hacklink Adalet.az | 3 SAATLIQ NƏFƏS Adalet.az | 3 SAATLIQ NƏFƏS Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

3 SAATLIQ NƏFƏS

19173    |   2009-01-10 01:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Elə bil arxamızca atlı qovurdu.Təngənəfəs gəlib çatdıq təzə ilə. Dərk eləsək ki, arxada nələri, kimləri qoyub gəldik, dəli olarıq. Deməli, biz ancaq dərk edənəcən ağıllıyıq, dərk edəndən sonra... Dəli olmaq da elə asan şey deyilmiş, sən demə. Zamanı geri döndərmək heç kəsə müyəssər olmayıb hələ. Heç kəs deməsin ki, dekabrın 31-də saat 12-ni vuranda qəlbən sevinirəm və bu sevincimdə zərrə qədər də kədər, təəssüf yoxdu. Deyən varsa da, o adam ya səmimi deyil, ya da özü də dərk eləmir hansı hissləri keçirdiklərini... İnsan iradəsi çox az şeyləri dəyişdirmək gücünə malikdi. Arxada qoyduqlarının bircə anını da- bir göz qırpımlığını da qaytara bilməzsən. Bax, kədəri doğuran da elə budu...
   
   Bunlar qəlbimizin həzin duyğularıdı. Amma həyat ildən-ilə daha da sərtləşən simasıynan qarşımızdadı. Biz kifayət qədərmi xeyirxahlıqlarla əhatə olunmuşuq?! Yaşadığımız həyatda zalımlıq, qəddarlıq üstündü, yoxsa nəciblik, kübarlıq? Ən düşündürücü sual da budu... Ən çox cavab gözləyən sual da...
   
   İldən ilə ümidlərlə qədəm basmağa öyrəşmişik. Bu keçid də elə sürətlə baş verir ki, bəzən öz-özünə hesabat belə verməyə imkan tapmırsan. Çətini yanvarı başa vuruncadı, qalan on bir ay ekspress qatarı kimi ötüb keçəcək. Bu qatarın pəncərələrindən xoşbəxt və kədərli simaları ayırd eləmək də adamdan vaxt istəyir. Ancaq səsi qulaqlarında qalacaq bu sürətli ömür qatarının. Qalacaq ki, xatırlayaq, düşünək, nəyisə dəyişməyə, təzədən qurmağa çalışaq.Hamımız istəyirik bunu! Bizdən əvvəlkilər də istəyib, bizdən sonra gələnlər də istəyəcəklər! Hər istənilənlər baş tuturmu? Hər şey bizdən asılıdırmı? Heç nəyi dəyişə bilməyən, dəyişməyə qabil olmayan insan öz-özüynən vuruşmaqdan yorğun düşür. Ağlını qınayırsan, duyğularını zorlayırsan, amma yenə də bitib- tükənməyən istəklərinin əlindən bezarsan. Daha bəsdi, bitdi, qurtardı deməyə də dilin gəlmir. Elə bil xəyalların dibi sudadı. Saatbasaat, günbəgün cücərir, boy atır. Həyata keçirə bilmədiklərin dərdə, əzaba çevrilir içində. Daxilən çeynəyir, gəmirir, xəstə salır adamı. Dərindən bir ah çəkib içində olanları bayıra tökmək, yüngülləşmək, rahatlanmaq, təzələnmək istəyirsən. Elə təbiətin özü kimi. Ancaq təbiətin də təzələnməsinə şübhə edirsən. Əgər hər şey təzələnir, təzədən yaranırsa, bəs o ayaqlar altında qalıb xışıldayan, çürüyən, süpürülüb atılan xəzəllər, quruyan, kəsilib atılan, yandırılan qol-budaqlar nədi?! Eh! Biçarə insan... Nə qədər atılıb-düşsən də elə bütün yaşantılarınla təbiətin bir parçası, lap elə özüsən... Köhnə ilin son günlərini də bu ovqatnan başa vurursan. Yenilik tapmaq, görmək ümidin səni tərk eləmir ki, eləmir... Amma Təzə ilin ilk günlərindən göynərtili bir duyğuynan anlayırsan ki, gözləntilərin əbəsmiş. Ətrafına göz gəzdirirsən- gözlərini sevindirəcək, duyğularını oxşayacaq yeni bir şeylər görmək həsrətiynən... Görürsən. Amma nə? Onu görürsən ki, şair demişkən, elə " dünya həmən dünyadı"...
   
   
   
   ***
   
   
   
   Bir qədər naxoşlamışdım. Bir qədər yox, lap əməlli-başlı. İki-üç ildi ki, aran yerlərinə yaraşmayan möhkəm şaxtalar olur buralarda. Üç-dörd gün çox ecazkar, romantik havalar keçdi. Şəxsən mən özümü başqa, ilahi bir aləmdə, saflığın, təmizliyin qoynunda hiss edirdim. Elə bil yerlə göy bir-birinə qarışıb dünyamızı bəyaz bir örtüyə bürümüşdü. Amma orqanizmimiz bu şaxtalara hazır deyildi, axı. Çoxları xəstələndi, təbii ki, mən də birincilər sırasında. Və qışa olan bu heyranlığıma görə mənə tənə vuranlar da tapıldı: "Sənin gözəl qışındı də. İndi öskür, nə qədər öskürürsən!" Eybi yoxdu, qəbulumdu. Gözəllik nə zaman qurbansız olur ki... Bir də, görəsən, insan niyə həmişə öz sevgisinə görə qınanır?! Nə isə, işə gələn kimi, qonşu otaqdakı iş yoldaşımdan soruşuram: " Nə var, nə yox?" Səsinin tonundan sualımın mənasını çox gözəl anladığı və istədiyim cavabı mənə verə bilməyəcəyi üçün kədərləndiyi hiss olunur. Dərin təəssüflə iki dəfə təkrarlayır: " Heç nə dəyişməyib, heç nə dəyişməyib!"
   
   Əslində, nə dəyişməyliydi ki? Binanın rəngi, otaqların formasımı dəyişəcəkdi? Bəlkə adamların sir-sifətində, geyim-kecimində, rəftarında nələrinsə dəyişəcəyinə ümid bəsləyirdik? Bəs, nə istəyirik, görəsən? Bəlkə təzələnmək istəyi də bir xəstəlikdi hopub canımıza?!
   
   
   
   ***
   
   
   
   Yox, dünya elə həmin dünyadı. Ağlım kəsəndən Fələstin ərəbləri BMT-yə məktub göndərirlər. Axır vaxtlar eşitmirəm, deyəsən, əllərini üzüb oturublar. Bax, dünya Yeni ili qeyd edəndə, yolkalar bəzənib fişənglər atılanda Qəzzada bombalar partladı. Və görkəmindən bizim kişilərə oxşayan birisi yaşıl parçaya bükülmüş körpə cənazəsini başının üstünə qaldırıb yığışanlara... və bütün dünyaya göstərdi. Dünya necə, gördümü?! Görmədi... Görmək istəmədi... Bu mənzərə uzun illərdən bəri gözümüzdə, qəlbimizdə gəzdirdiyimiz bir faciənin eynisiydi: Xocalıda maşınlara yüklənən meyidlər, öldürülmüş körpəni sifətinə sıxan kişi və... Çingiz Mustafayevin hönkürtüləri... Çoxmu dəyişib bu dünya?! Dəyişib, çox dəyişib. Amma kar qulaqları başqa səslərə şəklənib...
   
   Biz 2009-cu ili Uşaq ili elan etmişik. İndi o mənzərəni necə gizlədək balalarımızdan? Axı, onların saf təsəvvürlərində heç bu dünyanın sərhədləri də mövcud deyil. Onda ki, uşaqların irqi, rəngi, hansı dildə danışmaları ola. Onları aldatmaq nə qədər asandırsa, inandırmaq da bir o qədər çətindi...
   
   
   
   ***
   
   
   
   Bu gün işdə əlimə aldığım ilk sərəncam 20 Yanvar hadisələrinin 19-cu ildönumuynən bağlı rayonumuzda keçiriləcək tədbirlər haqqındaydı. On doqquz ilə bax ey... Bir igidin ömrüdü. Sonra əsrin bir rübü olacaq, sonra bir qərinə, daha sonra yarım əsr, sonra, sonra... Qisas bunca qiyamətə qalırmı?!.
   
   Gələn ay da belə bir sərəncam olacaq. Yenə anım tədbirləri, eyni ekran görüntüləri, xatirə danışan xocalılar, göz yaşları və... tamam başqa ovqatla açılan sabah... Tarix yeniləşmədən çox təkrara meyllidi...
   
   Və sivil dünyamızın daha bir ironiyası! Qəzzalılara humanitar yardım aparmaqdan ötrü üç saatlıq icazə verilir. Budur, yaşı milyard illərlə ölçülən Yer kürəmizdə bərqərar olmuş Haqq və Ədalət! Eramızın üçüncü minilliyini yaşayan bəşər nəsli hələ də xeyirxahlıq naminə 3 saatdan artıq nəfəs çəkə bilmir...
   
   


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-12-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (86.36%)
Pullsuz (13.64%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK