Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | TƏSBEH KİMİN ƏLİNDƏDİR? Adalet.az | TƏSBEH KİMİN ƏLİNDƏDİR? Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

TƏSBEH KİMİN ƏLİNDƏDİR?

14057    |   2009-12-05 04:17
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu sabah yerimdən qalxanda içimdə qəribə ağırlıq hiss etdim. Bir gecədə çəkimmi artdı, gücümmü azaldı, yuxummu qarışdı, heç onu da doğru-dürüst bilmədim.
   
   Səhərin alatoranında mənim üçün ən rahat yer sandığım yazı masamın arxasında əyləşdim. İnternetin köməyi ilə qoca dünyadan az-çox hal-əhval tutub, gündəlik qayğı selimin axarına baş vurdum. Bu sahildən o sahilə uzaqlaşmaq istədim. O sahilə ki, orda biganəlik yağışları leysan təki göydən ələnmir, qışın oğlan çağında xəcalət tərindən gözlərin sussa da, kürəyin yaşlanıb qamətin əyilmir. Üzməyi bacarmayanlar həmişə sudan ehtiyatlanar. Onlar sürətlə axan dağ çaylarına, dalğaları şaxə qalxan dənizlərə baş vurmaq sevdasından vaz keçib, bir an belə bir yerdə hərəkətsiz qalmayan təmizlik, şəffaflıq rəmzi kimi görünən suya tamaşa edər, arzularında canlanan o mübarək sahilə doğru xəyalən üzər. Nə yazıq ki, xəyallarımın sınmış qanadlarında buna da güc qalmadı. Nə yaxşı ki, minbir dərddən qəm-qüssəli, əzab-əziyyətdən yaralı qəlbim çat versə də param-parça olmadı... Bu bədbinlik toruna məni nə vaxt, necə və kim saldı, heç özüm də bilmədim. Bəlkə ona görə ki, bu haqda heç düşünmədim? İndi də baş sındırıb buna cavab axtarmıram. Məni düşündürən başqa şeydir, tordan necə azad olmaq!
   
   Hər havaya oynamağı bacarmıram. Hər iqlimə uyğunlaşmaq niyyətim də yoxdur. Səyahət etməyi xoşlasam, amma bir dəfə seçdiyim sahili heç nəyə dəyişmərəm. Özüm kimi, düşüncəm, əqidəm, qəlbim, əxlaqım da bir sahildə yurd salıb. Bunu özüm üçün böyük şücaət saymıram. Bu ali keyfiyyəti Tanrının verdiyi ömür payının duzu-istiotu bilirəm. Bir insan ömrünü hər kəsin bir dəfə yaşadığını bilə-bilə, min cür oyundan çıxa-çıxa yaşamağın anlamını başa düşə bilmirəm. Hərə özünə bir yol seçib getsə də, ya tez, ya gec eyni ünvana çatacağını niyə unudur? On otaqlı mənzili olanın da, çoxuşaqlı ailəsiylə bir otağa sığışanın da son mənzili eyni deyilmi?
   
   
   
   ***
   
   
   
   Bir xəbər saytında bütün xəstəliklərə əlac olan dava-dərmaların İsraildə olduğu yazılmışdı. Canındakı ağır mərəzini, cibindəki çoxlaylı diri pullarını Ölü dənizin sahilindəki müalicəxanaya aparıb yatırsan, tədavi görüb sağ-salamat ev-eşiyinə qayıdacaqsan. Amma şirnikləndirici xəbərdən sevincək düşüb yelkənli gəminin lövbərini qaldırmağa tələsmə. Monitorun önündə beynimə bir yığın sual dəldi. Soruşan gərək ki, hara gedirsən, ay bədbəxt ? İsrail Fələstinə ara-sıra mərmi payı göndərəndə, ərəblər də onlara borclu qalmır, axı. Mən hələ hər an od püskürməyə hazır olan yatmış vulkana bənzər İranı demirəm. Neçə vaxtdır Amerikayla, İsraillə aralarında söz-söhbət savaşları səngimək bilmir. Siyasət aləmindəki böyük şəxsiyyət qıtlığında meydana çıxan yeni liderlərdən heç biri qabağından yemək istəmir. Hamını yerindən oynadan, hər birini öz nəzərində böyüdüb, dünyanı kiçildənsə başı-bəlalı nüvə silahıdır, daha da varlanmaq tamahı, böyümək iştahıdır. Yenə "asaram", "kəsərəm" hədə-qorxusu ilə ölkələrdən bac-xərac yığmaq istəyənlər yaxın-uzaq məsafədən insanların hövsələsini daraldıb, qarnının əvəzinə qulağını doyururlar. Torpaqlardan zəbt etməkdən öncə insanların könlünü bulandırmağın, ümidini qırmağın yeni yollarını axtarırlar. Özgə sərvətini hərraca qoyub öz malı tək bazarlamaq istəyənlər ətrafımızda peyda olur. Vyetnamı, Əfqanıstanı, İraqı silah poliqonuna çevirməklə dünya nə qazandı bilmirəm, insanlıq çox şey itirdi. Çində nə baş verdiyini ağlımız əməlli-başlı kəsməsə, bir də onu gördük ki, ortalıq qarışdı, nə qədər insan, çoxu da uyğur əsilli, bircə anda qırılırdı. Küçələrə tökülən su deyildi ki, yayın qızmarında könüllərə sərinlik gətirə. Qan hər zaman rahatlıq əvəzinə, araya qan salar, faciə yaradar.
   
   
   
   ***
   
   
   
   Saytlardakı xəbərlərə inansaq, səmada, sularda, yollarda qəzaların sayı artır. Dağdan-daşdan meyitləri axtarmağa, qara qutuları tapmağa səfərbər olanların hər addımını isti xəbər kimi efirdə yayanlar görən bilirlər ki, qəza barədə eyni məlumatı, eyni görüntüləri dönə-dönə təkrarlamaq kiməsə maraqlı gəlsə də, doğmalarını itirənlərə təsəlli əvəzinə göz dağıdır?
   
   
   
   ***
   
   
   
   Fikir vermisinizsə, hər dəfə siyasət aləmində, sosial mühitdə xəbər qıtlığı yaşananda quş, yaxud donuz qripi mövzusu mətbuata bu boşluğu doldurur. Bir yandan da 2012-ci ildə dünyanın axırının gələcəyini bəyan edənlər mediada at oynatmağa başlayır. Belə çıxır ki, işıqlı dünyamızla, həyatımızla tamamən üzülüşməyə nə az, nə çox, natamam 3 ilimiz qalır. Qiyamətə bu qədər yaxın ikən, Yer üzünü gərginlik və qeyrimüəyyənlik, iqtisadi böhran bürüyən dövrdə qərib ölkədə bəlalı canının çarəsini axtarıb tapınca, ağrımayan başını da həmişəlik itirə bilərsən. Yəni, bığ dalınca gedəndə, saqqal darağını itirmək ehtimalını göz önünə alasan. Evdə oturmaq yüz faiz təbii meyvə suyundan hazırlanan yerli şirələrindən içmək məsləhətdir. İnternetə nə gir, nə də bax! Kiçik dünyamızın böyük dərdini qoy böyüklər çəksin. Kiçik adamlar dəstərxan açıb pendir-çörəklərini qabaqlarına qoyub, televizoru yandırsınlar. Gecə-gündüz saatlarla aramsız yayımlanan səviyyəsiz, duzsuz, məzmunsuz tele uyuşduruculara uydu antenlərinin vasitəsi ilə tamaşa etsinlər. İndi çoxları üçün bu əsil "vətəndaş məktəbi"nə çevrilib.
   
   ***
   
   
   
   Əcnəbilər gəlib Azərbaycanda öz biznesini qurur. Bakı küçələri türk dəlləkləri, dönərçiləri, restoran, şadlıq sarayı qapısı açıbbağlayan afrikalı "mütəxəssislər"lə doludur. İran nemətləri adı ilə bir küçədə yanbayan qatarlanan on dükanda eyni çərəz, şirniyyat satılır. Görünür alan var ki, satırlar. Başımızdakı gərəksiz tükləri türk arkadaşlar qızıl qiymətinə qırxır. Hər addımda rast gəldiyimiz adı qərib, özü nəcib gözəllik salonlarına girənin çöhrəsinə cürbəcür maska yaxmaqla müştərinin üzündən çox cibini təmizləyirlər. Bakıda ticarət obyektləri yabançı markaların, şəhərlərin, xanımların, təamların adını daşıyır. Bəlkə biz də Şəki pitisi, Lənkəran ləvəngisi, Naxçıvanın arzuman küftəsi, Bakı düşbərəqutabı, qurutluqiyməli, yağsoğanlı Qazax xəngəli, Siyəzən və ya Mərdəkan toyuqları, Qəbələ şorabaları, meyvə şirələri, Ordubad mürəbbələri və Göyçay narını xarici şəhərlərdə satmaqla, dəbə gücümüz çatmasa da, heç olmasa dilə-dişə salaq? Mantılar, isgəndər kabablar, güllü oğlu baklavaları, ızqaralar, lahmacunlar, pitsalar, hamburgerlər, işkəmbələr, dönərlər milli yeməklərimizi sıxışdırdıqca ağız dadımızı itirmək qorxusu yaranır. Ortabab iş adamlarının halı, imkanı qalmadı ki, şələ-küləni yığışdırıb uzaqlara səfər edə, özünə görə iş qura, üz ağarda. Bizdən uzaqlarda da, yaxınlarda da ancaq və ancaq fövqəlgüclər və ya onların ətəyindən bərk-bərk yapışanlar iş qurar.
   
   
   
   ***
   
   
   
   Baxıram ki, xaricdə işləmək, oxumaq istəyənlərə internet çeşidli xidmət təklif edir. Hər adamın içindəki proqramsa başqa şeylərdən danışır. Bəzən bir mikrob xəbərdarlıq edir ki, nəbadə bu cür yersiz fikirlərə "qonaqpərvərlik" göstərib, "buyur, başım üstə, gözüm üstə yerin var", deyəsən. O azad fikir başa qonsa, beynini qarışdırar, gündə bir sual doğurar, çıx get, nə yapışmısan bu kiçik komandan, deyə soruşar. Sərhədlər açıq, dünya böyük. Gedənlərin bəxtəvərliyindən bəhs edən nağıllar sənin də içində burulğan yaradar. Nəbadə aldanasan. Unutma ki, Azərbaycan xaricilər üçündür, xaric Azərbaycan üçün deyil! Azərbaycanlıların ürəyi kimi qapısı da genişdir. Hansı ölkədə beş-on quruş verib özünü ünlü iş adamı kimi qəzetlərdə tanıda, televiziya kanalında özün haqqında xeyriyyəçi obrazı yarada bilərsən? Elə sanırsan ki, Türkiyədə "biz türk kardeşlerimizə hizmet yapmaya geldik" desən, yağlı bozbaşını, sirkə-sarmısaqlı xaşını bəzi işbazların burda elədiyi kimi, birə-beş qiymətə kiməsə sırıya biləcəksən? Kim öz bazarını öz xoşuyla təmənnasız özgəyə verər? Bir vaxtlar Rusiyanı meyvə-tərəvəzlə təmin edən azərbaycanlıların indi öz bazarlarında yerli alma, armud, üzüm, mandarin, şaftalı, hətta kartof-soğan, kök, sarımsaq da piştaxtadakı yerini idxal məhsullara verib. Banan, kivi, ananas, kakos uzaq məmləkətlərdə bəzənib, süslənib təşrif buyurub süfrələrimizə. İnkubator toyuqları kimi hamısı bir boyda, bir ölçüdə, bir dadda, bir şəkildə. Könlün istədiyi qədər yayda qış, qışda yay meyvələrini nuş edə bilərsən. Təki pulun olsun. Məgər bilmirsən ki,
   
   
   
   "Altun! O hər şeyin dərmanı,
   
   Altun pəncəsindən qurtular hanı?
   
   Çalış pulun olsun, cahan sənindir.
   
   Ad şahın olsa da fərman sənindir."
   
   
   
   İnternetə baxdıqca görürəm ki, dərd çox həmdərd yox... İnternet adamla birtərəfli danışır, sənə qulaq asmır. Ondan həmdərd olmaz. Kim nə deyirsə desin, bütün dünyanın həmdərdliləri bir araya gəlib birləşməsə, bu dünya düzəlməyəcək!
   
   
   
   ***
   
   
   
   Küçəyə baxan pəncərənin önündə məhəllənin cavanları dayanıb, söhbətləşir, təsbeh çevirirlər. Şaqşaq səsi qulağıma gəlir: Subhan Allah, Vəlhəmdülillah, Allahu Əkbər... Bu sözlər yenə təkrarlanır... Səbrim çatmadı ki, axıra kimi gözləyib bu istixarənin nəylə bitəcəyini eşidəm. Amma, maraqlıdır, görən bu cavanlar nə niyyət etmişdilər? Arzuları, Allahdan diləkləri nə idi. Təsbehdəki daşların sayını və kimin əlində olduğunu da öyrənmək maraqlı idi ... Vaxtım dar idi. Qəzetə material göndərməliydim. Növbəti yazım isə yarımçıq qalmışdı...


YAZARIN ARXİVİ

2010-06-05 : NƏ ETMƏLİ?
2009-12-19 : GİLAN ƏFSANSİ
2008-11-01 : BÖYÜK FATEH
2008-07-12 : GÜNAHSIZ MARKS
2008-05-31 : KÖLGƏSİZ ADAM
2007-12-01 : Ə Q İ D Ə
2007-10-06 : Baxan yoxdur...
2007-09-15 : GƏNC DOSTUMA
2007-05-05 : Tarix
SON XƏBƏRLƏR
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK