Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | GÜNAHSIZ MARKS Adalet.az | GÜNAHSIZ MARKS Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

GÜNAHSIZ MARKS

("Tarix - ibrət alanlar üçün dərsdir" silsiləsindən)

16774    |   2008-07-12 00:09
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(əvvəli ötən şənbə sayında)
   
   Təqvimdə 1934-cü il idi. Varlı kəndlilərin kələyi çoxdan kəsilmişdi. Adlarını "qolçomaq" qoyub var-yoxlarını əllərindən alıb, yalan-doğru, guya aclara paylamışdılar. Evində bir-iki kisə taxıl gizlədənin anası mələr qalırdı. Qolçomaqların malı-mülkü bir yana, səsini də almışdılar. Daha aydın ifadə etsəm, onları səsvermə hüququndan da məhrum etmişdilər. Otuzuncu illərin "profilaktik" tədbirlərindən sonra yazıçıların, sənət adamlarının da xəyalları əvvəlki tək cilovsuz at kimi hara gəldi çapmırdı. Çünki başı daşdan-daşa dəyən ziyalıların əksəriyyəti artıq "ağıllanmışdı". "Ağıllanmayan" lara heç baş daşı da qis-mət olmurdu. Partiya sıralarında aparılan kütləvi "təmizlik" prosesi dilsiz-ağızsızların sayını artırmış-dı. Məsul vəzifələrə ipə-sapa ya-tanlar təyin edilirdi. Kadrların seçilib yerləşdirilməsində bu, əsas meyara çevrilmişdi. Ümumiyyətlə, fikir müxtəlifliyinə yüksək səviyyədə birdəfəlik "yox" deyildi. Stalinlə fikirlər uzlaşmayanda partiyaya xəyanət kimi mənalandırılırdı. Hətta, Siyasi Büroda keçən müzakirələrdə mübahisə, qalmaqal doğura biləcək birilərinin varlığı arzu olun-mazdı. Dünənki xidmətlərini tez-tez yada salan bolşevikləri siyasi are-nada oyundan kənar vəziyyətə salırdılar. Özəl keçmişi olmayan, gələcək ümidlərini yalnız ulu rəhbərə bağlayan gənclər irəli çəkilirdi. Kimsənin ictimai fikirdə əsaslı yer alması, cəmiyyətdə böyük nüfuz sahibinə çevrilməsi məqsədəuy-ğun deyildi. Bu yanaşma tərzi təkcə yüksək vəzifə sahiblərinə yox, ayrı-ayrı təşkilatlara münasibətdə də özünü büruzə verirdi. O illərdə idarələrin, qurumların adları da tez-tez dəyişir, başqasıyla əvəz olunurdu. Ölkədə Baş katibdən başqa dəyişməyən kimsə, nəsə qalmamışdı. Sabitliyin, stabilliyin, əldə olunan bütün uğurların ilhamvericisi yalnız o idi. 1923-cü ildə yaradılan OQPU on bir illik fəaliyyətindən sonra 1934-cü ildə yeni yaranan NKVD-nin (Daxili işlər Xalq Komissarlığı-E.B.) tərkibinə salındı. Çoxsaylı əmək-islah düşərgələrini də bu struktura daxil etdilər. QULAQ-lar, SLON-lar, ALJİR-lər (həbs düşərgələrinin adları-E.B.) getdikcə artırdı. Axı, yüz minlərlə "xalq düşməni"ni xalqdan ayırıb təcridxanalarda saxlamaq lazım gəlirdi. Tutulanların hamısını güllələsəydilər, bataqlıqların qurudulmasında, Tayqa meşələrində taxta-şalban tədarükündə, yolların, kanalların çəkilişində canı boğazından çıxana, ruhu bədəndən ayrılana qədər kimlər çalışacaqdı? Dünyanın hansı yerində bu cür ucuz və hüquqsuz işçi qüvvəsi tapılardı? İlk beşillik planın yüksək göstəriciləri sevindirici idi. Onun bütün ağırlığı, əsasən dustaqların üzərinə düşmüşdü. 1934-cü ildə bir çox dövlətlə diplomatik əlaqələr yarandı, azsaylı xalqlara muxtariyyət verildi. Xarici ölkələr SSRİ ilə sağlam iqtisadi-ticari əlaqələr qurulmağa başladı. Yeni sənaye müəssisələri işə salınırdı. Bir ölkə daxilində sosializmin qurulmasının müm-künlüyünü SSRİ-nin timsalında Stalin gerçəkləşdirirdi. "Sovet İttifaqı Qəhrəmanı" adı təsis edildi. Memarlıq Akademiyası yaradıldı. So-vet yazıçılarının birinci qurultayı keçirildi. Bir sözlə, bütün sahələrdə canlanma hiss olunurdu. Fəqət, rəhbər hələ də daxilən narahatlıq içindəydi. Çox şey, hətta, Leninin yazılı vəsiyyətindən xəbərdar olan bolşeviklərin həyatda fiziki varlığı belə Baş katibin əsəblərini qıcıqlandırırdı. Bu qıcığı şiddətləndirən başqa bir amil də vardı. XVII qurultayda nümayəndələr iki nəfəri ayağa qalxaraq gurultulu alqışlarla salamlamışdı. Onlardan biri Stalin idi. İkincisi isə... İkincisi gərək heç olmayaydı... 1991-ci ildə Sovetlər dağılana kimi, bütün rəsmi tədbirlərdə, nümayişlərdə istifadə olunan digər əyani-təşviqat vasitələri ilə yanaşı, mütləq qaydada Siyasi Büro üzvlərinin şəkilləri də asılardı. Ardıcıllığa görə partiya ierarxiyasında kimin hansı yer aldığı bəlli olardı. Bir anlıq 1934-cü ildə portretlərin düzümünə diqqət yertirək: Stalin, Molotov, Voroşilov, Kaqanoviç, Kalinin, Orjenikidze, Kuybışev, Kirov, Andreyev və Kosior. Beləliklə, ayaq üstə gurultulu alqışlarla salamlanan ikinci şəxs, şəkil düzü-münə istinad etsək, sırada səkkizinci adam idi. Kirovun adı heç əsas məruzəçilərin siyahısına da daxil deyildi. Buna baxmayaraq, arada söz gəzirdi ki, həmin qurultay nümayəndələrinin bir qismi Baş katib vəzifəsinə Kirovun namizədliyini irəli sürmək istəyibmiş. Əhvalatı olduğu kimi, Kirov özü Stalinə danışıb və rəhbəri əmin edib ki, siyasi elçilərin təklifini qəti surətdə rədd edib. Stalin onun sözlərini soyuq-qanlıqla dinləsə də damarlarındakı qafqazlı qanının qaynamayacağına kim zəmanət verə bilərdi? Beş il əvvəl Kirovun söylədiklərini də Stalin heç cür unutmurdu. Alovlu tribun çıxışlarının birində bəyan etmişdi ki: "Leninin vəfatından sonra onun yolunun, əməllərinin yeganə varisi bolşeviklərin Kommunist Partiyasıdır! Başqa kimsə bu yüksək şərəfə göz dikə bilməz". Yəni Kirovun 1929-cu ildə xitabət kürsüsündən söylədiyi sözlərdən belə çıxırdı ki, heç kim, o cümlədən 50 illik yubileyi yaxınlaşan Koba, onun siyasi varisi ola bilməz. İndi kimlərinsə ürəyindən keçənləri onun qulağına pıçıldamaqda qəsdi nə idi? Bəlkə, Stalinə minnət qoymaq istəyirdi? Məgər, Baş katibin diktatorluq meyllərinə açıq şəkildə etirazını bildirən Ryutinin partiyadan xaric edilməsi və güllələnməsi tələb olunanda, rəhbərin qərarına qarşı çıxan Kirov deyildi? Buxarin və Orjenikidze də Sergeyin cəsarətindən ürəklənib, onunla həmfikir olduqlarını söyləmişdilər. Stalin o vaxt hirsini cilovlayıb güzəştə getsə də, hər üçünün gələcək müqəddəratı barədə daha ciddi surətdə düşünməyə ehtiyac olduğunu anlamışdı. Bəlkə elə bu "qayğı"nın nəticəsində inkişaf etmiş stalinizm dövrünü görmək onların heç birinə nəsib olmadı. Amma indiki məqamda o, başqa suallara cavab axtarırdı. Məsələn, Baş katibin əvəzlənməsi fikri ilk olaraq kimin ağlına gəlmişdi? Bəlkə Krupskayanın? Vəsiyyətnamənin qurultayda oxunmasını təkidlə istə-yən də o idi. Bu təklifi dilə gətirən, gizli məsləhətləşmələr aparan, onları dəstəkləyən daha kimlər kölgədə qalmışdı? Demokratik çevriliş planının arxasında Stalinin ən yaxın çevrəsindəki adamlardan kimlər vardı? Həmyerlisi və yaxın dostu Serqo da bu murdar oyuna bulaş-mışdı? Yəni belə bir şey mümkün ola bilərdi, yoxsa inqilabi romantikanın havası hələ də başında dolaşan jurnalist Artyom (Kirovun partiya ləqəbi-E.B.) liderin yanında yerini daha şirin salmaq üçün bunları uydurmuşdu? Məgər o, bilmirdi ki, iki qoçun başı bir qazanda qaynamaz? Əgər belə bir sevda kimlərinsə başından keçmişdisə, baş dediyin o gərəksiz yükün çiyin üstə qalmasına artıq nə lüzum vardı? Əgər belə bir rəy pərdə arxasında formalaşırdısa, demək partiyadaxili təşkilat məsələlərində ciddi səhvə yol verilmişdi. Bəs, günahkar kim idi? Axı, 1922-ci ildən təşkilati məsələlər bilavasitə Baş katibin nəza-rətində idi. Bütün səlahiyyətlər onun əlində cəmləşmişdi. Demək, nəsə diqqətdən yayınmışdı. Belə olan halda öz səhvini taleyin ümi-dinə buraxmadan özü düzəltməliydi. Amma, necə? Zaman bir an ləngimədən irəliləyirdi. Mühüm hadisələrlə əlamətdar olan XX əsrin 34-cü ili tamamlanmaq üzrə idi. Həmin il Kirovun tərcümeyi-halına yazılacaq hadisələr az deyildi. Leninqrada və SSRİ-nun Şimali-Qərb bölgələrinə rəhbərliklə yanaşı, Mər-kəzi Komitəyə katib seçildi. Neft sənayesinin bərpası və yenidən qurulması sahəsindəki xidmətlərinə görə Lenin ordeni ilə təltif edildi. Kiro-vun ovçuluğu da vardı. Hərdən şikar dalınca meşəyə gedərdi. Amma daha çox öz həmvətənləri arasında xain ovuna çıxmağı xoşlardı. Onun rəhbərliyi dövründə Rusiya Elmlər Akademiyası Leninqradda yerləşirdi. Otuzuncu illərin "təmizlik" əməliyyatlarının fəal iştirakçılarından olan Kirov elm xadimlərinə özəl sürpriz hazırlamışdı. Bilavasitə onun təşəbbüsü ilə görkəmli akademik Platonova qarşı uydurma ittihamlar irəli sürülərək, cinayət işi açıldı. Kirov hökumət komissiyasının sədri Fiqatnerlə bərabər Stalinə və Orjenikidzeyə təcili teleqram vurub çekistləri elm xadimlərinin ifşası üçün hazırlanan xüsusi əməliyyata cəlb etmək barədə icazə istədi. Alimləri elmə vurduqları ziyana və Sovet dövlətini yıxaraq əvəzində konstitusiyalı monarxiya qurmaq məqsədilə əksinqilabı təşkilat yaratmaqda suçladılar. Çox keçmədi ki, elm adamlarının hamısını bir-bir güllələdilər. Minlərlə günahsız insanın müqəddəratı ilə oynayan, ailələr viran qoyan Miron oğlunun özünə də tale sürpriz hazırlamışdı. Elə bir sürpriz ki, nəticədə dekabrın 21-də əvəzolunmaz rəhbərinin 55 yaşını qeyd etmək ona qismət olma-yacaqdı... Amma avqust ayını Stalinlə birgə keçirmək də qismətinə yazılmışdı.
   
   KİROVUN SONUNCU
   İSTİRAHƏTİ
   
   Bir qədər dincəlmək, gələcək işlər barədə düşünmək lap yerinə düşdü. Soçidəki yay iqamətgahını Stalin çox xoşlardı. Ürəyi istəyən dostları yanına dəvət edər, lazım gələndə müəyyən məsələləri bu-radaca müzakirə edərdi. Ona görə isti yay günlərinin birində Kirovu öz yanına dəvət etməsi kimsəyə qeyri-adi görünmədi. Arada Jdanovu da çağırdı. Neçə vaxt idi ki, Koba Jdanovu Kirova əvəz hazırlayırdı. Təəccüb doğuran başqa məsələ idi. Bütünlükdə avqustu rəhbərə mehman olan Kirov Smolnıya qayıdıb yerində qərar tutmamış sentyabr ayında Qazaxıstana taxıl tədarükünə göndərilir. Orta Asiyadan Leninqrada qayıdan kimi yenə bir bəhanə ilə onu Moskvaya çağırdılar. Stalinin adamları bu müddət ərzində onun göstərişinə əsasən keçmiş paytaxtda müəyyən tədbirlər həyata keçirirdilər. Kimsəyə sirr deyil ki, özündən xəbərsiz heç mənzil-istismar kontorunun müdirinin də kabinetini dəyişməzlər. O boyda vəzifə sahibi ola-ola Smolnıda olmadığı günlərdə bir bəhanə tapıb Kirovun iş otağının yerini dəyişdilər. Sergey Mİronoviçin paytaxta son gəlişi noyabr ayının 25-28-də oldu. O, növbəti plenumda iştirak etməliydi. Nə biləydi ki, bir həftə sonra Moskva onunla vidalaşacaqdı...
   
   SİYASİ ŞOUYA
   ÇEVRİLƏN FACİƏ
   
   Kirovun qətli ilə bağlı beş mülahizə var. Mövcud olan bu mülahizələrin hər biri fərqli müddəalar üzərində qurulsa da, hamısı çirkli və bulaşıqdır. Cinayət işinin araşdırılması cəmi 27 gün çəkmişdi. Məhkəmə bu cinayətin siyasi motivləri üzərində dayandı. Dekabrın 29-da və Nikolayevlə birlikdə ittiham olunan 13 nəfər dərhal güllələndi. Amma cinayət işinin quyruğu illərlə uzandı. Ümumən göturəndə bu və ya başqa şəkildə Kirovun qətlində günahkar bilinən onlarla adam həbs edildi, güllələndi. Məsələ bununla da bitmədi. Hər dəfə Kremlin sahibləri yeniləşəndə, siyasi konyuktura dəyişəndə müəmmalı qətlin səbəbləri təzədən araşdırılıb. Son nəticə yenə ilkin səslənən müddəanın üzərinə qayıtdı. Yəni 55 il öncə Smolnıda baş verən cinayətin qisas zəminində törədildiyi bir daha sübuta yetirilib. Vaxtilə bu cinayətlə əlaqədar tutulanlara bəraət verilsə də (çoxuna ölümündən sonra -E.B.) Nikolayev barəsində hökm qüvvədə saxlanılıb. Maraqlıdır ki, bu cinayət işinə 1990-cı ildə məhkəmə biryolluq xitam verdi. Marksın atası Leonid Nikolayev Kirovun qatili kimi, tarixə düşdü. Bəs, Marks özü kim idi, ata-sının əməllərindən xəbəri varmıydı?
   "Millətlər atası" Stalinin dillər əzbəri olan bir qanadlı ifadəsi o illərdə tez-tez səslənərdi: "oğul atasına görə cavabdehlik daşımır". Nə böyük riyakarlıq, İlahi. "Xalq düşməni" adıyla həbs olunan insanların ailə üzvlərinin, qohumlarının acınacaqlı taleyi hamıya məlumdur. Övladları zorla məcbur edirdilər ki, valideynlərindən imtina etsinlər. Belə addım əsl vətənpərvərlik kimi qiymətləndirilirdi. Ağlı kəsməyən körpələri başqa adla sənədləşdirib uşaq evlərinə göndərirdilər ki, keçmişlə əlaqə biryolluq kəsilsin. Leonid Nikolayev və həyat yoldaşı Milda Draule Kirovun qətlində günahkar bilinərək güllələnəndə Marksın cəmi 5 yaşı vardı. İkinci övlad daha kiçik idi. Güman edilir ki, hər ikisini əyalət şəhərlərindən birində yerləşən körpələr evinə yollamışdılar. Kim bilir sonra başlarına nələr gəlibmiş. Amma 2005-ci ildə bir rus vətəndaşı Kirovun qətliylə bağlı bir filmə baxandan sonra rəsmi orqanlara müraciət edərək repressiya illərində pozulan hüquqlarının bərpa-sını tələb edib. 70 yaşlı ixtiyar iddia edib ki, o həmin Marksdır. İndi heç Karl Marksa belə sahib çıxmayan Rusiyada o qocanın hansı Marks olması o qədər də diqqət çəkmədi. Hər halda, Baş prokurorluq araşdırma apardı və müraciət edənin repressiya qurbanı olduğu sübuta yetirildi. Yetimçiliklə keçən həyatının vida anı yaxınlaşanda qatil oğlu kimi özünü cəmiyyətə təqdim edən qoca Marks bəlkə də bununla öz tərcümeyi-halına üsyan edib qara bəxtini gec də olsa oyatmaq və yalnız bundan sonra gözlərini dünyaya əbədi qapatmaq istəyirdi. Bir sual da ortaya çıxır: əsl xalq düşməni kimdir? Əli minlərlə günahsız adamın qanına bulaşan Kirov, yoxsa qatil olub-olmadığı hələ də şübhə doğuran zavallı Marksın aldadılan, alçaldılan və gəbərdilən atası?
   
   


YAZARIN ARXİVİ

2010-06-05 : NƏ ETMƏLİ?
2009-12-19 : GİLAN ƏFSANSİ
2008-11-01 : BÖYÜK FATEH
2008-07-12 : GÜNAHSIZ MARKS
2008-05-31 : KÖLGƏSİZ ADAM
2007-12-01 : Ə Q İ D Ə
2007-10-06 : Baxan yoxdur...
2007-09-15 : GƏNC DOSTUMA
2007-05-05 : Tarix
SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK