" dedik. Nə günahkar axtardıq, nə üsyan elədik. Cavabsız sevgilərimizin acığına bəxtəvər görüntüsü aldıq. Qəlbimizi ovundurmaqçın istəmədiyimiz şeylərlə başımızı qatdıq. Əvvəl-əvvəl xatirələrdən də qorxduq, qorunduq. Özümüzü haqlı saydığımız günlərimiz də oldu. Ta ki, vaxt yetişib xatirələr qılıncını sıyıranacan...
   
   
   
   ***
   
   Yenə uşaqlığımı, sevgilərimi yada saldı bu film. Əslində, mən heç böyümədim ki,...Elə uşaq olaraq qaldım. Həmişə dünyanın bütün gözəlliklərini ağzı aralı, gözləri böyümüş seyr elədim. Sevgilərinə inandım. Özüm də sevdim.. Doğmanı da, yadı da. Yaxını da, uzağı da. Günəşi, Ayı, ulduzları, küləyi, yağışı, quşların nəğməsini, yarpaqların pıçıltısını, suların şırıltısını, çiçəklərin ətrini sevdim. Elə belə yox, gözümlə, qəlbimlə, canımla sevdim. Qorumağa, artırmağa çalışdım. Mənim sevdiklərimi hamının da sevməsini istədim. Baxışlarda sevgi, ürəklərdə isti, dodaqlarda təbəssüm, ünsiyyətdə şirinlik axtardım. Özümün də sevildiyimə inandım.Tapdım-itirdim, inandım-aldandım, sevdim-unuduldum, sevindim-ağladım. Dünyanın bütün gözəlliklərini gözümə, könlümə yığmaq istədim. Yığdım da. Sonra da paylaşmaq istədim. Hes kəs yaxın durmadı. Kimsəyə gərək deyilmiş sanki. Pisliklərə sinəmi verdim, kürəyimdən vurdular. Ağladım, "niyə gülmürsən?" dedilər. Güldüm, ağlamamağımı başıma qaxınc elədilər. Bilmədim, nə edim? Hansından olum? Özüm oldum! Tək qaldım...
   
   Amma.... Bədbəxtlikdən sağımdakı da böyüdü, solumdakı da. Sözəbaxan, sözgötürən oldular. Gərəklilərə üzdə "baş üstə" deyib dalısınca söydülər. İstədiklərinə də çatdılar. Ailədə də, cəmiyyətdə də...
   
   Yaxşı ki, hamımız belə olmadıq. Dünyaya sığmayan sevgilərimizi bir kibrit qutusuna sığışdırıb ondan sehr, möcüzə gözləyənlərimiz də oldu. Əsmər kimi.... Axtarsan, elə çoxumuzun qoynunda-qoltuğunda belə "sehrli qutu"lar olub. Tələbəlikdə rəfiqəm mənə kibrit çöpləriynən fala baxmağı öyrətmişdi. Qutudakı bütün çöpləri stolun üstünə töküb, sonra bir qədərini götürürsən. Götürdüklərini kvadrat şəklində bir-birinin ucuna düzürsən. Axırdakı kvadratın ağzı açıq qalarsa, deməli, sənin də ürəyində tutduğun niyyətinə gedən yolun açıqdı. İlahi, necə inanırdıq, necə sevinib-kədərlənirdik, zövq alırdıq. Hamısı da boş-boşuna. Taleyin qələmi isə öz işindəydi. Yazdığını yazırdı. Bizdən xəbərsiz ağlımıza da gəlməyən, yuxularımıza da girməyən görəcəkli günlər yazırdı bizə fələklərin gərdişi...
   
   Oqtay niyə o zaman Əsmərin gözlədiyi sözü demədi? Elə Əsmər də o boyda uzaq yolu gəlsə də həmin sözü necə gözlədiyini indii də dilinə gətirmək fikrində deyil. İkisi də öz aləmindədi. Yanaşı gəzsələr də, dilləri bir söz deyir, ürəkləri bir söz, gözləri isə tamam başqa bir söz ...Xatirələrsə öz işindədi...
   
   Yanımızda yatan kimdi
   
   Yuxumuza girən kim...
   
   
   
   Adam elə bilir Ramiz Rövşən bu filmə baxandan sonra həmin ağrılı misranı yazıb...
   
   Əsmər xoşbəxt ailəli qadın obrazını yaratmağa çalışsa da, nə Oqtayı, nə də tamaşaçını buna inandıra bilmir. Belə isə bəs, məqsəd nədir? Bəlkə elə ürəksiz yaşamağımıza aparıb çıxaran bütün bəlalar xarakterimizdəki bu eqodan başlanır?! Özün inanmadığın şeyə başqalarını inandırmaq fikrinə düşməyə səni nə vadar edir?! Ah... Kaş insanlar hər şeyi olmasa da, çox şeyi olduğu kimi danışa bilmək gücündə olsaydılar... Bu, əsl xoşbəxtlik olmazdımı?! Qəlbin boşalması, ruhun sakitləşməsi, adamların səni anladığını duymaq hər şeydən önəmlidi. Amma... get-gedə daha çox uzaqlaşırıq əsl etiraflardan, ürəkdən gələn söz-söhbətlərdən. Əgər etiraf edən adam həmin anda güzgüdə özünü görə bilsəydi, çöhrəsinin necə gözəl, işıqlı olduğuna özü də heyran qalardı. Səmimi olmayan etiraflar necə də eybəcərləşdirir bizi...
   
   Oqtay daha sakit, soyuqqanlı görünür. Bəlkə o, heç sevməyib Əsməri?! Bunu kimsə Əsmərin qulağına pıçıldaya bilsəydi, dünyanın ən böyük günahını qazanardı bəlkə...
   
   İnsan ömrü də elə evlərin, yolların, küçələrin ömrünə bənzəyir. Amma təzə olan hər şey xatirələrin qənimidi. Yaddaşı incidir. Asfalt yolla yerimək daha rahatdı, amma iz saxlamır. Torpaq yolla kimin hara getdiyini bilmək çox asandı. Heç hava yollarında da iz qalmır. Elə Əsmərin də Bakıya gəlib-getdiyini kimsə bilməyəcəkdi. Üstəlik, o, həm də kamikadze idi, axı. Geri dönməkçin təyyarəsinə yanacaq doldurulmayan yapon təyyarəçisi. Bir də geri dönməyəcəyini bilə-bilə ölümün üstünə gedən döyüşçü. Əsmər də Bakıya bundan ötrü gəlmişdi. Öz xatirələrini biryolluq doğma şəhərin qədim küçələrində gömməkçin, həm də bir daha Oqtayın həyatına qayıtmamaqçın. Bacardımı?!
   
   Bunu hər kəs öz ürəyindən soruşsun...


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-05-18
2019-05-17
16:07 CAZİBƏ


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (71.43%)
"Qəbələ" (14.29%)
"Sumqayıt" (7.14%)
"Zirə" (7.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

- Xanım, sizin sumkanızın ağzı açıqdır!

- Oy, sağ olun! Yaxşı ki, sizin kimi adamlar hələ ki, vardır. Başqası olsaydı indi pulu götürüb qaçmışdı.

- Yaxşı görək sən də, 2 manat 50 qəpik nə puldu ki?





digər lətifələr
ARXİV
FACEBOOK