Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | "Kitayski" çex Adalet.az | "Kitayski" çex Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"Kitayski" çex

Gülün yarpıza dönsün, UEFA

18376    |   2014-12-13 01:43
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır





Bütün saxta mallar belədi. Bəzəyinə, yar-yaraşığına və yaxud da qiymətinin münasibliyinə aldanıb alırsan. Əvvəlcə işinə yarayır, əlindən tutur, lakin günlərin birində... Aldanıb aldığın malın "kitayski" olduğu üzə çıxır.
Avropanın futbol işlərinə baxan təşkilatı - UEFA bizi əmin-arxayın eləmişdi, gənc "Qarabağ"la dünya şöhrətli "İnter" arasında keçiriləcək həlledici oyuna Çexiyadan olan Miroslav Zelinkanı göndərəcəyini açıqlamışdı. Fikirləşirdik ki, Miroslav müəllim UEFA-nın göndərdiyi pulla biletini alacaq, fitini və köməkçilərini də götürüb paytaxtımıza gələcək, matçı da ədalətlə idarə edəcək. Biz də inanmışdıq, UEFA-dan şübhələnməyə nə vaxtımız var idi, nə də həvəsimiz. Oyunun əvvəlində və ortasında hər şey qaydasında gedirdi, fit çalanın çex Miroslav Zelinka olduğuna şübhə yeri yox idi. Matçın sonlarına yaxın da ağlımızın ucundan başqa şey keçmirdi. Ölkənin hələlik ən böyük futbol arenasını dolduran azarkeşlər, ekrana yaxın oturub oyunu televizordan izləyənlər "Qarabağ"ın mərhələ adlayacağına əmin idi. Nə italiyalı futbolçuların qapımıza qol atmağa gücü çatırdı, nə də çex hakim bizə badalaq vurana oxşayırdı.
Amma qarşılaşmanın əsas vaxtına əlavə olunmuş dəqiqələrin son saniyələrində hər şey açılıb ortaya töküldü. UEFA-nın Bakıya baş hakim göndərdiyi Zelinkanın "kitayski" çex olduğu üzə çıxdı. Baş hakim başından da yekə qələt eləyib Riçard Almeydanın "İnter"in qapısına vurduğu qolu qeydə almadı. Onun bu böyük səhvi "Qarabağ"ı qələbədən və növbəti mərhələyə vəsiqədən, Azərbaycan futbolunu tarixi bir ilkdən, Qurban Qurbanovun döyüşkən komandasına azarkeşlik edən milyonlarla insanı sevinc hissindən məhrum elədi.
UEFA hər şeydən məlumatlı idarəyə oxşayır. Avropanın futbol işlərinə baxan təşkilatda oturanlar Azərbaycanın erməni işğalına məruz qaldığını bilməmiş deyillər. Yəqin onu da yaxşı bilirlər ki, məhz bu üzdən Ağdamın "Qarabağ" klubu rəqiblərini "İmarət"də deyil, Bakıda-əfsanəvi hakim Tofiq Bəhramovun adını daşıyan stadionda qəbul etmək məcburiyyətindədi. UEFA-nın vacib bir qarşılaşmaya Çexiyadan göndərdiyi hakim "Qarabağ"a ermənilərdən də ağır yara vurdu. Avropanın futbol işlərinə baxan təşkilatda bilsinlər, ermənilərin vurduğu yaralar nə vaxtsa sağalacaq, "Qarabağ" köhnə qitədən gələn ən məşhur klubları "İmarət"də qarşılayıb məğlub yola salacaq. Lakin "kitayski" çex Zelinkanın "İnter"lə oyunun 90+4-cü dəqiqəsində etdiyi hərəkəti heç zaman yaddan çıxarmayacaq.
Zelinkanın erməni havasına çaldığı o fiti olmasaydı Ağdam futbolçuları indi Avropa Liqasının 1/16 mərhələsinə vəsiqə qazanıb növbəti rəqibləri məğlub etməyin yollarını arayırdı. Belə görünür ki, "Qarabağ"ın son saniyələrdə italiyalıların qapısına atdığı qola görə bir ermənilər məyus olub, bir də "kitayski" çex baş hakim.
Avropanın futbol işlərini fırladanlar hər şeydən məlumatlı adama oxşayırlar. Amma bilmirəm onlardan Qədir Rüstəmovun ifasına qulaq asan olubmu? Heç vaxt yaddan çıxmayacaq Qədir Rüstəmovun heç vaxt unudulmayacaq "Sona bülbüllər"ində belə bir misra var - gülün yarpıza dönsün...
"Qarabağ"ı halal qələbədən məhrum edənlər də indi qarğışa gəlirlər. Belə vacib qarşılaşmaya "kitayski" çex göndərən UEFA, görüm sənin, görüm sənin gülün yarpıza dönsün!



YAZARIN ARXİVİ

2019-06-14 : Ziya
2019-02-09 : Alim-Maestro
2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK