Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | QAPI ARXASINDAKI ADAM Adalet.az | QAPI ARXASINDAKI ADAM Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

QAPI ARXASINDAKI ADAM

66491    |   2009-11-07 00:58
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Son dərəcə həzin bir sükut var. O qədər həzindi ki, hətta öz hənirini də, ürəyinin çırpıntısını da duymaq, eşitmək mümkündü və mənə elə gəlir ki, bütün dünya indiki anda məhz həmin sükutun ovcunun içərisindədir. Kimsə qəflətən hər hansı bir hərəkət etməklə o sükutu sıxıb saxlayan barmaqları boşalda bilər və...sükut bir anda ovcun içindən qanadlanıb uçar... qəfəsdən azadlığa büraxılmış bülbül kimi.
   
   Bəli, qəfəsdən buraxılan bülbülün özünü ağacların arasına necə təpdiyini, budaqları bir-bir necə sanadığını yəqin ki, müşahidə etmisiniz. Mən də görmüşəm o mənzərəni... və hətta uşaq yaşlarımda, özü də daha çox qış fəslində soyuqdan qorunmaq üçün özünə əl damımızı, lap elə tövləmizi sığınacaq seçən sərçələri də çox asanca tutub ovcumda saxlamışam və sonra onları havaya atanda bir çaşqınlıq içərisində gizlənməyə çalışdıqlarını axıra kimi müşahidə etmişəm. Həmin anlarda da yadıma ilk düşən bu olub ki, o qüşcığaz canını xilas etdiyinə sevinir. Amma bilmir ki, mən sadəcə onunla əylənmişəm. Ona hansısa bir xətər toxundurmaq istəyim olmayıb.
   
   İndi xatırlatdıgım o sükutun qoynunda keçmişi xəyalımdan keçirə-keçirə gözümün önünə gətirirəm ki, bu otağın qapısı ardında kimsə dayanıb. Əslində o qapı arxasında dayanan da mən özüməm və dörd divarın içərisində duyğularla, yaşantılarla baş-başa qalan da... Onların problemləri tamam fərqlidir. Qapı arxasındakı çörək qazanmaq, işləmək, ailə qarşısına üzüağ çıxmaq, dostun, düşmənin yanında sınmamaq, millətə, vətənə xidmət barəsində düşünür, çabalayır. Yəni qapı arxasındakıyla dörd divar arasındakı mənin indiki anda yerlə göy qədər uzaqlığı, iynə ucu boyda da yaxınlığı var. Bu ikiləşmə sadəcə ilin, günün müəyyən məqamında, müəyyən anında baş verir. O maqam isə saydıqlarımdan özümün qopub ayrılmaq anımdı. Bu nə tərki dünyalıq deyil, nə də sufilik. Sadəcə mən həmin anda yalnız və yalnız özümü Allahımın hüzurunda, onun itaətində görürəm, unuduram hər şeyi. Bircə həmin o həzin sükutun pıçılıtılarından başqa.
   
   
   
   dörd divar
   
   arasında
   
   ikimiz-
   
   sözümüz
   
   səsimiz
   
   nəfəsimiz...
   
   qarışıb
   
   bir-birinə
   
   amma
   
   bu dörd divar
   
   arxasında
   
   qalan həyat
   
   səssiz,
   
   sözsüz,
   
   nəfəssiz-
   
   qəfəsimiz...
   
   gülməyin
   
   bu şeirə siz-
   
   beləcə anlaşılmaz
   
   bir sevgi
   
   yaşayırıq biz!
   
   
   
   ***
   
   İnsan bütün həyatı boyu yol gedir. Hökm deyil ki, addımlasın, maşında, təyyarədə, bir sözlə nəqliyyatda olsun. Mənə görə hətta yuxuda da yol gedir insan. Sükut insanın hərəkətdən saxlayan yeğanə andır. Mənə görə insan nə qədər ki, düşünür, nə qədər ki, xəyal qurur, arzuların qanadında əyləşir, deməli, o hərəkətdədi. Çünki xəyaldan xəyala, arzudan arzuya mütləq bir yol keçilməlidir. Bu yol insanın duyğularının, hisslərinin, düşüncələrinin keçdiyi yoldur və fikrən qət edilən yol bəlkə də heç bir ölçüyə sığmır. Onu ölçü vahidlərinə sığışdırmaq qeyri-mümkündür. Çünki bir insanın fikrinin, xəyalının, düşüncəsinin boyunu, sürətini, addımlarının ölçüsünü heç nə ilə müəyyənləşdirmək zənnimcə mümkün deyil. Yəni belə bir cihazın olduğu barədə məndə məlumat yoxdu. Ona görə də sükutdan başqa qalan bütün hallarda insanın hərəkətdə olduğuna mən inanıram. Sükut isə mənim aləmimdə iki formada mövcuddur. Bir dünyanı dəyişmə, yəni cismən insanlardan, həyatdan ayrılmaq, bir də dörd divar arasında Tanrının dərgahında dayanmaq...
   
   Bəzən deyirlər ki, filankəsin bəxti yeyindi, üzünə qapılar açılır. Bilmirəm, burda nə qədər məna, nə qədər şərhlər var, mənə elə gəlir ki, qapıları bir Tanrı aça bilər, bir də onun diqtəsi ilə hər kəsin özü. Çünki açılan qapılar ən azı çox böyük bir faizlə məqsədli, təmənnalı olur. ünümüzün reallığı budu. Kimsə kiməsə qapı açırsa, ya əyilib keçməlidi, ya da arxasınca qapı bağlanmalıdı. İstəməzdim ki, kiminsə arxasınca qapılar bağlansın. Bağlı qapılar məndə həmişə bir kədər hissi, bir ayrılıq xiffəti yaradıbdı. Hətta hansısa bir ünvana gedəndə, daha çox da kəndlərimizdə qapılardan asılan paslı qıfılları görəndə ürəyimin hansısa bir teli qırılıb düşür. Və istər-istəməz bu bağlı qalan qapının sahibini, bu paslı kilidin açarını gəzdirəni kədərlə xatırlayıram. Ola bilsin ki, o açarı gəzdirən nə vaxtsa geri qayıdacaq, hansısa bir səfərini başa vuracaq... Nə bilmək olar dünyadı. Təkcə Tanrı dərgahından dönüş yoxdu. Qalan yolların solu və sağı var. Biri aparır, bir qaytarır...
   
   Mən müharibənin ilk günlərində boşalan kəndlərimizi xatırlayıram. O vaxtlar adamlar canlarını qurtarmaq üçün evlərinin qapıların bağlayıb yurdlarını təprk edirdilər. Əksəriyyət, o cümlədən mən də ata evimizin qapısını bağlamışam. Bu gün də bir topa açar gəzdirirəm cibimdə və mənə elə gəlir ki, nə vaxtsa ermənilərin yandırıb dağıtdığı o yurda qayıdanda o açarlar mənə lazım olacaq... Xəyaldı də!.. Doğrudan doğruya o açarları bu gün saxlayıram və şeirlərimin birində də nə vaxtsa yazmışdım ki:
   
   
   
   açarla oynayıram
   
   çadırların küncündə...
   
   
   
   Hə, bağlı qapılar açar gözləyir. Bağlı qapıların çölündə adamlar dayanıb. Amma içəridə də olanlar var. İəri deyəndə kim nəyi necə istəyir düşünsün. Çünki içəridəkilər də nə vaxtsa çıxacaq... çöldəkilər də nə vaxtsa o paslı kilidlərin açarlarını nə vaxtsa tapacaqlar.
   
   
   
   bizə açılan qapı
   
   daşdı, dəmirdi bala.
   
   düyüb yeddi rəng sapı-
   
   ömrü gəmirdi bala-
   
   bu həyat...
   
   
   
   bizə yandırılan şam
   
   küləklərə əyildi...
   
   başımız üstəki dam
   
   göy idi, ev deyildi-
   
   heyhat...
   
   
   
   bizə süzülən şərbət
   
   göz yaşıymış sən demə!
   
   sevgi deyilən sərvət-
   
   haqdan paydı-qəm yemə!
   
   
   
   bizə nələr yazılıb
   
   biz nələri öyrəndik
   
   sevgimizə qısılıb
   
   həm güldük,
   
   həm kövrəldik...
   
   bu da oldu nəqarət...
   
   
   
   ***
   
   Bilmirəm, siz heç dörd divar arasında oturub, arxanızca qapını bağlayıb özünüz və Allahınız arasında bir xəyal körpüsü qurmusunuz ya yox? Ümumiyyətlə, belə anları necə qiymətləndirirsiniz? Şəxsən mən həmin o sizdən soruşduğum məqama son vaxtlar daha tez-tez üz tuturam. Və mənə elə gəlir ki, bu məqamlar məni bir az keçmişimə, uşaqlıq, gənclik anlarıma qaytarır. O anlara ki, orda demək olar ki, yalnız arzular, şıltaqlıqlar, qay ğısızlıq və nəhayət sevgi var idi. Olsun ki, "SEVGİ" sözü kiminsə dodağını qaçırsın. Çünki uşaqlığın, gəncliyin maraqlı sevgi məcaraları olur. Onların arasından əsl sevgini tapıb üzə çıxarmaq, sınaqlardan keçirib ömrünə, gününə çevirmək hər adama nəsib olmur. Çünki xatıratdığım bu sevgi Leylinin Məcnuna, Məcnunun Leyliyə, Şeyx Sənanın .... , Kərəmin Əsliyə olan sevgisinin bü günümüzə gəlib çıxan təsdiqidi. O da ki, indi az qala barmaqla sayılan qədərdi...
   
   Hə, dörd divarın arasında bağlı qapı arxasında qalanda gəldiyim ilk nəticə bu olur ki, eyni anı müxtəlif formada yaşamaq mükündü. Çünki dörd divar arası ilə qapı arxası sanki bir çin səddidi. İçəridə tamam pak, hər şeyin ən gözəlini, ən halalını düşünən onun həvəsi, onun istəyi ilə yaşayan birisi... qapının kandarından o tərəfdə isə həmin o dörd divar arasını tərk edən insanın yaşam qayğıları, həyat mübarizəsi. Amma yaxşı ki, bu ikiləşmə uzunmüddətli olmur. Yoxsa adamın başına hava gələr. Onsuz da bu günlər bir az havalanmış kimiyəm. Səbəbini özüm də bilmirəm. Sadəcə təklik, dörd divar arası məni daha çox çəkir. Qorxmayın, havalanmağım keçici deyil.
   
   
   
   bütün diqqətimi
   
   yığmışam ovcuma
   
   hətta -
   
   ürəyimin səsini də
   
   susdurmaq istəyirəm
   
   çünki
   
   gələcəyinə inandığımdan
   
   için-için
   
   yandığımdan
   
   addım səslərini
   
   bir tin o yandan
   
   eşitmək üçün...
   
   Məcnunun
   
   ağlına gəlməyən
   
   bir həsrətlə gözləyirəm!..
   
   İndiki anda da kimsə ya təkliyi ilə baş-başadı, yəni dörd divar arasındadı, ya da qapı arxasında. Fərq etməz, gözlədiyin və ya gözləyənin olsun. Axı, bu özü-özlüyündə ümid deməkdi. Ümidin ölməyi isə hər iki halda olan insanın, o cümlədən də mənim mənəvi varlığımın sual altına düşməsi kimi bir şeydi...


YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
SON XƏBƏRLƏR
2019-09-19
2019-09-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (66.67%)
"Sevilya" (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK